“İslam Dövləti” qruplaşması tərəfindən seks qulları kimi istifadə edilən 3 gənc yezidi qadın qaçmağa müvəffəq olub.
Strategiya.az xəbər verir ki, Britaniyaya gələn qadınlar başlarına gələn dəhşətli hadisələr barədə BBC-ə danışıblar.
Buşra, Nur və Münirə İraqda “İslam Dövləti” qruplaşması əlində qalan qohum və yaxınlarını təhlükə altında qoymamaq üçün üzlərini göstərməkdən imtina ediblər.
Qızlar cıhadçıların intiqam alacağından qorxurlar.
"Bizi gündə 5 dəfə zorlayırdılar”, - 20 yaşlı Buşra deyir. - Orda olan qızlardan biri ayaq yoluna gedib damarlarını kəsmişdi. Lakin o ölməyəcəyini başa düşəndə boğazını da kəsdi. Keşikçilər mənə yaxınlaşıb dedilər: Get gör ölən sənin rəfiqəndirmi?. Onun üzündə o qədər qan var idi ki, mən rəfiqəmi tanıya bilmirdim. Keşikçilər onu yorğana büküb bayıra atdılar”.
Seçim sistemi
İslam Dövləti qruplaşması irəlilədikcə nəzarət altına aldığı əraziləri dini azlıqlardan təmizləyir.
Britaniyaya gələn 3 qadın yezidi qrupuna mənsubdur. İD cıhadçıları hesab edirlər ki, yezidi davamçıları bütpərəst kimi məhv edilməlidirlər.
Buşra cıhadçıların onun kəndinə hücumunu yadına salır: "Bir gecə onlar iki qonşu kənddə basqına keçdilər. Döyüş səhər saat 6-dək davam etdi. Bizim qohumlarımız dedilər ki, kənddən çıxın gedin. Hərçənd ki, kənddəki kürd döyüşçüləri bizə qalmağı və narahat olmamağı tövsiyyə etdilər. Onlar dedilər ki, bizi müdafiə edəcəklər”.
Lakin basqının qarşısını almaq mümkün olmadı.
21 yaşlı Nur daha sonra baş verən hadisələri yada salarkən bunları deyir: "Onlar kişiləri qadınlardan ayırdılar. Kişilər güllələnməyə aparıldı. Mənim 7 qardaşımdan yalnız biri sağ qala bilib. Qalan altısı yoxa çıxdı. Anamı başqa yaşlı qadınlarla apardılar. Biz qəbri qazıyanların gəldiyini gördük və daha sonra atəş səsləri eşitdik”.
Olaydan yalnız gənc qızlar salamat çıxa bildi. Lakin onların arasında da bir çoxu həyatda qaldıqlarına "görə peşman oldu".
16 yaşlı Münirə deyir ki, “İslam Dövləti” döyüşçüləri yerli məktəb binasına gətirilən qızları seçib özlərilə aparmağa başladılar.
"İslam Dövləti komandirlərinin yaşları 50-70 arasında idi. Mənim isə 15 yaşım var idi. Məni bir komandir seçdi. Adətən ən gözəl və gənc qızları komandirlər özləri üçün seçirdi”.
Bir neçə gündən sonra Münirəni başqa bir komandirə satdılıar. “Məni Əbu Abdullaya satdılar. O məni zorladı. Bir neçə gündən sonra məni Emada satdılar. Qaçmasaydım, o da məni daha başqa birisinə satacaq idi”.
Amansızlıq
Əsirdə qalarkən qızlar müntəzəm döyülüb zorlanırdı. Lakin onlar əldən düşsələr də, daima qaçmaq fürsətini axtarırdılar. Birində pəncərədən qaçmağa cəhd göstərərkən Nur “sahibi” Salman tərəfindən yaxalandı.
"Salmanla keşikçilər məni döyməyə başladılar. Onlar mənim üstümdə siqaret söndürürdülər. Salman mənə soyunmağı əmr etdi”.
Bundan sonra otağa 6 keşikçini buraxan Salman Nura cəzalandırılacağını bildirdi.
"Onlar məni amansızcasına zorlayırdılar... bilmirəm neçə dəfə”, - Nur deyir.
“İD” əsirliyindən qaçmağa müvəffəq olan qızlar bir müddət İraqdakı qaçqın düşərgəsində yaşayıblar.
Daha sonra AMAR Foundation xeyriyyə cəmiyyəti onların Britaniyaya səfərini təşkil edib. Bu səfər gedişatında İraqdan gələn qadınlar britaniyalı gənclərlə görüşərək İD-ə qatılmaq fikrində olanları bu niyyətdən daşındırmağa çalışıblar.
Nur, Buşra və Münirə bu məqsədlə, o cümlədən Bristol şəhərindəki məktəblərdən birinə baş çəkiblər.
Bu məktəb şagirdlərindən biri - 15 yaşlı Yusra Hussein “İslam Dövlətinə”qoşulmaq üçün Yaxın Şərqə yola düşüb.
18 yaşlı Nasra Ahmed sosial şəbəkələr vasitəsilə Yusra ilə yanaşı cihadçı hərəkatına qoşulan başqa gənclərlə əlaqə saxladığını deyir.
Nur deyir ki, qızlara yaxşı ev, ər və pul barədə verilən vədlər boş sözdür: “Onlara yaxşı ev, qulluqçu və avtomobil vəd olunur. Lakin bunlar yalandır”.
Bristoldan olan daha bir məktəbli, 14 yaşlı İkram Hasan soruşur: “İslam Dövlətinə qoşulmaq istəyən başqa qızlara hansı məsləhəti verərdiniz?”
"Mən sadəcə olaraq deyərdim ki, “Ora getməyin!”, - Münirə deyir. Orda sizi döyəcəklər, zorlayacaqlar və başqa kişilərə satacaqlar. Onlar sadəcə olaraq, cinayətkarlardır”.
Birmingham şəhərindəki məktəbdə müəllimlər və yerli müsəlman icmasının liderləri şagirdlərə “İslam Dövləti” barədə məlumat verərək hərəkatın “dəhşətli cinayətlərini” əks etdirən videonu nümayiş etdirirlər.
Məktəb şagirdlərinin əksəriyyəti müsəlmandır. İraqdan gələn yezidi qadınların zala daxil olması vaxtı təmkinlə videoları izləyən məktəblilər arasında canlanma yaşanır.
Nur məktəblilərə zorlama və qətllərdən bəhs etməyə başlayarkən deyir ki, hər dəfə Yaxın Şərqə gedənlər barədə eşidəndə təəssüf keçirir.
“Mən gördüyüm və yaşadıqlarımın başqalarının başına gəlməsini istəmirəm”.
Belə görünür ki, onun söylədikləri məktəblilər arasında sarsıntı hissi yaradır. Şagirdlərdən biri yezidilərin başlarına gətirilənlərə görə müsəlmanların adından üzr istəyir.
Görüşdən sonra gənc yezidi qadınlar yenidən İraqa qayıtmağa hazırlaşırlar.
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM