Türkiyənin Bursa şəhərində inşaat sahibi ilə mebel işi ilə məşğul olan iş adamı arasında ölümlə nəticələnən dava düşüb. ANS PRESS-in məlumatına görə, şəhərin ən gur yerlərindən olan Topxana Meydanındakı cinayət anı bir həvəskar tərəfindən görüntülənib. Ard-arda açılan güllə səsləri ətrafdakılara böyük şok yaşadıb. 

Mebel fabriki açmağa hazırlaşan Rızayettin Serbest, fabrikin tikintisini tapşırdığı Tacettin Başoral işi yarıda buraxıb. R. Serbest T.Başoral ilə məsələni aydınlaşdırmaq üçün oğlu Erkan Serbestlə birlikdə Tophane Meydanına gəlir. Danışıqda hər iki tərəfin silahlanmış yaxınları da iştirak edib. 

Müzakirə əsnasında mübahisə başlayanda Erkan Serbest, Tacettin Başoralı qasığından yaralayır. Qarşı tərəf buna cavab olaraq silahla onu sinəsindən ağır yaralayır.

Başoral yaralı halda yerdə uzanaraq qanaxmanı dayandırmağa çalışan zaman Rızayettin Serbest silahla ona yaxınlaşaraq başına bir dəfə atəş açıb. Bu güllədən inşaatçı elə yerindəcə dünyasını dəyişir. Rızayettin bunun ardından öldürdüyü inaatçıya yardım edən adama da atəş açsa da, güllə ondan yan keçir.


Tophane Parkındakı dəhşətli anın görüntüsü