NEFTÇİ İLƏ TRAXTORÇU

10:14 / 17.02.2014

Təbrizin “Traxtursazi” futbol klubu ilk dəfə İran Kubokunu qazandığına görə bütün azərbaycanlılar bayram içindədir. Niyə də olmasın? Biz də sevinirik. Necə olsa bir Təbriz klubu bir kubok alıb və Asiya Çempionlar liqasında İranı təmsil edəcək. Görünür Azərbaycanın quzeyində yaşayanlar kimi, güneyindəkilər də futbolda nadir hallarda uğur qazandıqlarına görə bu cür qələbələr ümummilli bayrama çevrilir. Arazın o tay-bu tayında azərbaycanlılar sevinclərini bir-biri ilə bölüşürlər. Xatırladım ki, vaxtilə keçmiş SSRİ çempionatında Bakının “Neftçi” komandası 1966-cı ildə üçüncü yeri tutmuşdu. Bu hadisəni bu günədək Azərbaycan futbolunun ən böyük uğuru hesab edərək həmin dövrün futbolçularını rəğbətlə xatırlayırlar. Bu komandanın heyətinə azərbaycanlı demək əlbəttə, bir qədər ədalətli olmaz. Bir neçə Azərbaycan türkünün heyətində olduğu bu komandanın meydandan kənar vasitələrin də köməyi ilə də ilk və son bir bürünc medal əldə etməsi eyforiyası az sonra o zamanın əzəli rəqibimiz sayılan “Ararat”ın uğurları fonunda xeyli kölgədə qaldı. Bizlər bir bürünc sevinclə SSRİ ömrünü tapşıranadək kifayətlənməli olduq. “Ararat” isə Bakıdan gedən altı-yeddi erməni futbolçunun köməyi ilə, bir qapıçı xaric bütün oyunçuları erməni olmaqla güclü bir komandaya çevrildi və bir dəfə SSRİ çempionu, bir dəfə gümüş medal, iki dəfə də SSRİ kubokunu alaraq həm də bizim üzərimizdə mənəvi üstünlük qazandı. Əslində o zaman da “Neftçi” və “Ararat”ın timsalında erməni-azərbaycanlı savaşı gedirdi və xeyli millətin sintezindən formalaşan Bakı komandamız çox zaman yekcins erməni komandasına, eyni zamanda yekcins gürcü komandasına məğlub olurdu. Əlbəttə, o gün tapdığımız bəhanə bizlərə az-çox təsəlli verə bilirdi ki, hansısa Simonyanlar ermənilərə dəstək verir. Ancaq əsl gerçək bu idi ki, hər dəfə SSRİ yığmasının tərkibində bir neçə istedadlı futbolçu oynadığı halda, bizim millətdən kimsə daimi heyətdə Ələkbər Məmmədov erasından sonra gözə dəymirdi. Sıxışdırırdılar, paxıllıq edirdilər, çağırmırdılar, ruslara, gürcülərə, ermənilərə üstünlük verirdilər- bunları anladıq, ancaq hər halda futbol meydançada insanların gözü qarşısında oynanırdı və hansısa xüsusi istedadı belə rahatca görməzdən gəlmək adama inandırıcı görünmürdü. İndi isə müstəqillik qazanmışıq və öz adımızla dünya futbol arenasında təmsil olunuruq. Pulumuz da ermənilərdən çox. Yenə də xaricdə aparıcı klublarda oynayan futbolçumuz demək olar ki, yox, ermənilərinsə bir neçə qabiliyyətli oyunçusu Çempionlar Liqasında oynayırlar. Təsəllimiz arasıra özünü göstərən Türkiyə klublarıdır ki, onlara azarkeşlik etməklə başımızı qatırıq. 
İndi “Traktorsazi” də əslində Azərbaycan insanının siyasi duyğularını bir kubok almaqla hərəkətə gətirib. Ancaq futbolda atəşlənən insan növbəti sezonun hansısa zəif nəticəsində daha fərqli davranış göstərməyə başlayır. Nümunə üçün İspaniya çempionatına baxa bilərsiniz. “Barselona” katalonların ən böyük dəyəri sayılır. Katalonlar bu klubla nəfəs alırlar desək, yanılmarıq. Katalonlar siyasi ideallarını da bu klub vasitəsilə dünyaya tanıdır, mübarizələrinin simvolu olaraq bu klubun uğurlarını təbliğ edirlər. Şotlandların da “Qlazqo Reyncers”i, “Seltik”i onlar üçün eyni dəyəri ifadə edər. “Traxtorsazi” Azərbaycan türkləri üçün sadəcə azarkeşlik edilən klubdan daha fərqli bir dəyərə çevrilə bilərmi? Hər halda İran çərçivəsində bir təsadüfi qələbəyə görə nəticə çıxarmaq, bayram rəhavətinə özünü qapdırmaq doğru olmazdı. Ancaq Azərbaycan insanı mütləq kütləvi idman sahəsində, xüsusilə də ən çox tamaşaçı yığan futbolda bir sıçrayış ümidi ilə yaşayır. Maarifçiliyin, modern yaşamın nemətlərindən xeyli uzaq qalmış, xəstə dini təmayülün basqısı altında olan Azərbaycan türkləri üçün futbol da əlavə xəstəlik vasitəsi çevrilsə də, həm də həmrəylik yaradacaq ciddi bir faktordur. Dünyanın reallığında bütöv bir cəmiyyəti hərəkətə gətirəcək, onun siyasi impulslarını da artıracaq ciddi bir uğuru düşünürüksə, o zaman bu yöndə daha geniş imkanlara sahib və Avropa futbol məkanının içində olan Quzey Azərbaycanın futbolunun qalxınmasına daha peşəkar və vətənpərvər anlayışla baxmalıyıq. Yoxsa ötən əsrin 66-cı ilində paslanmış bir bürüncün nağlını danışmaqla, uzun illər boyu ilk dəfə İranda bir kubok qazanmağa yeni materik kəşfi kimi baxmaqla yenə də “Ayrılıq” mahnısının yuxu gətirən melodiyası içində itib-batacağıq. 21-ci əsr neftçisi ilə traxtorçusunun zəhmətsevərliyi hələ yaxşı futbol oynamanın təminatı sayılmaz..

Fazil Mustafa,

Milli Məclisin deputatı

 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM