1 illik girovluq həyatı...Arxada qalan 365 günün tarixi - iki soydaşımzın erməni əsirliyində işgəncələr içində keçirdikləri ömürlərinin son bir ili. Ürək ağrısı və təəssüf hissilə qeyd edirəm ki, iki soydaşımızın erməni girovluğunda bu faciəli günləri hələ naməlum tarixədək davam edəcək...
Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında girov götürülməsindən artıq bir il ötür. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən və Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən soydaşlarımız D.Əsgərov və Ş.Quliyev hazırda Şuşa həbsxanasında saxlanılırlar.
Bir qədər keçmişə nəzər salaq. Bir il əvvəl D.Əsgərov və Ş.Quliyev və Həsən Həsənov Kəlbəcərə yaxınlarının məzarlarını ziyarət etməyə getmişdilər. O vaxt D.Əsgərov və Ş.Quliyev tutuldular, H.Həsənov isə qətlə yetirildi. H.Həsənovun meyidini vermək istəməyən ermənilər əvvəlcə onun Xankəndində dəfn edildiyini deyirdilər. Lakin Azərbaycan tərəfinin apardığı israrlı danışıqlardan sonra H.Həsənovun meyidinin qalıqları bir neçə ay sonra verildi.
2014-cü ilin dekabr ayında kəlbəcərli girovlarla bağlı qondarma məhkəmə prosesi keçirildi. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etdi. Hazırda soydaşlarımız Şuşa həbsxanasında saxlanılırlar.
Girovların azad edilməsi ilə bağlı bir çox beynəlxalq qurumlara müraciətlər edilib. Avropa İnsan Haqları Məhkəməsinə ərizə ilə müraciət edilib. Lakin hələlik bu müraciətlərə cavab verilməyib.
Soydaşlarımızla əlaqə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsi ilə edilir. Komitənin nümayəndələri soydaşlarımıza ailələrinin məktublarını çatdırırlar. Girovlara baş çəkən Komitə təmsilçiləri eyni zamanda, onların məktublarını ailələrinə də çatdırırlar.
Azərbaycanın əzəli torpağı olan Kəlbəcərdə girov götürülən soydaşlarımız ilk gündən ermənilər tərəfindən qeyri-insani münasibətlə qarşılaşıblar. Bu barədə rəsmi Bakı dəfələrlə etiraz mövqeyini bəyan etsə də, hədd-hüdud bilməyən erməni vəhşilyi bu dəfə də azərbaycanlılara qarşı öz gerçək simasını göstərməkdədir.
Cenevrə konvensiyalarına əsasən nə zaman və harada olmasından asılı olmayaraq, mülki şəxslərin girov götürülməsi qadağandır. D.Əsgərov və Ş.Quliyevi ən qəddar fiziki işgəncələrə məruz qoyan ermənilər qurama məhkəmə prosesi ilə onları eyni zamanda, mənəvi və psixoloji işgəncələrə də məruz qoyublar. Belə məsuliyyətsiz davranışı, mövqeyi ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə məhəl qoymur. Bununla yanaşı, işğalçı ölkə beynəlxalq ictimaiyyətin, eyni zamanda, münaqişənin həllində vasitəçi olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin girovların azad edilməsi ilə bağlı çağırışlarına, humanizm prinsiplərinə əhəmiyyət vermədiyini bir daha bütün dünyaya nümayiş etdirərək öz gerçək üzünü göstərir.
Əslində, soydaşlarımızla bağlı keçirilən qondarma məhkəmə prosesi ilə ermənilər özlərini bir daha biabır etdilər. Çünki nə Dağlıq Qarabağda ermənilərin elan etdiyi dövlət, nə də onların qurduqlarını iddia etdikləri qondarma strukturların çıxarmış olduqları qərarlar heç bir dövlət tərəfindən tanınmır. Çünki həmin qərar hüquqi mahiyyət kəsb etmir.
Dağlıq Qarabağda qurulan qondarma separatçı rejim və Ermənistan üzərinə düşən məsuliyyəti ört-basdır etməyə çalışır. Hər zamankı kimi, Azərbaycana qarşı söylədikləri yalanlarla, atdıqları böhtanlarla ermənilər işğalçı mövqelərini gizlətməyə səy göstərirlər.
Rəsmi Bakı bu işgəncə faktları ilə bağlı mövqeyini açıqlayaraq bildirmişdi ki, Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş şəxsləri dərhal azad etməlidir: “Ermənistan silahlı qüvvələri tərəfindən girov görürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə təmaslar davam etdiriləcək”.
Soydaşlarımız erməni girovluğunda. Bu halın nə vaxta kimi davam edəcəyi və nə zaman bitəcəyi bəlii deyil. Belə naməlum sonsuzluq mövcudluğu işğalçı ermənilərin münaqişənin həllində sülhə nail olunmasını istəmədiklərini bir daha təsdiq edur. Acından küçərlərə axışan ermənilərin qeydinə qalmayan Ermənistan höküməti hələ bir üz qızardaraq işğalçı siyasətini yürütmək iddiasındadır. Belə yerdə deyirlər - özünə umac ova bilməyən bədbəxt, zavallı ermənilərin könlündən hələ bir utanmaz utanmaz aşnalarına əriştə kəsmək keçir. Nə deyəsən?\Trend\
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM