Rəhim Qazıyev və Əliağa Hüseynov bir-birini təhqir etdi

10:42 / 17.02.2014

  Sabiq müdafiə naziri Rəhim Qazıyevlə keçmiş baş hərbi komissar Əliağa Hüseynov arasında ittihamlar davam etməkdədir

 Öncə sabiq müdafiə naziri R.Qazıyev bildirib ki, Ə.Hüseynov keçmiş Oktyabr, indiki Yasamal rayonunun hərbi komissarı olan zaman ona zəng edərək ağlayıb:

“1992-ci ilin iyil-avqust ayları idi, mənim hərbi rabitə sistemi olan ”Uraqan" telefonuma zəng gəldi və bir nəfər telefonda hönkür-hönkür ağlayaraq, “cənab nazir, məni tutub aparırlar, kömək eləyin” deyə fəryad edirdi. Soruşdum ki, kimdir bu? Dedi ki, cənab nazir, Oktyabr rayon hərbi komissarı Əliağa Hüseynovdur. Soruşdum ki, yekə kişisən, niyə ağlayırsan, bir başa sal, görüm, nə baş verib? Dedi ki, bəs qoluma qandal vurub aparırlar. Dəli oldum, soruşdum ki, bəs sən necə hərbi komissarsan, şəxsi silahın yoxdu? Niyə sənə hücum edən şəxslərə silahınla cavab verməmisən? Yenə ağlayaraq birtəhər məni başa saldı ki, cənab nazir, Fəhmin Hacıyevin göndərdiyi adamlardır, məni qandallayıb aparırlar. Dedim, onlar kimdir ki, səni aparalar, sən axı neynəmisən ki, onlara? Dedi ki, Fəhmin Hacıyev mənə zəng vuraraq 5 nəfər çağırışçının adını və soyadını verdi ki, onları birbaşa Daxili Qoşunlara göndər. Əlağa Hüseynov bunu etmək imkanının olmadığını bildirib. Nə isə, dərhal köməkçilərimi göndərdim Oktyabr hərbi komissarlığına, Fəhminin göndərdiyi bu 3 nəfəri də Əliağa Hüseynovla birlikdə mənim xidməti otağıma gətirdilər. Mən həmin hərbçilərə dərhal raport yazdırdım, amma Əliağa Hüseynovun ağlamasını kəsmək üçün xeyli onu dilə tutmalı olduq. Özünə gələ bilmirdi və hönkür-hönkür ağlayırdı".

 Ə.Hüseynov isə Teleqraf.com-a bildirib ki, sabiq müdafiə nazirinin dedikləri ağ yalandır: “Hərbi komissar müdafiə naziri ilə telefonla danışa bilir? Baş verənləri keçmiş hərbi prokuror Nizami Təhməzov yaxşı bilir. Mən Fəhmin Hacıyevin qanunsuz əməllərilə bağlı məsələ qaldırmışdım. Rəhim Qazıyev bunlardan danışsın. Mənim ağlamağımı harda görüb? Niyə ağlamalıydım ki... Bəli, Fəhmin Hacıyevin adamları gəlmişdilər yanıma. Mənə zor göstərirdilər ki, ali təhsilli gəncləri Daxili Qoşunlara göndərim. Mən imtina etdim. Onlar mənə zor göstərmək istədilər. Mən də onları tərksilah edib, qollarını qandallatdım. Hərbi polisdə, prokurorluqda fakt üzrə cinayət işi açıldı. Fəhmin Hacıyev həbs olunmuşdu. Məhkəməsində mən də ifadə verirdim. Hakim dedi ki, Fəhmin Hacıyevin adamları sənə qarşı qanunsuzluq ediblərmi? Bildirdim ki, mən ölü adamların üzünə durmuram. Mən Fəhmin Hacıyev komandir olanda onunla vuruşmuşam. Indi o, mənim üçün heç kimdir, adi adamdır. Mən kişiyəm, belələlərindən deyiləm”. Deputat daha sonra bildirib ki, Rəhim Qazıyevə o yox, Respublika hərbi komissarı Şakir Nağıyev zəng edib: “Mən Rəhim Qazıyevə zəng edə bilməzdim. Bu, mümkün deyildi. O, yalan danışır. Bu adam ”torpaqlar getsə, başıma güllə vuracam" deyib, sonra da sözünə əməl etməyib. Ondan nə gözləyəsən? Vədini yerinə yetirməyən adam başına şal bağlamalı, ləçək taxmalıdır. Şakir Nağıyev Rəhim Qazıyevə telefonda deyib ki, axı Daxili Qoşunların nə ixtiyarı var ki, hərbi komissara əmr versin. Fəhmin Hacıyevin əmrini yerinə yetirmədiyim üçün adamları məni həbs etmək istəyirdi. Onlara dedim ki, əgər məni həbs etsəniz bütün hərbi komissarları bura yığacam. Mən də silahlı idim. Onları yerə uzanmağa məcbur etdim və qandallatdım. Rəhim Qazıyev də hərbi polisə göstəriş vermişdi ki, Fəhminin mənim üzərimə göndərdiyi adamları gətirsinlər. Sonra həmin adamlarla birlikdə Rəhim Qazıyevin yanına getdik. Rəhim Qazıyev ilk dəfə məni orada görüb. Mən düzünü deyəcəm. Orada Rəhim Qazıyev Fəhmin Hacıyevin adamlarını şillələdi, söydü. Fəhminin özünü də söymüşdü ki, sən kimsən ki, mənim polkovnikimi həbs etmək istəyirsən? Bunu etiraf etməliyəm. Amma mənim ağlamağım barədə onun dedikləri tamamilə yalandır. Nazir məni müdafiə edirdisə, niyə ağlamalıydım ki..." Rəhim Qazıyev isə “Azadlıq”a bildirib ki, dediklərində heç bir yalan yoxdur: “Mən nə demişəmsə həqiqətdir. Burda zərrə qədər yalan yoxdur. Özü də bu məsələni nazirlikdə hamı bilir. Rəhmətlik Rövşən Əliyev o zaman hərbi komissar idi. Onun yanında olmuşdu”.

 R.Qazıyev Ə.Hüseynovun "başına şal bağlamalı, ləçək taxmalıdır" ittihamlarına daha sərt cavab verib: "Şalı polkovnik ola-ola, iki serjantın qabağında hönkür-hönkür ağlayan bağlamalıdır”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM