Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Bakı Slavyan Universitetinin və Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondunun təşkilatçılığı ilə iyulun 21-də start götürən Beynəlxalq yay məktəbi mühazirələrini Quba rayonunda əcnəbi tələbələr qarşısında davam etdirib. Budəfəki mühazirə Azərbaycanın tarixindəki qorxunc və qanlı hadisələrə həsr olunub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanlıların soyqırımı cinayətləri və Qarabağ müharibəsi” mövzusunda “dəyirmi masa”nın əsas moderatoru beynəlxalq münasibətlər sahəsində tanınmış İsrail eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut olub.
İsrail eksperti “dəyirmi masa” iştirakçıları qarşısında 1918-ci ilin qanlı hadisələri, xüsusilə, Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi amansızlıqla törədilmiş azərbaycanlıların soyqırımı, Azərbaycan ilə Ermənistan arasında münaqişənin əsl səbəbləri, erməni faşistlərinin 1992-ci ildə Xocalıda törətdikləri kütləvi qanlı qırğın haqqında ətraflı sənədli təqdimatla çıxış edib.
Ekspertin sözlərinə görə, Bakı Kommunası 1918-ci ilin martından başlayaraq əksinqilabçı elementlərə qarşı mübarizə şüarı ilə Bakı quberniyasının tam şəkildə azərbaycanlılardan təmizlənməsi məqsədi daşıyan plan həyata keçirməyə başlayıb. Hayfa Universitetinin doktorantı deyib: “O günlər ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətlərinə görə məhv edilib. Ermənilər evlərə od vurur, insanları diri-diri yandırır, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri və abidələri məhv edirdilər. Onlar Bakının böyük hissəsini xarabazara çevirmişdilər. Stepan Şaumyanın başçılıq etdiyi erməni birləşmələri Novruz bayramında 50 mindən çox adamı – azərbaycanlıları, ləzgiləri, habelə yəhudiləri və başqa xalqların nümayəndələrini qısa müddətdə məhv etmişdilər. Bunu əsl soyqırımı adlandırmaq olar, çünki etnik prinsiplə kütləvi qətllər hansısa banditlər tərəfindən deyil, o vaxt Bakıda rəhbərlikdə olan, Stepan Şaumyan başda olmaqla Azərbaycan kommunistləri tərəfindən törədilmişdi. İnsanları diri-diri basdırır, min-bir işgəncə verərək qətlə yetirir, məscidlərə doldurur, uşaqlı-böyüklü diri-diri yandırırdılar. Məsələn, erməni quldurları Bakıdakı Təzəpir məscidinin həyətində qalaqladıqları meyitlərdən tonqal qalamışdılar. Şamaxıda ermənilər tərəfindən 58 kənd yerlə-yeksan edilmiş, 7 min dinc sakin, o cümlədən 1653 qadın, 965 uşaq qətlə yetirilmişdi. Quba quberniyasında müsəlmanların yaşadığı122 kənd yandırılmış və viran qoyulmuşdu. Qarabağın dağlıq hissəsində 150 kənd yer üzündən silinmişdi. Ermənilərin bu kəndlərdə törətdikləri qanlı aksiyaların faciəli miqyası bəşəriyyət tarixinin ən vəhşi və amansız hadisələrindəndir. Ermənilər eyni üsulla Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qarsda 92 kəndi qarət etmiş, od vuraraq viran qoymuşdular. Bütün bu hadisələr Azərbaycanda ermənilərin məskunlaşdırılması, Azərbaycanın tarixi torpaqlarının parçalanması, Azərbaycan xalqının məhv edilməsi və onun mövcudluğunun qarşısının alınması məqsədi daşıdığını bir daha təsdiq edir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda və Azərbaycanın digər bölgələrində xüsusi amansızlıqla həyata keçirilmişdi. Bu ərazilərdə dinc sakinlər kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılmış və məhv edilmişdi”.
A.Qutun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirildi: “Nazirlər Şurası bu faciəni təhqiq etmək məqsədi ilə 1918-ci il iyulun 15-də fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, Şamaxıdakı vəhşiliklərin ilkin mərhələsini, ermənilərin İrəvan quberniyası ərazisində törətdikləri ağır cinayətləri araşdırdı. Xarici İşlər Nazirliyi bu gerçəklikləri dünya ictimaiyyətinə çatdırmaq üçün xüsusi struktur yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti 1919 və 1920-ci illərin 31 mart tarixini matəm günü elan etdi. Bu, azərbaycanlıların soyqırımı prosesinə ilk siyasi qiymət vermək cəhdi idi. Amma Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermədi”.
Sonra israilli ekspert Ermənistan-Azərbaycan münaqişəsinin əsl səbəbləri üzərində ətraflı dayanaraq dedi: “1988-ci ildə ermənilər Azərbaycana qarşı açıq-aşkar ədavət siyasətinə keçdilər. Qarabağda iki azərbaycanlının qətlə yetirilməsi və Topxana meşəsinin qırılması münaqişəni daha da alovlandırdı, onu silahlı qarşıdurma müstəvisinə keçirdi. Hər şey problemin çox ciddi olduğunu göstərirdi. Hadisələr ildırım sürəti ilə elə inkişaf edirdi ki, azərbaycanlılar nə ermənilərin verdiyi bəxşişlər fonunda münaqişəyə biganəlik nümayiş etdirən Qorbaçovu anlamağa, nə ərazisinin böyük bir hissəsinin faktiki olaraq nəzarətdən çıxmasının səbəblərini, nə də o vaxtkı hökumətin etinasız davranışını anlamağa macal tapırdılar. Münaqişənin coğrafiyası isə günbəgün genişlənirdi. 1989-cu ildə Ermənistan SSR-in Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxması və Ermənistan SSR-in tərkibinə qatılması haqqında heç bir qanuni əsası olmayan qərar qəbul etdi. Bu, faktiki olaraq Azərbaycan ərazilərinin qəsb edilməsi demək idi. Həmin vaxtdan ermənilər mübarizə taktikasını hərbi təcavüz müstəvisinə keçirdilər və bu nöqteyi-nəzərdən Azərbaycanda keçirilən etiraz aksiyaları artıq proseslərin inkişafı istiqamətini dəyişdirmək iqtidarında deyildi. Ermənilərin təcavüzkar siyasətinin həyata keçməsində, şəksiz ki, məhz xarici qüvvələr böyük rol oynamışdılar. Bu baxımdan o vaxtkı SSRİ rəhbərliyinin səyləri diqqət çəkirdi. Sovet ordusunun 1990-cı ildə Bakıda keçirdiyi hərbi əməliyyatlar bunun növbəti təsdiqi oldu. Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsinə qarşı etiraz aksiyaları sovet əsgərlərinin güllələri ilə yatırıldı”.
Arye Qut öz moderatorluğu çərçivəsində erməni faşistlərinin 1992-ci ilin fevralında Xocalı şəhərində törətdikləri kütləvi qanlı qırğın haqqında ətraflı sənədli təqdimatla çıxış edib. Onun təqdimatı konfransın iştirakçılarını və qonaqlarını şoka salıb.
Arye Qut deyib: “1992-ci ildən başlayaraq erməni qruplaşmalarının hərbi əməliyyatlar coğrafiyası daha da genişləndi və Azərbaycanın rayonları bir-birinin ardınca ermənilər tərəfindən işğal edildi. 1992-ci ildə Xocalıda törədilən dəhşətli soyqırımı erməni hərbi dəstələrinin törətdiyi vəhşiliklərin miqyası barədə real təsəvvür yaradır. Bu faciənin tükürpərdici və amansız səhnələri Azərbaycanın qəlbində əbədi sağalmaz yaraya çevrilib. Bu faciə bütün bəşəriyyət əleyhinə cinayətdir. Erməni silahlı qüvvələrinin və muzdlu dəstələrinin şəhəri tərk etməyə macal tapmamış xocalılıların heç birinə aman verməməsi artıq tarixi faktdır və Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən kütləvi şəkildə məhv edilməsinin səbəbi yalnız onların azərbaycanlı olması idi. Hazırda Ermənistanda yüksək vəzifələr tutan adamlar – Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları bu soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında durmalıdırlar. Cinayət cəzasız qalmamalıdır, çünki cəzasızlıq yeni-yeni cinayətlər doğurur. Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana ittihamlar irəli sürməlidir”.
Ekspert vurğulayıb ki, Ermənistan Prezidenti Serj Sarkisyanın səmimi etirafını xatırlamağa dəyər. S.Sarkisyan həyasızcasına deyib: “Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi məhz Xocalıda qırdıq”. Natiq 1996-cı ildə çap olunmuş “Ruhumuzun canlanması” kitabında Xocalı soyqırımına haqq qazandıran Zori Balayanın etiraflarını da diqqətə çatdıraraq deyib: “Terrorçu Balayan kitabında ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımını, təhqir və həqarətləri fəxrlə sadalayıb. Bu cinayətkar və qatı şovinist utanıb-qızarmadan bəyan edib ki, ermənilərin Xocalıda törətdikləri ilə hər bir erməni qürur duymalıdır. Bu faktlar sübut edir ki, Xocalı şəhərində dinc mülki əhalinin düşünülmüş şəkildə məhv edilməsi onları təkcə azərbaycanlı olduqlarına görə kütləvi qırmaq məqsədi daşıyıb. Xocalıda əmrlər verən məhz bu adamlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.
Arye Qut vurğulayıb ki, İkinci Dünya müharibəsi illərində vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlığını tarix heç vaxt unutmayacaq. Ekspert çıxışını belə yekunlaşdırıb: “Millətçi komandir Dronun başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və faşistlərə yararsız olan digər xalqların nümayəndələrini ələ keçirərək məhv etmək olub. Erməni legionu əsir düşərgələrində ölüm marşları da təşkil edib. Zənnimcə, erməni generalı Dronun məhz Ermənistanın indiki prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın şəxsində varisləri XX əsrin sonlarında Azərbaycanın Xocalı şəhərində kütləvi qanlı qırğın və soyqırımı aktı törədiblər. Serj Sarkisyan və onun Ermənistanda hakimiyyətdə olan bütün klanı qaniçən Dro və Njdenin varisləridir. Xocalıda misli görünməmiş vəhşilik və amansızlıqla törədilən qanlı soyqırımı aktı XX əsrin ən dəhşətli faciələrindən biri olub. Erməni silahlı birləşmələrinin vəhşilikləri nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsirlikdə min bir işgəncə, təhqir və həqarətlərə məruz qalıblar. Bu faciə bütün bəşəriyyət əleyhinə cinayətdir”.
İsrail ekspertinin fikrincə, Ermənistan ilə ağır və qanlı ərazi münaqişəsinə və ərazisinin 20 faizinin işğal edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, ikili standartlardan əziyyət çəkən və çox mürəkkəb və kövrək geosiyasi əhatədə yerləşən Azərbaycan Respublikası Cənubi Qafqazın hamı tərəfindən qəbul edilən regional lideri olmaqla bərabər, həm də həqiqi sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir”.
O deyib: “Ancaq etnik təmizləməyə və təcavüzə baxmayaraq, tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarından biri olaraq qalmaqdadır. Bu baxımdan Azərbaycan unikal dünyəvi ölkə, islam dünyasının yüksək iqtisadi sürətlə inkişaf edən, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və ənənələri ilə sıx çulğalaşdığı inkişaf mayakıdır. Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və olacaq. Qədim Azərbaycan torpağında yəhudilik və islam, atəşpərəstlik və xristianlıq mövcud olub. Elə bu günün özündə bu torpaq tolerantlığa və dini dözümlülüyə misli görünməmiş cəhdlər göstərir. Ölkənin yəhudi icmasına səmimi qardaşlıq münasibəti Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Azərbaycanda heç vaxt antisemitizmin olmadığını və yəhudilərin heç vaxt özlərini əcnəbi hiss etmədiklərini vurğulamaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. Bundan əlavə, ölkədə ilk yəhudi muzeyi inşa etmək planlaşdırılır. Qırmızı Qəsəbə dünyada yəhudilərin yığcam yaşadığı yeganə unikal yerdir, Azərbaycanın əsl qürur mənbəyidir. İsrail Dövləti Azərbaycan rəhbərliyinin və şəxsən Azərbaycan Prezidentinin yəhudilərə dünyada nümunəsi olmayan səmimi və bənzərsiz münasibətini yüksək qiymətləndirir. İnsanların təkcə eyni dinin başqa bir cərəyanına məxsus olmaları səbəbindən məhv edildiyi bu zalım və qanlı-qadalı dünyamızda biz İsraildə müasir, sivil və güclü Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini müşahidə edir və dəyərləndiririk. Azərbaycan əslində islam dünyasının bir çox ölkələrinə həqiqi bir örnək, bir növ tərəqqi və inkişaf mayakı ola bilər”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM