İran ABŞ və ərəb ölkələrini qorxuya saldı

09:23 / 15.07.2015

Vaşinqton İranın BMT-nin silah embarqosunun qaldırılması ilə bağlı tələblərinə müsbət cavab verdikdən sonra Tehranın nüvə proqramına yeni məhdudiyyətlərin qoyulması qarşılığında sanksiyaların qaldırılması ilə bağlı razılaşma əldə edilib.

İranın ballistik raketləri artırmasına kəskin məhdudiyyətlər qoyan səkkiz illik silah embarqosunun qaldırılması tələbi ilə bağlı Amerika və İran tərəfləri razılığa gələ bilmir.

Tərəflər yekun razılaşmanın həftənin ikinci gününə qədər əldə ediləcəyi ilə bağlı ümidli olsalar da, BMT-nin silah embarqosu bir neçə ay ABŞ və İran arasında həll edilməmiş məsələ olaraq qaldı. Ortaq məxrəcə gələ bilməyən tərəflər bu məsələni ABŞ, İran və digər əsas qüvvələr arasında aprel ayında İsveçrənin Lozanna şəhərində imzalanan ilkin sazişə daxil etməmişdilər.

Vaşinqton uzun müddət “embarqonun qaldırılması müzakirə mövzusu olmamalıdır” fikrində qaldı. ABŞ vasitəçiləri belə düşünürlər ki, İranın döyüş təyyarələri və tankları da daxil olmaqla, geniş miqyasda hərbi texnika idxal etməsinin qarşısını alan embarqo onun Livan, Suriya və İraq daxil olmaqla, regiondakı əlaltılarını silahla təmin etməsinə mane olmayıb.


Gərgin nüvə danışıqları zamanı İran nümayəndə heyəti / FOTO: Associated Press

Ancaq silah embarqosu Vaşinqton, İsrail və Fars körfəzinin ərəb dövlətlərində İran tənqidçiləri üçün simvolik bir məna daşıyır, belə ki, həmin ölkələrdə silah embarqosu İranın İraq, Livan, Suriya və Yəməndəki qüvvələrini silahlandırmaqla regionda nüfuzunu yaymaq imkanının məhdudlaşdırılmasına yönəlmiş daha geniş bir strategiyanın mühüm tərkib hissəsi hesab olunur və embarqonun qaldırılması ilə bağlı istənilən cəhd yekun razılaşma ilə bağlı qərar verməsi üçün 60 gün vaxtı olan ABŞ Konqresində İranın tənqidçiləri tərəfindən müsbət qarşılanmayacaq.

İran və Rusiya isə əksinə İranın nüvə proqramı ilə bağlı tədbir görməyə başlaması ilə ölkənin adi silahları və ballistik raketləri üzərinə qoyulan embarqonun qaldırılması lazım olduğu fikrini irəli sürüblər.

Danışıqlarla bağlı məlumatı olan rəsmilərdən biri bildirib ki, ABŞ müəyyən şərtlərlə 2007-ci ildə adi silahlar üzərinə qoyulan embarqonu qaldıra biləcəyi yollar axtarır, lakin bunu indi yox, nüvə razılaşmasının qüvvədə olduğu illərdə etməyi nəzərdə tutur, bu isə on ildən də çox çəkə bilər.

ABŞ-ın İranın ballistik raket ticarətinə qoyulan məhdudiyyətlərin yerində qalmasını tələb edib-etməyəcəyi hələ məlum deyil. ABŞ və onun Avropadakı tərəfdaşları uzun müddət bu fikirdə olublar ki, ballistik raketlər İranın nüvə ambisiyalarının ayrılmaz bir hissəsini təşkil edir. Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası İranın ballistik raket ticarətinə ilk dəfə 2006-cı ilin dekabrında məhdudiyyət qoyub.


İran nümayəndə heyəti və "Altılıq" ölkələrinin liderləri / FOTO: Associated Press

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini və İranın xarici işlər naziri Cavad Zərif aprel ayında İsveçrədə digər bütün tərəflərin adından birgə bəyanatla çıxış etdilər. Bəyanata görə, BMT “nüvə proqramı ilə bağlı əvvəl qəbul edilmiş bütün qətnamələri ləğv edəcək”, lakin “qarşılıqlı razılaşdırılmış müddət ərzində müəyyən məhdudlaşdırıcı tədbirləri” saxlayacaqdı. Diqqətli şəkildə ifadə edilmiş bəyanatda silah embarqosu haqqında heç nə deyilmir. Ancaq ABŞ tərəfindən göstərilən faktlara görə, İran adi silahlar və ballistik raketlərə qoyulan məhdudiyyətlər, eləcə də, yekun nüvə razılaşmasında yük yoxlamaları və aktivlərin dondurulmasına imkan verən müddəalarla razılaşıb. İran isə bunları heç vaxt təsdiqləməyib.

Tərəflər son bir neçə həftə ərzində sanksiyaların yüngülləşdirilməsi sürətindən tutmuş İranın müasir sentrifuqalarına və BMT inspektorlarının hərbi obyektlərə giriş hüquqlarına qədər bir çox məsələ ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışıblar. İran nüvə silahı hazırlamaq məqsədinin olması ilə bağlı iddiaları qəbul etmir və nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadə etmək üçün potensialı artırmağa çalışdığını bildirir.

2007-ci ilin martında İranın adi silahları üzərinə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən embarqo qoyuldu. Məqsəd isə İranın İraqdan Livan və Qəzzəyə qədər əlaltı və müttəfiqlərini silahlandırmaqla regionda konflikti qızışdırması imkanını məhdudlaşdırmaq idi. ABŞ isə terrorizm, insan hüquqlarının pozulması və region boyu İsrail və ABŞ bazalarına zərbə vura biləcək ballistik raketlərin hazırlanmasına görə İran üzərinə qoyulan sanksiyaları davam etdirməyə əhd edib. Ancaq ABŞ son zamanlar adi silahlar üzərinə qoyulan embarqonu müzakirə etməyə istəkli olduğunu az da olsa, göstərir.


Ərəb ölkələri İranın Yaxın şərqdə güclənməsini istəmir / FOTO: Reuters

ABŞ-da Respublikaçıların İranla imzalanacaq hər hansı bir müqaviləni dəstəkləmələri ehtimalı çox azdır. Bununla belə, hətta bir sıra tərəqqipərvər qanunvericilər də embarqonun qaldırılması ilə bağlı narahat olduqlarını bildiriblər. “Mən İranla razılaşma əldə edilməsini həmişə dəstəkləmişəm, ancaq birdən-birə nüvə proqramı ilə heç bir əlaqəsi olmayan sanksiyaların qaldırılması razılaşma imzalanmasını dəstəkləyənlərin bəzilərinin canına qorxu sala bilər” – deyə Senator Kris Mörfi bildirib.

Bu arada İran müzakirəsinin hər iki tərəfi üzrə çalışan analitiklər müzakirəyə qoşularaq bildirirlər ki, silah embarqosunun qaldırılması regionda siyasi müvazinətin dəyişməsinə o qədər böyük təsir göstərməyəcək.

İran-Amerika Milli Şurasının rəhbəri Trita Parsi və Tayler Kallis İranın Yaxın Şərqdə hərbi nəzarəti genişləndirməsi təhlükəsinin şişirdildiyini iddia edirlər. Onlar belə bir fakt irəli sürürlər ki, ABŞ-la birləşən Körfəz dövlətlərinin hərbi xərcləri İranın hərbi xərclərini olduqca üstələyir. Parsi və Kallis yazır: “Problem odur ki, hal-hazırda Vaşinqtonda İranın nüvə razılaşmasından sonra əldə edəcəyi regional üstünlüklə bağlı yayılmış şişirdilən nağıllar reallığa uyğun gəlmir. Hegemon bir qüvvə olmayan, heç bir cəza almadan öz rəqiblərinə üstün gəlmək və onları özünə tabe etmək imkanı olmayan İranın regional mövqeyi müdafiəsizdir. Rəqibləri isə silahlar alaraq öz müdafiələrini getdikcə gücləndirirlər.”

Xarici Əlaqələr Şurasında Yaxın Şərq üzrə araşdırmalar aparan Ray Takeyh isə onların arqumenti ilə razılaşmır və bildirir ki, Səudiyyə Ərəbistanı kimi əsas Körfəz dövlətləri ona görə silahlara milyardlarla dollar pul tökürlər ki, ABŞ qarşısında nüfuz sahibi olsunlar: “Körfəz dövlətlərinin aldıqları silahlar ABŞ-la müdafiə əlaqələrini gücləndirmək üçün nümayiş etdirilir.” Səudiyyəlilər və digər Körfəz ölkələri regionda siyasi müvazinəti dəyişmək üçün hərbi güclərindən istifadədə o qədər də uğurlu olmayıblar. Takeyh qeyd edib ki, İranın hərbi potensial və nüfuzu Yaxın Şərqdə açıq şəkildə görünür.


İran Körfəz ölkələrindəki qüvvələrini gücləndirmək üçün yeni silahlar almaqda maraqlıdır

Mütəxəssislər bildiriblər ki, İran Körfəz ölkələrindəki qüvvələrini gücləndirmək və gücünü qorumaq üçün Rusiya və başqa silah istehsalçılarından torpedalar, təyyarə əleyhinə raketlər, hücum helikopterləri və dron texnologiyası almaqda maraqlı ola bilər.

İkipartiyalı Siyasət Mərkəzində milli təhlükəsizlik proqramı üzrə rəhbər Blez Miştal bildirib ki, embarqonun qaldırılması İrana Suriya rejiminə açıq şəkildə silah göndərməyə və İraqda şiələr tərəfindən idarə olunan hökumətə silah satmağa imkan verəcək. “Dəməşqə göndərmək üçün ələ keçirə biləcəkləri hər şey dəyərli olacaq və düşünürəm ki, hücum helikopterləri ən çox göndərilənlər arasında olacaq” – Miştal qeyd edib.\Anspres\


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM