Strategiya.az-ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1643-dən 1,1674-ə yüksəlib. 

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi isə ucuzlaşıb. Ötən gün 1,0487 AZN-ə bərabər olan dollar azalaraq 1,0486 manata qədər düşüb. 

Rus rublunun məzənnəsində bahalaşama qeydə alınıb. Rubl 0,0183-dən 0,0186-a kimi yüksəlib. 

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.