"Kök şagirdlər üçün məktəbli forması sifariş ediləndə qiymət 5 manat da artır" - FOTO

15:54 / 29.07.2015

 

Azərbaycanda yeni tədris ilinin başlanmasına ay yarım qalıb. Hələ ki orta məktəb şagirdlərnin valideynləri vahid məktəbli forması axtarmağa tələsmirlər. Amma bir müddət sonra valideynlər arasında əl-ayağa düşənlər az olmayacaq.
Məktəbli forması 2010-cu ildən tətbiq edilir. Vahid geyim forması məktəbqabağı valideynlərin  övladları üçün təlatümlü geyim axtarışının qarşısını bir qədər alır. Çünki onların seçim imkanı qalmayıb. İstəsələr də, istəməsələr də onlar vahid məktəbli formasını almalıdır. Bu geyimləri Bakı Tikiş Evinin (BTE) müəyyən olunmuş satış mağazalarından əldə etmək mümkündür. Dərs ilinin açılmasına sayılı günlər qalanda  bu evin, eləcə də bütün satış mağazalarının qarşısında izdihamlı növbə yaranır.

Modern.az saytının əməkdaşları mövzunun aktuallığını nəzərə alaraq, Bakı Tikiş Evinə yollanıb. Müəsissədə bizi BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov qarşıladı.

"Valideynlər öz büdcələrinə uyğun paltarlar alırdılar"

Etibar Əzimov fabrikin tarixindən, fəaliyyətindən söz açdı. Şöbə rəisi deyir ki, hələ müharibə illərindən fabrikdə hərbi paltarlar istehsal edilir:

"Əslində, bura hərbi müəssisədir, hərbçilər, güc strukturları üçün geyim istehsal edirik. 2015-ci ildən BTE-nin səlahiyyətləri sırasına biri də əlavə olundu. Belə ki, vahid məktəbli formalarının tikilişi fabrikin balasına verildi. Məktəbli formaları istehsalımızın 10-15 faizini təşkil edir. Əvvəllər valideyn uşağını geyindirərkən çalışırdı ki, həm keyfiyyətli, həm də münasib qiymətdə forma alsın. Bu zaman bəzi valideynlər öz büdcələrinə uyğun paltarlar alırdılar. Nəticədə birinin övladı digərindən fərqlənirdi. Nəyə görə belə fərq yaranmalıdır? Məhz bu səbəbdən vahid məktəbli formalarının olması olduqca zəruri məsələdir".

"Bu modellərin hazırlanması üçün BTE-nin patenti var"

Şöbə rəisinin sözlərinə görə, vahid məktəbli formasının onların fabrikinə həvalə olunması təsadüfi olmayıb: "Azərbaycanda BTE kimi ikinci böyük fabrik yoxdur. Bu modellərin hazırlanması üçün BTE-nin patenti var. Formaların hazırlanması ilə bağlı təşəbbüs "Valideyn-müəllim assosiasiyası" tərəfindən irəli sürüldü.  Təxminən 40-50 model hazırladıq. Bu modellərə baxdılar, təklif və narazılıqlarını bildirdilər. Bütün təkliflər protokollaşdırıldı, dəyişikliklər edildi, sonda 4 model üzərində qərar verildi".

"Aldığımız parçaların uyğunluq və keyfiyyət sertifikatı var"

Etibar Əzimov dizaynın fabrikin özünə məxsus olduğunu bildirib: "Fabrikin böyük konstruktur heyəti mövcuddur. Paltarların hazırlanması üçün şərtlər toplusu olmalıdır, hansı materiallardan necə istifadə olunmalı, hansı parametrlərə əməl olunmalıdır, bütün bunlar öncədən müəyyən edilir. Bu şərtlər uşaqlar üçün son dərəcə vacib məsələlərdir. Bəzən olur ki, keyfiyyətsiz mallar alınır, bu cür paltarları uşaqlara qətiyyən geyindirmək olmaz. Aldığımız parçaların uyğunluq və keyfiyyət sertifikatı var. Materiallar yoxlanılır, sertifikatlar da tərcümə olunub bizə göndərilib. Bu modellərin BTE-yə məxsus olması Standartlaşma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunub. Kimsə özündən və yaxud bizim modelləri saxtakarlıqla istehsal edib, üzərində BTE-nin loqosunu yerləşdirirsə, bu, qeyri-qanunidir".

Burada nə dövlət planı var, nə də dövlət tapşırığı"

Qurum rəsmisinin sözlərinə görə, materialların keyfiyyətindən valideynlər də məmnundur. Bu keyfiyyətin göstəricisidir ki, uşaqlar bu formaları 2-3 il geyinirlər. Etibar Əzimov şagirdlərin məktəbli forması ilə təmin olunmasına da toxunub. O, istehsal edilən paltarların dəqiq sayı, nə qədərinin satılıb, nə qədərinin qalması ilə bağlı mütəmadi məlumat aldığını deyir:
"Yəni burada nə dövlət planı, nə də dövlət tapşırığı var. Sayın müəyyən edilməsi tələbatdan asılıdır. Tələbatı da kimsə müəyyənləşdirə bilməz. Tutaq ki, ötən il uşaqlara forma alınıb, bu il həmin formada ya köynək, ya şalvar və yaxud da yubka təzələnə bilər. Anbardan gələn məlumatlar əsasında hansı ölçüdən forma azalıbsa, biçim sexinə məlumat verilir, tikiş sexində tikilib hazırlanan mallar anbara göndərilir".

"Hər kəs gedib dağda, bağda dincəlir, dərsin açılmasına bir gün qalmış oyanır ki, uşağa forma almayıb"

Bakı şəhəri üzrə 16 satış mağazasının olduğunu deyən Etibar Əzimov satışa yetərincə məktəbli formasının çıxarıldığını və valideynlərin bu paltarları rahatlıqla əldə edə bilicəyini deyir:

"Sadəcə insanlarımızın bir xüsusiyyəti də var, hər şeyi son ana saxlayır. Məsələn, bu gün təxminən 40 kostyum satılıb, avqustun sonu sentyabrın əvvəlində isə növbə yaranacaq. Əvvəl-axır məktəbli forması alınacaq, heç olmasa bunu növbəyə durmadan alaq da. Gün ərzində çox insanla söhbətdə oluram. Baxırsan şikayət edir ki, burda istidir, növbəyə dayandıq və sair... Kimdir günahkar? Niyə vaxtında gəlmirsiniz? Müxtəlif bəhanələr gətirirlər ki, onda pulumuz yox idi, uşaq böyüyə bilər və sair... Uşaq nə qədər böyüyə bilər? Hər kəs gedib dağda, bağda dincəlir, dərsin açılmasına bir gün qalmış oyanır ki, uşağa forma almayıb".

"Göz dəyməsin, bu il saxta malın satılması barədə eşitməmişəm"

Şöbə rəisi bazarda saxta malların mövcudluğunun qarşısını almaq üçün BTE-nin mütləq addımlar atdığını da vurğuladı. O, bu istiqamətdə İqtisadi İnkişaf Nazirliyi, prokurorluq və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etdiklərini söylədi:

"İstehsal etdiyimiz malların üzərində müəlliflik hüququmuz var. Kim nə forma istəyir, tikib satsın. Biz demirik mütləq BTE-nin məhsullarını almaq lazımdır. Amma kimsənin ixtiyarı yoxdur ki, istehsal etdiyi malın üzərinə BTE-nin loqosunu qoysun. Dəfələrlə Standartlaşdırma Komitəsi media nümayəndələrinin iştirakı ilə birgə yoxlama keçirib və saxta mal satan mağazalar bağlanıb. Göz dəyməsin, bu il saxta malın satılması barədə eşitməmişəm".

Məktəbli formlarının satış qiymətinə gəlincə, Etibar Əzimov əlavə etdi ki, 1-6-cı sinif üçün məktəbli formaları 34 manat, 7-11-ci siniflər üçün isə 43 manatdır. Qurum rəsmisi onu da dedi ki, övladını istəməyən insan, yəqin ki, tapılmaz. Əgər övladını istəyirsə, heç vaxt mənşəyi bilinməyən, aşağı keyfiyyətli məktəbli forması almaz. Etibar müəllim gələcəkdə bu formlara ayaqqabı və çanta əlavə olunmasından da danışdı: "Tikişçi heç vaxt toxucu işi ilə məşğul olmaz. Bu mümkün deyil. Bizdə artıq ixtisaslaşma gedib. Tikiş fabrikində ayaqqabı istehsalı çətin məsələdir. Amma xahiş ediblər mağazaya yerli istehsal olan ayaqqabı və çantalar da qoymuşuq".

"Belə formalarda əlavə material dəyəri 5 manatdır"

Etibar Əzimov valideynlərə formaları vaxtında almalarını tövsiyə edir: "Bəribaşdan bilsək ki, hansı ölçüdə çox forma satılacaq, onu əvvəldən tikib hazırlayarıq. Məktəbli formalarının istehsalına qış aylarından başlayırıq. Bütün qış boyu heç bir satış olmayıb. May ayında da həmçinin. Kimsə tək şalvar və ya köynək ala bilər, amma məktəbli formasının satışı, ancaq sentyabrın əvvəlidən başlanır. Bu, ənənəvi haldır.

Bəzən ölçüyə uyğun gəlməyən, kök uşaqlar da olur. Bu halda ölçü götürüb onlara yenidən forma tikirik. Bu da əlavə işlə yanaşı əlavə xərc deməkdir. Belə formalarda əlavə material dəyəri 5 manat müəyyən olunub".

"Uşağa ölçüsündən böyük forma geyindirsən, müqəvvaya oxşayacaq"

Gələcəkdə məktəbli formalarının rənginin dəyişməsindən də danışan Etibar müəllim bildirdi ki, elə olur valideyn bir formanı 2 il geyindirir: "Rəngi dəyişsək, gərək valideyn büdcəsindən pul ayırıb yeni forma alsın. Bir də görürsən ki, valideyn 30 ölçü geyinən övladına 36 ölçüdə forma alır. Valideyn bunun səbəbini imkansızlıqla əlaqələndirir. Başa salıram ki, uşağa ölçüsündən böyük forma geyindirsən, müqəvvaya oxşayacaq. Sonra da deyirsiz ki, fabrik pis tikir".

"Kök şagirdlər üçün məktəbli forması sifariş ediləndə qiymət 5 manat da artır" - FOTO

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM