Trend xəbər verir ki, hadisə AMEA-nın Mərkəzi Nəbatat Bağının (Botanika bağı) önündəki avtobus dayanacağının qarşısında baş verib.
Paytaxtın Badamdar qəsəbəsindən şəhərin mərkəzi istiqamətinə hərəkət edən 5 saylı marşrut avtobusu dayanacaqdakı 20-21 yaşlı oğlanın bir ayağının üstündən keçib.
Xəsarət alan gənc yaxınlıqdakı poliknikaya çatdırılıb.