Saxlanılanlar arasında "El Çapo"nun saxlanıldığı həbsxananın rəisi Valentin Kardenas Lerma, mühafizəçilər və inzibati personal da var. Onları narkobaronun qaçmasına yardım etməkdə şübhəli bilirlər.
Təhqiqata başçılıq etmək üçün ölkənin daxili işlər naziri Migel Anhel Osorio Çonq prezidentlə Fransaya səfərini təxirə salıb.
Siyasətçilər ehtimal edirlər ki, "El Çapo"nun həbsxanadan qaçırılması üçün narkomafiya həbsxana personalını həm ələ alıb, həm də ola bilsin, onların ailə üzvlərini təhdid edib.
"El Çapo" ötən ilin əvvəllərində ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Meksika dəniz piyadaları tərəfindən ölkənin kurort bölgələrinin birində həbs olunmuşdu (virtualaz.org).
Bu, onun həbsxanadan ikinci qaçışıdır. "Sinaloa" kartelinin lideri olan "El Çapo" ilk dəfə 2001-ci ildə Meksikanın sərt rejimli həbsxanasından qaçıb və 13 il azadlıqda gəzib. "Sinaloa" karteli ilə müharibədə on minlərlə insan həlak olub.
"El Çapo" iyulun 12-də axşam saatlarında sərt rejimli Altiplano həbsxanasından qaçıb. Məlum olub ki, narkobaron qaçmaq üçün saxlanıldığı kameranın duş kabinəsinin altından qazılmış və 19 metr dərinlikdən keçən yeraltı tuneldən istifadə edib. Uzunluğu 1,5 kilometr olam tunel həbsxanadan aralıdakı tikinti meydançasına çıxır.
Dünyanın ən qorxulu və ən güclü narkobaronu, milyarder, ABŞ-da Al Kaponedən sonra ikinci ən güclü mafioz hesab edilən, şöhrəti Pablo Eskobarı da keçən Hoakin Qusman "Sinaloa" kartelinə 90-cı illərdən başçılıq edir. Bu kartel ABŞ-ın narkotik bazarının üçdə ikisini əlində saxlayır.
"Assoşieyted Press" agentliyi xəbər verir ki, H.Qusmanın həbsxanadan qaçırılması üçün tunelin ən azı 1 il əvvəldən planlaşdırıldığı ehtimal edilir.
Meksika hakimiyyəti bildirir ki, ölkənin ən sərt rejimli həbsxanasından (bu həbsxanaya "cəhənnəm" adı verilib) qaçmaq üçün Hoakin Qusmana böyük miqyasda kömək lazım idi.
Daxili işlər nazirinin bildirdiyinə görə, Qusmanın saxlanıldığı həbsxana təhlükəsizlik qaydalarına görə ABŞ və Kanadanın eyni rejimli həbsxanalarından geri qalmayıb.
Üstəlik Qusmana əlavə nəzarət təhkim edilib, o cümlədən qoluna elektron qolbaq taxılıb. Doğrudur, elektron qolbaq ancaq həbsxana ərazisində siqnal verə bilirdi.
750 izləmə kamerası və 26 təhlükəsizlik filtri ilə təchiz edilmiş həbsxanadan qaçmaq üçün "El Çapo"nun istifadə etdiyi tunel olduqca mürəkkəb olub. Ventilyasiya sistemi, işıqlandırma, dəmir yolu ilə hərəkət edən fərdi motosikllə təchiz edilmiş belə tuneli inşa etmək üçün 18 aydan 2 ilə qədər vaxt tələb olunur.
ABŞ-ın immiqrasiya və gömrük nəzarəti üzrə Milli mərkəzinin keçmiş rəhbəri Cim Dinkins deyir ki, görünür, bu tunel boss üçün nəzərdə tutulduğundan daha yüksək sürətlə işləyiblər.
Bu şücaəti isə Qusmandan başqa heç kim göstərə bilməzdi. O, 25 ilə yaxındır Amerika-Meksika sərhədindən narkotik keçirmək üçün mürəkkəb yeraltı tunellərin tikintisi ilə məşğul olub.
Onun karteli həmçinin məmurları ələ almaqda da ən uğurludur. "Sinaloa" karteli Meksika hakimiyyətinin içərilərinə nüfuz edib.
Eksertlər hesab edirlər ki, bir ildən çoxdur "El Çapo"nun kamerasına doğru tunelin qazılmasından hakimiyyət nümayəndələri xəbərsiz olmaya bilməzdilər.
Cim Dinkins hesab edir ki, görünür, mafiya hələ "El Çapo" həbs olunmazdan əvvəl bu həbsxananın bütün təhlükəsizlik sisteminə bələd idi və çertjoylarını əldə etmişdi.
Tuneli dizayn edənlər və fəhlələrin həbsxananın planı, siqnalizasiya və kamera sistemi haqda məlumatlı olduğu şübhə doğurmur. Çünki tuneli qazanlar Qusmanın kamerasının altına çatanda və 10 metr dərinlikdə işləməyə başlayanda diqqəti cəlb edə bilərdilər.
"Bu, sizin üçün təkcə bir-iki alət, bel, külüng götürüb yeri qazmaq deyil, mürəkkəb əməliyyatdır", - deyə ABŞ-ın immiqrasiya və gömrük nəzarəti üzrə keçmiş yüksək rütbəli rəsmisi Alonso Penabildirir.
"Necə ola bilər ki, onlar həbsxananın altında tikinti getdiyini eşitməyiblər? Bu, mümkün deyil", - A.Pena sual edir.
Həbsxananın ətrafı tikinti meydançası, nəhəng su kəmərləri, xəndəklərlə əhatələnib. Bu isə tunel qazanların diqqəti cəlb etməməsi üçün yaxşı imkandır.
"Lakin tuneldən palçığın və zibilin daşınması diqqəti cəlb etməyə bilməzdi", - C.Dinkins deyir.
Tunelin qazıldığı yerdə doğrudan da torpaq qatının başqa ərazilərə nisbətən 3-4 metr hündür olduğu görünür.
Daxili işlər naziri isə deyir ki, tuneli qazan fəhlələr torpağı daşıyıb ətrafa ata, yaxud onu içəridə bərkidə bilərdilər. Nazir tunelin qazıldığı yerdə torpaq qatının narın və yumşaq olduğunu da deyib.
Milli.Az
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM