İclasda baş nazirin müavinləri Bülent Arınç və Yalçın Akdoğan, daxili işlər naziri Səbahəddin Öztürk, milli müdafiə naziri Vəcdi Könül, nəqliyyat, dənizçilik və rabitə naziri Feridun Bilgin, Enerji və təbii sərvətlər naziri Taner Yıldız, baş qərargahın ikinci rəisi ordu generalı Yaşar Gülər, quru qoşunları komandiri ordu generalı Hulusi Akar, jandarm baş komandiri ordu generalı Abdullah Atay, hərbihava donanmasının komandiri ordu generalı Akın Öztürk, Baş nazirliyin müşaviri Kamal Mədənoğlu, MİT müşaviri Hakan Fidan, xariciişlər nazirliyinin müşaviri Feridun Sinirlioğlu, baş nazirliyin baş müşaviri Hatem Ete, baş nazirlik xarici işlər müşaviri Kamal Ökem, baş polis idarəsinin rəisi Cəlaləddin Ləkəsiz və mətbuat müşaviri Osman Sert iştirak ediblər. 


Əhməd Davudoğlu və Akın Öztürk 

Müşavirədə hərbi hava donanmasının komandiri ordu generalı Akın Öztürk əməliyyat barədə brifinq verib. 

Baş nazir Əhməd Davudoğlunun müşavirədə iştirakedən bəzi şəxslərlə görüşə davam etdiyi bildirilib. 



Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

İyulun 20-də baş verən terror hadisəsini bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçirirdilər. 



Bir gün əvvəl İŞİD terrorçularına qarşı hərbi əməliyyatlar keçirən Türkiyə ordusu. bu gecə isə Şimali İraqda yerləşən PKK hədəflərini bombardıman edib. .