Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Strategiya.az-ın Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1550-dən 1,1546-ya qədər düşüb. 

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə dəyişlik qeydə alınmayıb.Hazırda 1 dollar 1,0492 manata təşkil edir. 

Rus rublunun məzənnəsində cuzi artım qeydə alınıb. Rubl 0,0185-dən 0,0186-ya kimi bahalaşıb. 

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.