Tbilisi begemotunun Rusiyada qohumları varmış

09:52 / 18.07.2015

Begemot Tbilsi daşqınları vaxtı zooparkdan kənara çıxmışdı. Kalininqrad zooparkının əməkdaşları Tbilisi zooparkında saxlanılan begemota bir günlük maaşlarını hədiyyə ediblər. Belə məlum olub ki, Tbilisidəki daşqınların rəmzinə çevrilərək məşhurlaşan begemotun Rusiyada çoxsaylı qohumları var.

İyun ayında baş verən daşqınlardan sonra azadlığa çıxa bilmiş heyvan yenidən zooparka qaytarılmışdı. Həmin vaxtlar şəhərdə sərbəst dolaşan begemot barədə xəbərləri Kalininqrad zooparkının əməkdaşları da diqqətlə izləyirlərmiş. Buna səbəb Tbilisidəki begemotun 14 may 1999-cu ildə Kaliniqrad zooparkında anadan olmasıdır.


Daşqından sonra Tblisi zooparkından qaçan begemot Begi

Həmin begemot 2000-ci ildə Tbilisiyə göndərildi. Gürcüstan paytaxtında 1 yaşlı begemotun adı Begiyə dəyişdirildi. Belə görünür ki, azadlıqsevərlik Beginin qanındadır. Belə ki, bir il bundan əvvəl onun Milya adlı doğma bacısı da Kalininqrad zooparkından qaçmağa müvəffəq olub. Lakin Milya azadlıqda uzun qala bilməmişdi. Zooparkdan 100 metr aralanmış qaçağı yenidən içəriyə salmaq mümkün olmuşdu.


Tblisi zooparkı daşqından əvvəl 

Bu hadisədən sonra zooparkda volyerlərin barmaqlıqları dəyişdirilib.

Mliya və Beginin anası – mərhum Meri zooparkdan qaçmaqda uşaqları kimi ad çıxarmasa da, sabiq SSRİ ölkələrində yaxşı tanınır. Onun vaxtilə dünyaya gətirdiyi 25 bala demək olar ki, bütün respublikalarda təmsil olunub. Belə bir nailiyyətə görə Kalininqradın Çoxuşaqlı Analar Assosiasiyası Merini öz sıralarına qəbul edib. Begemota üzərində şəkil və möhür olan rəsmi üzvlük vəsiqəsi verilib. Merini aylıq ödənişdən azad etmək üçün begemotu təşkilatın fəxri üzvlərinə aid ediblər. İki il əvvəl ölən Merinin 56 yaşı var idi və o Avropanın ən yaşlı begemotu idi.


Beginin Kalininqrad zooparkında olan bacısı Milya 

Maraqlıdır ki, mütəxəssislər 2000-ci ildə dünyaya gələn Milyanın hansı cinsə aid olduğunu bir müddət müəyyən edə bilməyiblər.
Körpənin erkək olduğunu zənn edərək ona yeni minilliklə bağlı Millenium adını verdilər. Begemotun dişi olduğu məlum olanda isə Millenium adı qısaldılaraq Milya şəklini aldı.

Milyanın “fəaliyyətdə olan əri” - Qlyasik az qala beynəlxalq qalmaqala səbəb olmuş tibbi problemə görə yadda qalıb. Begemotun əyri bitərək yanağına batmış dişini müalicə etmək üçün böyük heyvanlarla işləmək təcrübəsinə malik baytar tələb olunurdu. Rusiyada bu sahədə mütəxəssis olmadığı üçün zoopark almaniyalı baytarı dəvət etdi. Lakin əməliyyat üçün Rusiyada istifadəsi qadağan edilmiş Almaniyadan gətirilən uyuşdurucu ilə bağlı sərhəddə problem yarandı. Baytara cəza kəsilə bilərdi. Buna görə almaniyalı mütəxəssis məsələ çözülənədək Rusiyaya gəlməkdən imtina edirdi.

Qanun ətrafında mübahisələr davam edərkən begemotun səhhəti günü-gündən pisləşirdi. Kalininqradda hesab edirlər ki, Qlyasikin köməyinə böyük siyasət gəldi. Güman edilir ki, populyarlığını bərpa etmək istəyən “Vahid Rusiya” begemotla yaranmış problemə diqqət yetirməyə başladı. Kalininqradın rəhbəri Aleksandr Yaroshuk hətta xəstə begemota şəxsən baş çəkərək problemin çözümündə köməyini vəd etdi. Nəticədə anesteziya problemi həllini tapdı: Qlyasikin ağrıyan dişi çıxarıldı.


Kalininqrad zooparkı

Kalininqrad zooparkının emblemində begemot təsviri var. Lakin bunun nə Qlyasik, nə Milya, nə də ki Begiyə heç bir aidiyyatı yoxdur. Begemot təsviri müharibə illərilə bağlıdır. Belə ki, 1945-ci ildə Kalininqrad (o vaxtlar Keniqsberq) hücumundan sonra yerli zooparkdakı begemot ciddi yaralansa da, sağ qaldı. Onu zootexnik Vladimir Polonski müalicə edə bildi.

Bu arada Tbilisi zooparkında saxlanılan Beginin daşqından salamat çıxan başqa heyvanlar kimi yaxşı volyer, qidalanma və baytar baxımına ehtiyacı var. Kalininqrad zooparkının işçiləri bir günlük məvaciblərini Tbilisi zooparkına göndəriblər.Anspres


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM