Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindəndir

12:42 / 16.02.2014

 

Azərbaycan dövlətinin çoxəsrlik tarixi dövründə ərazisində baş vermiş ən böyük fəlakətlərdən biri – XX əsrin sonlarında erməni daşnaqları tərəfindən törədilmiş Xocalı faciəsi, Xocalı müsibətidir...Bu müsibət Azərbaycanın qədim diyarı Qarabağın Xocalı qəsəbəsində 1992-ci ilin soyuq, şaxtalı, dəhşətlərlə dolu fevral günlərində törədildi... Bu basqı silahsız, mülki insanların həyatına adi hərbi müdaxilə deyildi...Bu yalnız başqa millətə, fərqli soya, inanca aid olduğuna görə Xocalıda yaşayan 100-lə insanları ən iyrənc üsullarla, insanlığa yaraşmayan xüsusi qəddarlıqla fiziki və mənəvi cəhətdən məhv etməklə törədilmiş müsibət idi. Görünür bu imiş özünü “məşəqqətlər görmüş”, “zavallı millət” adlandıranların “erməni humanizmi”. Bu faciə mehriban qonşuluq prinsiplərinə, ənənələrinə hər zaman sədaqətli olan Azərbaycan xalqına qarşı törədilmiş olduğca ağır bir hərbi cinayətdir.

Dünya birliyinin gözü qarşısında törədilmiş bu vəhşilik şüurlu bəşəriyyatın adına ləkədir. Faşist ənənələrinə xidmət etməklə təpədən dırnağa qədər silahlanmış erməni daşnaqları bu faciəni törədən zaman nə qocaya, nə uşağa, nə qadına nə də ki, xəstəyə aman verməmişdilər. Bəs bu faciənin kökü haradan qaynaqlanır?

1992-ci ildə bu faciə baş verən zaman 60 milyona yaxın insanın həyatına son qoymuş olan sonuncu savaşdan - II Dünya müharibəsindən 47 il vaxt ötmüşdü. Artıq bəşəriyyət həmin müharibənin vurduğu maddi və mənəvi ziyanın ölçülərini dərk etmişdi. Sivilizasiyalar,irqlər arası münaqişələrin gec-tez irimiqyaslı, qlobal müharibələrə gətirib çıxara biləcəyi bəlli olmuşdu. Müharibənin dəhşətlərini görmüş insanlar onun bir daha təkrar olunmaması, baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görməli olmuşdular. Faşizm, irqçilik, aparteid, soyqırımı bəşəriyyət əleyhinə yönəldilmiş dəhşətli cinayət kimi pislənilməklə onun bir daha təkrar olunmaması üçün ən vacib olan hüquqi sənədlər hazırlanmışdı. Zor gücünə ölkələrin sərhədlərinin dəyişdirilməsinin yolverilməzliyi dünyanın bütün aparıcı dövlətləri tərəfindən qəbul olunmuş və həm də bu sənədlər 70 il ərzində tərkibində olduğumuz keçmiş SSRİ höküməti tərəfindən ratifikasiya olunmuşdu.

Fəqət erməni daşnaqları həmin sənədlərin heç birinə məhəl qoymadan belə bir ağır cinayəti törətdilər. Maraqlıdır, dünya ölkələri XX əsrin sonlarında daşnaqların Azərbaycan ərazisində törətmiş olduğu bu fəlakəti nə üçün görməməzliyə

vurdular? Harada qaldı beynəlxalq hüquq normaları? Xalqların öz müqəddəratını təyinetmə hüququ yalnız “seçilmiş” xalqlar üçündürmü?

Mixail Qorbaçov 1985-ci ildə SSRİ-yə rəhbərliyə gəldikdən sonra onun erməni millətindən olan yan-yörəsinin məsləhətləri ilə “ perestroyka” adlanan bir dövr başlandı. Məhz həmin zamandan Aqanbekyan, Sitaryan kimi erməni ideoloqları tərəfindən Azərbaycan respublikası barədə məkrli planlar hazırlanıldı. Əslinə baxanda bu planlar daşnaqların xeyli əvvəllər işləmiş olduğu “erməni işi”nin tərkib hissəsi olmaqla sadəcə icra olunmağa başlanıldı. Daha sonra erməni ideoloqları Azərbaycanın tarixi ərazilərinə sahib çıxmaq üçün öz millətini qızışdırdılar, həm keçmiş SSRİ-də və həm də dünyanın digər güşələrində təbliğat kampaniyaları aparıldı. 1988-ci ildə Sumqayıtda özlərinin planlaşdıraraq həyata keçirdikləri hərəkətləri Azərbaycan xalqının adına çıxmağa səy göstərdilər. Az bir vaxtda Ermənistan adlı respublikadan azərbaycanlılar zorla qovuldular. Bunun ardınca Dağlıq Qarabağ və ətraf ərazilərdən azərbaycanlılar didərgin salındılar.

Tarix boyu zorakılıqlar, müharibələr az olmamışdır. Lakin, ermənilərin Xocalıda törətmiş olduqları vəhşilik qəddarlığın dərəcəsinə görə deyilənlərin heç biri ilə müqayisəyə gəlmir. Allah bəndəsinə, insana qarşı törədilən bu vəhşiliklər nə şərq despotizmi adlanan zaman, nə də Avropada orta əsrlərin “zülməti”, inkvizisiyaların tüğyan etdiyi zaman müşahidə olunmamışdır. Hətta, dəhşətli “Varfolomey gecəsi” də erməni vəhşilikləri ilə müqayisəyə gəlmir. Yəqin ki, erməni quldur dəstələrinin imkanı olsaydı bir nəfər azərbaycanlını, müsəlmanı sağ buraxmazdılar. Xocalı faciəsini yalnız 1918-ci ildə ermənilərin Azərbaycanın bir çox güşələrində; Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda və digər güşələrində törətmiş olduqları vəhşiliklərlə müqayisə etmək olar. Bu faciənin bir adı var o da soyqırımı...Dəhşətli Xocalı soyqırımı...XX əsrin sonunda ümumbəşəri dəyərlərdən, insan haqlarından, xalqlar və ölkələr arasında barışdan yorulmadan danışan dünyanın görməməzliyə vurduğu soyqırımı.

Məşhur amerika yazıçısı Rey Bredberinin hələ ötən əsrin 50-ci illərində yazdığı olduqca maraqlı bir hekayə var- “...Və ildırım çaxdı...” Bu fantastik əsərdə uzaq-uzaq keçmişlərdə, Yer planetində insanlar yaşayandan hələ on milyonlarla il əvvəl, dinozavrların geniş yayıldığı zaman bircə kəpənəyin ölümü XX əsrdə Yer kürəsində necə böyük problemlərin yaşanmasına səbəb oldu. Xocalıda isə yüzlərlə

köməksiz insanın – körpənin, uşağın, qocanın, qadının həyatına qəsd olundu. Təbii ki, bu soyqırımı geci- tezi öz hüquqi qiymətini alacaqdır. Mən buna tam əminəm.

Bu fəlakətin baş vermə səbəbləri, təşkilatçıları müəyyən olunmalı, səbəbləri diqqətlə araşdırılmaqla hüquqi qiymətini almalı və gələcək nəsillərə çatdırılmalıdır.Bəlkə də biz vaxtında sayıqlıq göstərsəydik başımıza bu bəlalar gəlməzdi.

Erməni daşnaqları özlərinin tolerantlığını hər yerdə mədh etsələr də onlar faktiki olaraq XX əsrin sonunda yalnız ermənilər yaşayan monoetnik bir dövlət yaratmışlar. Bu eybəcərliyi ört-basdır etmək məqsədilə onlar ən iyrənc vasitələrə əl atırlar. Həmin vasitələrdən biri də ölkəmizdə yaşayan xalqlar arasında nifaq, təfriqə salmağa cəhd olunmasıdır. Bunu biz heç zaman unutmamalıyıq. Vətənimiz Azərbaycan təbii sərvətləri zəngin olan bir ölkədir. Hesab edirəm ki, ölkəmizin ən zəngin sərvəti onun tarixən formalaşmış, inkişaf etmiş polietnik mənzərəsi, müxtəlif millətlər və etnik qruplardan ibarət olmaqla Azərbaycana sədaqətlə xidmət edən qeyrətli vətəndaşlardır.

Unutmamalıyıq ki, bütün müharibələr, qanlı münaqişələr gec-tez sülhlə, barışla nəticələnir. Erməni xalqı anlamalıdır ki, onların ən böyük düşməni elə öz içərilərindədir. Bunu son 100 il ərzində baş vermiş qanlı hadisələr təsdiq edir. Qonşularımız “erməni xəstəliyindən”, millətçilik virusundan, Azərbaycana və digər qonşularına qarşı əsassız ərazi iddialarından əl çəkməli, mehriban qonşuluq prinsiplərinə əməl etməlidirlər. Şovinizmin, azərbaycanlılara qarşı nifrətin, ədavətin necə böyük bəlalar gətirə biləcəyini onlar dərk etməli və bundan nəticə çıxarmalı, işqal altında saxladıqları Azərbaycan torpaqlarını dinc yolla boşaltmalıdırlar. Bu həqiqət nə qədər tez dərk olunsa həm ermənilərə, həm də onların qonşularına faydalı olar və qoca Qafqazda nəhayət ki, həqiqi, uzunmüddətli sülh yaranar.

Ağamahmud Səmədov


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM