Hazırda Avropadakı yeni iqtisadi böhran avropalı turistləri yeni istiqamətlər və marşrutlar tapmağa məcbur edir və bundan ilk növbədə Azərbaycan qazana bilər. İlk əhəmiyyətli addım artıq atılıb – Bakıda I Avropa Oyunları böyük uğurla keçdi.
Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dediyi kimi, Oyunlar ölkənin imkanlarının özünəməxsus təqdimatı idi. Və bu təqdimat böyük uğurla keçdi. Avropa Oyunlarının uğurla keçirilməsində dövlət başçısı və Oyunların Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın böyük xidmətləri oldu. Və bu gün Azərbaycanın qarşısında bu uğuru xarici turistləri cəlb etmək hesabına inkişaf etdirmək tapşırığı dayanır.
Dövlət başçısı bu istiqamətdə əsas vəzifələri qeyd edib – vizaların verilməsi prosedurunun sadələşdirilməsi, aviabiletlətin qiymətlərinin azaldılması və 2, 3 ulduzlu hotellərin tikintisi. Əgər birinci bənd xarici turistlərə hesablanıbsa, son ikisindən ölkə vətəndaşları da qazanacaqlar.
Maliyyə, eləcə də İqtisadiyyat və Sənaye nazirliklərinə tapşırılmış aviabiletlərin qiymətinin tənzimlənməsi mexanizminin hazırlanması onların dəyərinə birmənalı olaraq təsir edəcək. Dövlət başçısı öz çıxışında əsas imkana da işarə etdi. Hazırda istənilən aviaşirkətin xərclərinin əhəmiyyətli hissəsi yanacağa gedir, o isə ölkədə istehsal edilir və “Azərbaycan Hava Yolları” dövlət şirkəti kimi onu aşağı qiymətə alır. Ölkənin regionlarında xeyli sayda 2 və 3 ulduzlu hotellərin tikintisi bölgələrin özünün turizm cəlbediciliyini xeyli artıracaq, rəqabət hesabına isə bütün bazarda ümumi qiymət azalmasına gətirib çıxaracaq. Turistlərin cəlb edilməsi məsələsində kadrlar böyük önəm kəsb edəcək. Lakin buna cavab tamamilə gözlənilmədən I Avropa Oyunlarında tapıldı. Əksəriyyəti ali məktəb tələbələri olan minlərlə könüllü məhz həmin Oyunlarda ciddi təcrübə qazandı və gələcəkdə Azərbaycanın turizm potensialının kadr özəyini təşkil edəcək.
Son dərəcə açıq danışsaq, xaricə turist qismində gedən ölkə vətəndaşlarının çoxu “çimərlik istirahəti”nə üstünlük verir. Ölkə daxilində müvafiq infrastruktur, servis və məqbul qiymətlər olduqda Azərbaycan Türkiyə və Misir kurortlarını asanlıqla əvəz edə bilər, üstəlik, uçuşa qənaət etməklə.
Lakin dövlət başçısının göstərdiyi məsələlərin həlli, ilk növbədə, xaricdən turistlərin cəlb edilməsinə yönəlib. Vizanın 2-3 gündə alınması imkanı, uçuş qiymətinin aşağı olması, geniş hotel seçimi, təhlükəsizlik, xeyli sayda tarixi, görməli yerlər, yay və qış istirahəti imkanları Azərbaycana vaxtilə avropalılar arasında populyar olan Şimali Afrika və Cənubi Avropa kurortlarını əvəz etməyə imkan verəcək. Belə ki, sadalanan kurortlarda təhlükəsizlik və maliyyə problemləri var. Son illər Fars körfəzinin inkişaf etmiş ölkələri, Çin və Asiyanın digər ölkələrindən olan turistlər Azərbaycana xeyli maraq göstərirlər.
Azərbaycan artıq dünyaya dəfələrlə sübut edib ki, bir neçə il irəli baxır. Neft-qaz, nəqliyyat və bir çox sahələrdəki layihələrlə də belə olub. Hazırda ölkə qarşısında neft və qazdan asılılığı tam azad etmək və qeyri-neft sektorunu inkişaf etdirmək tapşırığı dayanır. Əsas prioritetlər arasında turizm var. Bu il keçirilmiş Avropa Oyunlarından sonrakı bir neçə il ərzində Azərbaycanda xeyli sayda müxtəlif tədbir keçiriləcək və bütün bu hadisələr ölkəyə turistlərin cəlb edilməsinə kömək edəcək. Əsas bu şansı əldən verməməkdir.
Maksim Tsurkov - Trend
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM