“Avropa Oyunları zamanı çəkilmiş “sarı zolaqlar”dan minik avtomobilləri və ictimai nəqliyyat vasitələri iyulun 1-dən etibarən rahat şəkildə istifadə edirlər. Amma bu icazə yük avtomobillərinə aid deyil”.

Bu sözləri ANS PRESS-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Birinci Avropa Oyunları vaxtı “sarı zolaqlar” qüvvədə olsada, oyunlar bitdiyi üçün zolaqlar yenidən avtomobillərin istifadəsinə verilib. Lakin bəzi istiqamətlərdə sarı zolaqların saxlanılması nəzərdə tutulub.

Vaqif Əsədovun sözlərinə görə, bu istiqamətlərdə xüsusi işarələr qoyulub. O həmçinin zolaqların qüvvədə saxlanıldığı yollarda “sarı zolağa” 5 tondan artıq çəkisi olan yük avtomobillərinin daxil olmasının qadağan olduğunu bildirib. 

Zolaqlara daxil olan yük avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar. 

Birinci Avropa Oyunları ilə əlaqədar çəkilən "sarı zolaqlar" qadağası “sarı zolağ” qadağası iyunun 3-dən etibarən qüvvəyə minib. Oyunlar bitdikdən - 28 iyun bağlanış mərasimindən sonra isə bu qadağanın müddəti daha 10 gün müddətində uzadılmışdı. 



Bakı küçələinə çəkilən "sarı zolaq" 


Xatırladaq ki, oyunlarla bağlı olaraq rayon qeydiyyatında olan maşınların da şəhərə girişi məhdudlaşdırlmışdı. Onların dayanması üçün paytaxtın girişində iki dayanacaq fəaliyyətə başlamışdı.