Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayıb.
Strategiya.az-ın məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən keçirilən yoxlamada müdafiə naziri yüksək dağlıq şəraitdə, ağır və çətin relyefə malik bölgələrdə düşmənlə bilavasitə təmas xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb, onların döyüş hazırlığı, təminatı, sosial-məişət şəraiti və mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb.
“Bayram günlərində ön xətdə, səngərlərdə yerləşən bölmələrin ziyarət olunması, şəxsi heyətlə görüşlərimiz artıq Müdafiə Nazirliyinin rəhbər heyətinin ən əsas vəzifələrindən birinə çevrilib. Biz bu günlərdə yüksək, sıldırım dağ zirvələrində keşik çəkən qəhrəman övladlarımızla görüşdük. Azərbaycan əsgərinin düşmən ərazilərini, mövqelərini, yaşayış məntəqələrini daim nəzarətdə saxlamaqla istənilən anda qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirməyə hazır olmasının şahidi olduq” deyə nazir Həsənov qeyd edib.
Müdafiə naziri bildirib ki, ön xətdə olarkən xidmət müddəti başa çatan, Silahlı Qüvvələrdən tərxis edilməyə hazırlaşan təcrübəli həqiqi hərbi xidmət hərbi qulluqçuların səngərlərdə qalaraq xidmətlərini davam etdirməkdə israr ediblər: “Onların düşməni işğal altındakı torpaqlardan qovmaq əmrinə hazır olduqlarını gördük. Bu, gənclərimizin, ümumilikdə xalqımızın döyüş ruhunun yüksək səviyyədə olmasının bariz nümunəsidir”.
Nazir qeyd edib ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına həsr olunan iclasda ordu quruculuğuna, Silahlı Qüvvələrimizin gücünə verilən yüksək qiymət onları ruhlandırır: ” Prezidentin “bir həftə ərzində Ermənistanda daş daş üstündə qalmaz” fikri ən müasir silah-sursat, maddi-texniki təminata malik ordumuzun qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirmək qüdrətində olan Azərbaycan əsgərinin dünyanın güclü ordularının hərbçiləri sırasında olduğunu sübut edir. Xalqımız bilməlidir ki, düşmənə müxtəlif istiqamətlərdə zərbə endirərək böyük itkilərə məruz qoyan, əməliyyat şəraitində təşəbbüsə yiyələnən Azərbaycan əsgəri sübut etdi ki, düşməndən hər cəhətdən üstündür. Silahlı Qüvvələrimiz hərbi güc tətbiq etməklə ən əsas və müqəddəs borcunu - işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdır. Silahlı Qüvvələrimiz gecə-gündüz təlim mərkəzlərində, səhra çıxışlarında döyüş vərdişlərini təkmilləşdirməklə bu müqəddəs günün yaxınlaşması üçün inamla çalışır. Ordumuz qısa bir müddətdə şəhidlərimizin qisasını almağa tam hazırdır”.
Müdafiə Nazirliyinin rəhbərliyi yüksəkliklərdəki postların müdafiə qurğuları, silah-sursat, döyüş texnikasının vəziyyəti, əsgər yataqxanası, xidməti otaqlar, səhra hamamı, saxlanclar və digər obyektlərə baxıb, hərbi qulluqçularla birlikdə nahar edib, onların istək və arzularını dinləyiblər.
Müdafiə naziri şəxsi heyəti bayram münasibətilə təbrik edərək dağlıq ərazilərdəki ön səngərlərdə yerləşən hərbi qulluqçulara bayram sovqatları təqdim edib, xidmətdə fərqlənənləri qiymətli hədiyyələrlə mükafatlandırıb və şəxsi heyətlə xatirə şəkli çəkdirib.
Müdafiə naziri ərazinin relyefi, spesifikası nəzərə alınmaqla yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin xüsusi hazırlığına diqqətin daha da artırılması, onların döyüş tapşırıqlarını istənilən anda dəqiq və vaxtında yerinə yetirmələrinə dair müxtəlif məşq və hazırlıqlarının davam etdirilməsi ilə bağlı komandir heyətinə müvafiq tapşırıqlar verib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM