Milli Mətbuatın 140 illiyi

08:59 / 22.07.2015

Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın rolu əvəzsizdir.

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 140 il keçir.

Azərbaycan ictimai həyatının ən mühüm hadisələrindən biri olan Milli Mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir.

1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfinin xəbəri" adlı Azərbaycan dilində buraxılan əlavə, Milli Mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlardandır. Bu nəşrlər rəsmi bülleten xarakteri daşıdığından onlar hələ qəzet adlandırıla bilməzdi.


Bakı 1800-ci illər


Milli mətbuatımızın bünövrəsi yalnız 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin nəşiri də, redaktoru və korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov,Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Nəşrin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. 

Lakin Rus-Türk müharibəsi dövründə "türk-tatar" dilində nəşr edilən qəzetin arxa cəbhədə oxunmasından ehtiyat edərək Rusiya hökuməti 29 sentyabr 1877 il tarixində "Əkinçi"-nin rəsmi nəşrinin dayandırılması barədə fərman verib. Bu işdə "Əkinçi"nin mürəttidi erməni Minasovunnin donosları da öz işini gördü. 


"Əkinçi" jurnalı


İsmayıl bəy Qaspıralı, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov.
Foto: "El" jurnalının 84-cü buraxılışı 


İctimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Rusdilli qəzetlər içərisində daha uzunömrlü olmuş nin 1897-ci ildən etibarən nəşirliyiniHacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olur. Yalnız 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olur. Sonralar Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı.


"Kəşkül" jurnalının birinci sayının 28-ci səhifəsi. 1883-cü il.


XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi "Şərqi-rus" qəzeti oldu. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi. 

Qəzet ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və nəşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü. Bu jurnal 1906-1918 –ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931 illərdə Bakıda nəşr edilib. Onun milli oyanış prosesinə xidmət edən haqq səsi Qafqazın hüdudlarını aşıb Rusiyada, Türk aləmində, bütün Yaxın və Orta Şərqdə eşidildi. 


"Molla Nəsrəddin" jurnalının 18-ci buraxılışı

Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın mühüm rolu olub. Bu cümhuriyyət dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, "Əkinçi" prinsiplərinin həyata keçirilməsinin yeni və çox mühüm mərhələsi idi. Bu onun gündəlik həyatında və işində xalqla sıx bağlı olmasının bəhrəsi idi. Həsən bəy Zərdabinin apardığı təbliğatın köməyi ilə Bakı Gimnaziyasında oxuyan tələbələrin sayı da az bir zamanda xeyli çoxalmışdır. Həsən bəy təhsil alan müsəlman tələbələrə yardım cəmiyyəti yaratmaq gərarına gəlir. O şəxsən cəmiyyətin Nizamnaməsini tərtib edir, icazə əldə edir və lazımi sənədləri notariat qeydiyyatdan keçirir. 

Eyni zamanda Həsən bəy gənc müəllimlərə də diqqət yetirirdi. Ömrünün 60 ildən, çoxunu xalqın maarif və mədəniyyətinin yüksəlməsinə həsr etmiş müəllim Əlməmməd Mustafayevhaqqında kitabda Zərdabinin təhsil sahəsinə necə böyük əhəmiyyət verdiyi haqda yazılıb. Əlməmməd Mustafayev pedaqoji ixtisasa nail olsa da, öz doğma vətəni Şamaxıda işləməyə imkan tapmadıqdan 1906 ci ildə Bakı şəhərinə gəldi. Burada da daimi iş tapmaqda xeyli çətinliklərlə qarşılaşmışdı. Bu zaman Bakıda H.Zərdabinin rəhbərliyi altında müəlimlərin biliyini yoxlayan bir komissiya təşkil olunmuşdu. Ə.Mustafayev komissiya qarşısında müvəffəqiyyətlə imtahan verdi. Komissiyanın üzvləri xüsusi ilə H. Zərdabi Ə.Mustafayevin cavabından razı qalıb onun 7-ci rus-tatar məktəbinə ştat müəllimi təyin edilməsinə qərar verir. Zaman keçdikdə gənc müəllimin şagirdləri Cəfər Cabbarlı, gələcəyin akademiki Məmməd Dadaşzadə kimi yüzlərlə məşhur yazıçı, alim və digər peşə sahibləri olur. 

XX əsrin böyük hissəsi Azərbaycanda sovet mətbuatının fəaliyyət göstərdiyi illərə təsadüf edir. Məhz bu illərdə qəzet və jurnalların şəbəkəsi genişlənir, mətbuat kütləvi informasiya vasitələrinin yeni növləri hesabına zənginləşdirilir. Mətbuat daha çox partiyalı, sinifi olsa da, vətənpərvər jurnalistlərimiz öz qələmlərini daim xalqın xidmətində işlədir və bu yolda bəzən təqiblərə də məruz qalır. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, o öz milli varlığını qoruyub saxlaya bilir. 

Azərbaycan müstəqilliyini bərpa etməsi ilə ölkədə həyatın bir çox səhələrində olduğu kimi mətbuatın inkişafında da dönüş yarandı. Siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Milli Mətbuatımızın əsl intibah dövrü Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yaşanıb. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərmanı ilə respublikada senzura ləğv edilib. Ümummilli Lider tərəfindən müstəqil Azərbaycanda mətbuatın problemlərini əhatə edən 10-dan çox sərəncam və fərman imzalanır. 

Öz növbəsində Prezident İlham Əliyevdə medianın cəmiyyətdəki mövqeyinin möhkəmlənməsinə xidmət edən bir sıra fərman və sərəncam imzalayıb.

20 iyul 2015-ci tarixdə Prezident İlham Əliyev kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam verib.Təltif edilənlər sırasında ANS-in əməkdaşları da var.

Strategiya.az Azərbaycanın bütün media işçilərini bu əlamətdar gün münasibəti ilə təbrik edir.
/anspress/
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM