Özünə qəsd etmək istəyən kiçik müəssisə rəhbərinin 8 mərtəbəli binasından xəbər var - Fotolar

13:31 / 17.02.2014

Nərimanov rayonunun K.Rəhimov küçəsi 3 ünvanda yerləşən və sahəsi 1720 kv.m olan “Xocalı” Kiçik Müəssisəsinə məxsus inzibati bina ilə bağlı yeni informasiyalar əldə etmişik. Belə ki, həmin inzibati binanın əvvəlki vəziyyəti 6 mərtəbəli olmaqla, 1-ci və 2-ci mərtəbələr təmirli, digər mərtəbələr isə təmirsiz olub və binada lift sistemi mövcud olmayıb

 AZADİNFORM Nərimanov rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, “Azadlıq” qəzeti Xocalı soyqırımının ildönümü ərəfəsində heç bir araşdırma aparmadan  düzgün olmayan informasiya yayıb. 

Belə ki, “Xocalı” Kiçik Müəssisəsinin inzibati binası qiymətləndirmə komissiyası tərəfindən 3,5 milyon manat dəyərində qiymətləndirilib. Sözügedən müəssisənin direktoru Əli Nəbiyev qeyd olunan məbləğlə razılaşmayaraq əsassız olaraq təklif olunan məbləğdən təxminən 3 dəfə artıq olmaqla 10 milyon manat məbləğində kompensasiya tələb edib. 

Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən rayonun iqtisadi cəhətdən inkişaf etmiş ərazilərindən biri olan Ağa Nemətulla küçəsində “Xocalı” Kiçik Müəssisəsinin inzibati binasının əvəzində onun əvvəlki sahəsindən 40% artıq olmaqla yeni inzibati binanın tikilib Ə.Nəbiyevə təhvil verilməsi təklif  olunub. O, bu təkliflə razılaşaraq özünün iştirakı ilə memarlar dəvət olunub və istəyinə uyğun olaraq 7 mərtəbəli (üstəgəl mansard) sahəsi 3340 kv.m olan müasir standartlara uyğun milli memarlıq üslubunda yeni inzibati bina layihələndirilib və layihə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılaraq 2011-ci ilin avqust ayında podratçı şirkət müəyyənləşdirilərək dövlət vəsaiti hesabına icrasına başlanılıb. Bina söküldüyü müddətdən 2013-cü ilin oktyabr ayınadək Ə.Nəbiyevə hər ay 4 min manat olmaqla Rayon icra Hakimiyyəti tərəfindən dövlət vəsaiti hesabına kirayə haqqı ödənilib. 2 il ərzində binada yüksək standartlara uyğun olaraq tikinti-quraşdırma və fasad hissəsində işlər tam başa çatdırılaraq, hazırda binanın daxilində təmir işləri həyata keçirilir. Binada lift və mərkəzi istilik sistemi və digər kommunikasiya xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulub. Binanın inşası aparılan 2 il müddətində Ə.Nəbiyev dəfələrlə tikintiyə baş çəkərək aparılan işlərə görə  öz təşəkkürünü bildirib.  

İşlər sona yaxınlaşdığı üçün rayon İcra Hakimiyyəti tərəfindən Ə.Nəbiyevə  müraciət olunaraq “Xocalı” Kiçik Müəssisəsinin təsisçilərini rayon İcra Hakimiyyətinə dəvət olunması, müəssisənin Nizamnamə kapitalına uyğun olaraq pay bölgüsünün aparılması bildirilib. Lakin Ə.Nağıyev bunun hansı məqsədlə edildiyini sual edərək təsisçilərin rayon İcra Hakimiyyətinə dəvət olunmamaları üçün müxtəlif bəhanələr gətirərək onların gəlmələrinə mane olub. Ə.Nəbiyevə izah edilib ki, təsisçilərin rayon İcra Hakimiyyətinə dəvət olunmasında əsas məqsəd onların əmlakının Nizamnamə kapitalında qeyd edilmiş pay bölgüsünə uyğun olaraq onlara təhvil verilməsi və sonradan təsisçilər arasında narazılığın yaranmaması, onların məhkəmə orqanlarına müraciət etməməsi üçündür.

Rayon İcra Hakimiyyəti “Xocalı” Kiçik Müəssisəsinin təsisçiləri haqqında məlumatları rayon İcra Hakimiyyətinə təqdim etmələrini xahiş edir Bizdə olan məlumata görə “Xocalı” Kiçik Müəssisəsi 12 nəfər təsisçinin adına rəsmiləşdirilib. Rayon İcra Hakimiyyəti ölkə Prezidentinin tapşırıq və göstərişlərinin rəhbər tutaraq bütün kateqoriyadan olan imtiyazlı ailələrə xüsusi qayğı göstərir, o cümlədən rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinə yüksək həssaslıq göstərilir, onlar tərəfimizdən diqqət və qayğı ilə əhatə olunublar.

“Xocalı” Kiçik Müəssisəsinin inzibati binasının köhnə və  tikilən yeni binasının şəkillərini təqdim edirik. 

Xatırladaq ki, ölkəmizdə genişmiqyaslı abadlıq və quruculuq işləri görülür, müasir standartlara uyğun yeni infrastruktur layihələri həyata keçirilir. Bu işlərin davamı olaraq, Nərimanov rayonunun K. Rəhimov, Ə.Əbdülrəhimov, Ak.H.Əliyev və digər ünvanlarda istismar müddəti keçmiş yaşayış və qeyri-yaşayış binaları sökülərək əvəzində sakinlərə yaxın ərazilərdə müasir standartlara uyğun, milli memarlıq üslubunda yeni binalar tikilmiş, sakinlərə əvvəlki mənzillərindən sahəsi 30%-40% artıq olmaqla tam təmirli yeni mənzillər verilib, qeyri-yaşayış sahələrinin əvəzində isə tikilmiş yeni binaların birinci mərtəbəsində tam təmirli qeyri-yaşayış sahələri ayrılıb. Bəzi qeyri-yaşayış sahələrinin sahiblərinə isə onların istəyini nəzərə alaraq, yaradılmış xüsusi komissiyalar tərəfindən bazar qiymətlərinə müvafiq olaraq kompensasiyalar ödənilib. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM