Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ATV.az-a verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, Kollegiyanın sədri Şahin Mustafayev 2015-ci ilin birinci yarısında qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Vurğulanıb ki, ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında davam edən qeyri-sabitliyin mənfi təsirinin qarşısının alınmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malikdir. Görülmüş işlərin nəticəsi olaraq, 2015-ci ilin I yarısında ümumi daxili məhsul 5,7% artıb, sənaye istehsalında 3,8%, kənd təsərrüfatında 7,3%, rabitədə 10,7%, tikintidə 11,5%, nəqliyyatda 1,7%, ticarətdə 13,4%, ümumilikdə qeyri-neft sektorunda 9,2%-lik artıma nail olunub.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti ölkədə iqtisadi inkişafın davam etdiyini qeyd edib, bu ilin birinci yarısında sosial-iqtisadi sahədə əldə olunmuş uğurları yüksək qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası barədə danışan Ş.Mustafayev bildirib ki, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarında infrastrukturun yaradılması, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili işləri davam etdirilir. Artıq Sumqayıt Kimya Sənaye Parkında 4 rezident qeydiyyatdan keçib və bu rezidentlər tərəfindən 700 milyon manatdan çox investisiya qoyuluşu nəzərdə tutulur. Balaxanı Sənaye Parkında isə avtomobil şinlərinin bərpası, işlənmiş mühərrik yağlarının və plastik qabların təkrar emalı üzrə fəaliyyət göstərəcək 3 rezident qeydiyyatdan keçib. Neftçalada sənaye məhəlləsinin təşkilinə hazırlıq işləri başa çatdırılıb və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq. Ölkənin digər regionlarında da sənaye parklarının və məhəllələrinin yaradılması istiqamətində araşdırmalar aparılır.
Dövlət başçısının tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlili aparılır və qiymətlərin aşağı salınması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanıb.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsi barədə məlumat verən nazir Ş.Mustafayev bu mühüm sosial məsələyə dövlət başçısının xüsusi diqqət göstərdiyini vurğulayıb və qeyd edib ki, bu sahədə qanunvericilik bazası yaradılıb, qiymətlərin tənzimlənməsi mexanizmi hazırlanıb. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək. Bununla yanaşı, dərman satışı bazarında keyfiyyətə xüsusi diqqət yetiriləcək.
Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial infrastrukturun - məktəblərin, uşaq bağçalarının, tibb ocaqlarının tikintisi, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması tədbirləri davam etdiriləcək.
Kollegiya iclasında sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib. Qeyd olunub ki, 2015-ci ilin birinci yarısında əsas hissəsi qaytarılmış vəsaitlər olmaqla sahibkarlara 97 mln. manat həcmində güzəştli kreditlər verilib. Sahibkarlığın inkişafının stimullaşdırılması, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə güzəştli kreditlərin faiz dərəcəsinin aşağı salınmasına dair təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.
İclasda kənd təsərrüfatının inkişafının dövlət başçısının daim diqqət mərkəzində olduğu, ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olan aqrar sahədə görülmüş məqsədyönlü tədbirlər nəticəsində məhsuldarlığın artdığı, 2015-ci ilin birinci yarısında 7,3%-lik artıma nail olunduğu vurğulanıb. Bildirilib ki, hazırda kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edən iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Belə ki, indiyədək 30 min hektar sahəni əhatə edən 19 iri fermer təsərrüfatı yaradılıb, müasir suvarma sistemləri qurulub. Artıq fəaliyyətdə olan təsərrüfatlarda taxıl biçini başa çatdırılıb, hər hektarından 60 sentner arpa və 57 sentner buğda olmaqla yüksək məhsuldarlıq əldə edilib. Bununla yanaşı, Şəmkirdə və Yalamada aqroparkların təşkili işləri davam etdirilir. Xızıda isə aqroparkın yaradılmasına başlanıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, tikinti materialları istehsalının genişləndirilməsi, yerli məhsulların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, ixracın artırılması, xaricdə logistik imkanların yaradılması, Böyükşor gölünün bərpası layihəsinin ikinci mərhələsinə başlanması, eləcə də Zığ gölünün təmizlənməsi üzrə hazırlıq prosesi müzakirə edilib və işlərin sürətləndirilməsi barədə nazirliyin müvafiq strukturlarına göstərişlər verilib.
Kollegiya iclasında bəzi xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin qəbuledilməz olduğu vurğulanıb və bu cür halların qarşısının alınması üçün tədbirlər barədə təkliflərin hazırlanması qərara alınıb.
Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
Kollegiya iclasında ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə dinlənilib, müzakirələr aparılıb. Qeyd edilib ki, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklər edilərək sahibkarlıq subyektlərinin elektron qeydiyyatı zamanı prosedur və müddətlər azaldılıb, korporativ idarəetmənin və kiçik paya malik səhmdarların hüquqlarının qorunması təkmilləşdirilib, tikintiyə icazələrin verilməsi və idxal-ixrac əməliyyatları üçün mövcud prosedur, müddət və xərclər azaldılıb, elektrik təchizatı şəbəkəsinə qoşulma üçün sənədlərin elektron qəbulu təşkil olunub. Bununla yanaşı, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən özəl kredit bürolarının və daşınar əmlakın yüklülüyü reyestrinin yaradılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün tələb olunan müddətin, elektrik təchizatı şəbəkəsinə qoşulma üçün prosedur, müddət və xərclərin azaldılması və s. məsələlər üzrə işlər davam etdirilir.
İclasda Nazirliyin aidiyyəti struktur bölmələrinə vətəndaşların, o cümlədən sahibkarların müraciətlərinin diqqətlə öyrənilməsi və operativ tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verilib, bu sahədə geniş müzakirənin təşkil olunması tapşırılıb.
Kollegiya iclasında cari məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM