ƏFQAN GÖLÜ

10:12 / 17.02.2014

Sovet qoşunlarını 9 il 35 gün özündə saxlayan və 1989-cu ilin 15 fevralında başa çatan Əfqanıstan bataqlığının udduğu canlar bu gün də davam edir.Rəsmi adı “xoşməramlı missiya” və ya “beynəlxalq borcun” yerinə yetirliməsi olsa da Qızıl Ordunun düşdüyü bu tələnin əsil adı “20-ci əsrin fəlakəti”dir. Çünki hamının-hamıya qarşı apardığı savaşın dəqiq ideologiyasını, həqiqi məqsədini bu gün də heç kəs aydınlıqla ifadə edə bilmir.

 Ağırtaxta Leonid İliçi 1979 cu ildə belə hərəkət etməyə nə vadar etmişdi?İlk ağıla gələn budur ki,dünyada kommunizm ideologiyasının yayılması və xalqların vahid bir sovet bayrağı altına yığılması xülyası belə avantüranın əsası ola bilərdi.Axı buna qədər sərhədlərindən min kilometrlərlə uzaqlarda-Vyetnam torpaqlarında ordunu heç bir ali məqsəd olmadan qan gölündən keçirmiş imperiya rəhbərliyi növbəti geosiyasi poliqona da oxşar niyyətlə gedə bilərdi.Lakin tarixi faktlar sübut edir ki,əfqan tələsi Qərbin məharətlə düzənlədiyi provokasiyası,şişidilmiş təhlükələrə dair informasiya məkanını dolduran xəbərləri və SSRİ-nin çöküşünü doğuran mühüm bir anqlosaks proqramı idi.

 Bunu sübut edən yetərli sənədlər artıq ictimai dövriyyədədir və məxfi qrif altından çıxarılıb.Məsələn,indi bəllidir ki,ötən əsrin 70-ci illərində kommunist tiraniyasına qarşı təklif olunan ən yaxşı layihələrindən biri onun içərisində ateizmdən əzilmiş fundamentalist dini baxış daşıyıcılarını rejimin üzərinə qaldırmaq idi və belə əbədi müharibənin ən yaxşı aləti müsəlmanlar ola bilərdi.Amerikanın o vaxtkı rəhbəri Cimmi Karterə əfsənəvi strateq Bzejinski tərəfindən təklif olunan doktrina öncədən britaniyalı kəşfiyyatçı və şərqşünas Bernard Luis vasitəsilə hər iki ingilis dövlətinin rəsmilərinin masası üzərinə qoyulmuşdu.Təsadüfi deyil ki,sabiq təhlükəsizlik müşaviri bunu “əla ideya” adlandırmış və gələcək toqquşmaların dərinləşdilirilməsi üçün Əfqanıstandakı dini mücahidlərdən ölüm eskadronları yaratmağa qərar vermişdilər.Nəticədə hələ iki qlobal hökmran dövlətin əfqan döyüşlərindən əvvəl Sovetlərin cənub sərhədləri real təhlükə ilə üz-üzə qalmışdı.Sonralar Qərbin maliyyə,silah və real hərbi təlimlərlə gücləndirdiyi Hikmətyar ordusu Orta Asiyadakı din qardaşlarını “bir gün işğalçı rus hakimiyyətindən” təmizləyəcəyini bəyan etmişdi.

 

Nəzərə alınsa ki,Amudəryadan zəif bir keçidlə ayrılan əfqan torpaqları istənilən vaxt taciklər,özbəkləri və digər xalqları öz qanlı vuruşlarına çəkə bilərdilər.

 

İslam dünyası ilə üz-üzə gəlməmək üçün Kabilə atılan sovet ordusu isə əsil cəhənnəmə vəsiqə almışdılar.Əhalisinin 95 faizinin savadsız olduğu bir kütlə orta əsrlərin feodal geriliyini və quldarlıq ənənələrini saxlamaqda davam edirdi.Belə cəngəllik mühitində Konstitusion hakimiyyət qurmaq,Nəcibullanın idarəçiliyini möhkəmləndirmək və bölünmüş düşmən tayfaları vahid mərkəzi rəhbərliyə tabe etdrmək ağlasığmaz vəzifə idi.

Bununla belə duşmanlar və mücahid qüvvələri ilə ölüm-dirim savaşında olan sovet ordusu məktəblər tikməyə,xəstəxanalar açmağa,yollar çəkməyə və sənaye infrastrukturu yaratmağa, həmçinin,nizami hərbi qüvvələr formalaşdırmağa qərar verir.İldə 2 milyard dollardan çox büdcə vəsaitini yeyən və əsil iqtisadi iflasa səbəb olan yeni Əfqanıstan quruculuğu işə düşür.Rəqib cinahda da milyonlarla vəsait Pakistana qaçmış Aminə və tərəfdarlarına əsirgənmir,minlərlə islam yaraqlısı təlim düşərgələrində yadelli işğalçılarla vuruşa hazırlanır.Hazırkı Taliblərin əsası da o vaxt qoyulur və bu işə təkcə ingilis imperiyaları deyil,Səudiyyə və digər ərəb dövlətləri də yaxından hamilik edir.

 Əlbəttə, xoşbəxt sovet xalqının firavanlığını bir kimsə poza bilməzdi.Bir tərəfdə Olimpiada hazırlıqları,Universiada təntənələri və beynəlmiləlçi ideolgiyanın eyforyiası,o biri tərəfdə isə evlərlə gələn tabutlar,qırılan talelər,məhv edilən ömürlər və boşalan kisələri gizlətmək qeyri-mümkün idi.Amerikalılar isə “Rembo” kinoepopeyası ilə gələcək superqəhrəmanlarının idealını formalaşdırırdılar.

Brejnyev öyünməyə vaxt tapmadı,Andropovun heç gözü açılmadı,Çernenko təzəcə əfqanların savadlı nəslindən,sovet ali məktəblərində yetişən yeni millətdən və Əfqanıstan torpaqlarına gəlmiş sülhdən danışırdı ki,onu da əcəl zəngi yaxaladı.Nəhayət, Qorbaçıov və Reyqan razılaşması işə düşəndə 40-cı ordunun 9 il ərzində Əzrayılla döyüşünün ağır və məşəqqətli nəticələri ortada idi.Qətlə yetirlmiş yüz minlərlə puştun,özbək,tacik və digər binəvaların üzərinə 15 min də sovet döyüşçüsü əlavə olunmuş,50 mindən artıq hərbi əlil Vətəninə dönüş üçün yola çıxmışdı.Sonralar, o insanlar unudularaq gərəksiz tullantılara çevriləcək,sovet ordusunun çöküşünə təsir göstərəcək və hərbçi peşəsinin ictimai sevgidən,nifrətə yuvarlanmasına səbəb olacaqdı.

İndi 11 ildir ki,Amerika dövləti koalisiya qoşunları ilə birgə keçmişdəki sovet əsgərlərin vuruşduğu dağların,qayaların və dərələrin qaranlıq kabusunun pəncəsi altınadıdır.Xərclənən milyardlar ilk yüzlüyə yaxınlaşır və belə pullarla onlarla orta inkişaf etmiş ölkə qurmaq olardı.Kabula Qərbin nüvə silahını yerləşdirmək,Çinə və İrana o torpaqlar üzərindən nəzarət etmək planı növbəti dəfə iflasa uğradı.Marionet Karzay hakimiyyəti ölkəsinin üçdə birinə nəzarət edə bilmir.Əhalinin yarısına qədəri Kalaşnikov silahını əldə edib.Bir az imkanlıları isə Stingerlərə sahibdilər.Xalqın üçdə-ikisi yoxsulluq girdabında boğulur, iqtisadiyyat adına tiryək,həşiş və digər qiymətli narkotik plantasiyaların becərilməsi işi kütləviləşməkdə davam edir və Avropa tibbi klinikaları 80 faizə qədər ehtiyacını buradan ödəyir.

 Günəş də torpaqda məzlumların üstünə düşmür.Üç imperiyanı çökdürmüş Hindikuş dağlarının yüksəkliyi yüz illərdi ki,insan övladlarının başını göylərə deyil,torpağın altına soxur və cansız bədənlərdən yeni təpələr ucaldır.Qanla suvarılan məmləkəti bu il tərk edən növbəti “Sparta ordusu” isə arxasında ümidsizlik,vəhşət və qaranlıq qoyaraq evlərinə dönür.

 ƏFQAN gölü dünyanın ən məhsuldar və bolsulu hövzələri sırasındadır! Quruması heç vaxt gözlənilməyən cəsəd dənizi!

Milli Məclisin deputatı,
Zahid Oruc

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM