Nazirlər Kabinetindən verilən məlumata görə, yeni qərar Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alınmaqla verilib.
Bu qərara əsasən, Səhiyyə Nazirliyinin "Azərtibbtəchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsərrüfat hesablı daxilolmalardan əlavə, büdcə vəsaiti hesabına illik saxlanılması xərcləri mərkəzləşmiş qaydada dərman, sarğı ləvazimatları və materiallarının, həmçinin avadanlığın alınması üzrə daxilolmaların 0,25 faizi həddində, lakin 400000,0 manatdan çox olmamaqla müəyyən edilib.