700 bal yığan gənclər indi hardadırlar? – FOTO

16:08 / 27.07.2015

“Ailəm yəqin icazə verməz”.

Onlar 2012-ci ildə qəbul imtahanında ən yüksək balı toplamışdılar – 700 bal, üstündən üç il ötür, bəs indi hardadırlar?

Daha hansı uğurlara imza atıblar və ya atmağa hazırlaşırlar? Arzuları, məqsədləri nədir? 

Strategiya.Az na istinadən xəbər verir ki, Azadlıq Radiosu bu məqsədlə keçmiş abituriyentləri axtarıb.

Onların üçü eyni məktəbi bitirmişdi: Bakı Türk liseyini. Kamil Sərdarlı, Kamran Həmidov, Nərgiz Məzahirqizi.

İKİSİ HƏKİMDİR

Kamil Sərdarlının anası deyir ki, oğlu Türkiyədə tibb sahəsində oxuyur: 

“Azərbaycan Tibb Universitetinə girmişdi. Sonra Ankarada oxumaq şansı qazandı. Ona görə burda oxumadı, Türkiyəyə getdi. İndi Ankaradadır. Üçüncü kursu bitirdi. Gələn ildən stajer doktor kimi işləməyə başlayacaq”.

Kamran Həmidovun da sorağını Türkiyədən alırıq. O da həkim olmağa hazırlaşır. Atası Elçin Həmidov deyir ki, hər şey yaxşıdır: 

“Tətilə gəlib, kənddə istirahət edir”.

“MƏNDƏN GÖZLƏNTİLƏR ÇOXDUR”

Nərgiz Məzahirqızı da təhsilini İngiltərənin Mançester Universitetində davam etdirir. İki il burda Qafqaz Universitetində oxuduqdan sonra xaricdə təhsillə bağlı dövlət proqramına baş vurub. İndi İngiltərədə maliyyə-hesabat sahəsində təhsil alır.

“Bu, mənim seçimimdir” deyir.

Bəs, 700 bal toplaması ona hansı yaşıl işığı yandırıb?

“Qafqaz Universitetində oxuyanda “summer school”lar təşkil edilirdi, tələbələr Amerikaya, İngiltərəyə göndərilirdi. Bunlardan biri də mənə hədiyyə edildi.

Bir ay Londonda oldum. Dövlət proqramına baş vuranda bu kimi şeylərə, bir də TQDK balına baxırlar. Məncə, 700 bal yığmağımın təsiri oldu”.

Nərgiz universiteti bitirəndən sonra Azərbaycana qayıtmağı düşünür: 

“Master təhsili alacam ya almayacam, bu, hələ bəlli deyil. Bu haqda növbəti iki ildə fikirləşəcəm. Amma xaricdə qalmağı fikirləşmirəm. Dövlət proqramı xətti ilə xaricdə oxuyanlar qayıdıb 5 il Azərbaycanda işləməlidirlər, belə bir tələb var əvvəla. Həm də öz istəyimdir qayıtmaq”.

Nərgiz deyir ki, ali məktəbə qəbul olunanda göstərdiyi yüksək nəticəyə görə günü bu gün də ondan yeni uğurlar gözləyirlər: 

“Gözləntilər çoxdur. Orda da qiymətimin yüksək olmasını gözləyirlər. Şükr hələ də yüksəkdir. Amma basqı yoxdur. Öz istədiyim qədər oxuyuram. Amma belə gözlənti var, məncə. Bu, məni yorurmu? Yormur! Özümün özümdən daha çox gözləntim var çünki. Yəni nədəsə uğur əldə edə bilməyəndə özümə görə pis oluram, ətrafdakıların nə fikirləşdiyinə görə yox. Yəni ətrafdan belə gözlənti olmasa da, hər şeyin yaxşısını əldə etmək istəyirəm.

Hədəfim? Seçdiyim sahədə peşəkar olmaq.

Başqa? Mümkün qədər aktiv olmaq istəyirəm. İstər klublarda, istərsə də cəmiyyətlərdə olsun. Londonda bizim öz cəmiyyətimiz var, öz tədbirlərimizi keçiririk. Rəqslə, musiqiylə məşğulam. Piano çalıram. Musiqi klubunun üzvüyəm...”

“AİLƏM YƏQİN İCAZƏ VERMƏZ...”

700 bal toplayanlar arasında Xeyransa da vardı.

Xeyransa Əliyeva. 72 saylı məktəbi bitirmişdi.Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə 700 balla daxil olmuşdu. Bu il həmin fakültənin üçüncü kursunu bitirib. Xaricdə təhsil almağı isə... 

“Düşünmürəm. Ailəm yəqin icazə verməz. Bir az mühafizəkardılar. Xaricə yollamazlar. Yəqin qız olduğuma görə icazə vermirlər. Oğlan olsaydım, rahatlıqla yollayardılar. Sözün düzü, heç özümün də istəyim yoxdur. Magistraturada oxumağı düşünürəm, xaricdə oxumağı yox...”

Ailəm yəqin icazə verməz. Bir az mühafizəkardılar. Xaricə yollamazlar. Xeyransa deyir ki, orta məktəbdə müəllimlərinin, valideynlərinin ondan gözləntisi həmişə yüksək olub: 

“Hazırlıq müəllimlərim deyirdi ki, 700 bal yığa bilərsən, buna qadirsən. Təbii ki, özüm də istəyirdim, general olmaq istəməyən əsgər əsgər ola bilməz. Ən yaxşısını məqsəd qoymalısan ki, uğur qazanasan”.

Amma indi ali məktəbdə oxuyandan sonra ondan gözləntilər azalıb:

“Elə bir gözlənti yoxdur” deyir. Özünün də hədəfləri uzaqmənzilli deyil daha. 

“Özəl sektorda işləməyi düşünürəm. Bir ofisdə hüquqşünas olmaq”. 

Bəs vəkil olmaq, haqqı pozulanın hüququnu müdafiə etmək, hakim olub ədalətli qərar vermək kimi romantik, şirin arzular qurmurmu? Yəni hansısa şirkətdə hüquqşünas olmaq ona bəs edirmi? Cavab verir: 

“Hələ ki dəqiq qərar verməmişəm. Təhsilimi düşünürəm indilik. Əlaçıyam. Təqaüd alıram...”

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM