Ermənistan çalxalanır - FOTO

16:21 / 30.07.2015

Qərb dairələri Serj Sarkisyan hakimiyyətin devrilməsində maraqlıdır.

İrəvanın mərkəzi meydanı yenə hakimiyyətdən narazılarla dolmağa başlayır. Onlar hökumətin elektrik qiymətini qaldırmasına etirazlarını bildirirlər. Polis yeni yaradılmış “Qalx, Ermənistan” qrupu üzvlərini şəhərin mərkəzi meydanına girişinin qarşısını almağa çalışır. Çünki Respublika meydanının mərkəzində hökumət binaları yerləşir.

ANS PRESS-in məlumatına görə, iki həftə əvvəl "Talana Yox" qrupu küçə etirazları təşkil etmişdi. Bunun ardınca Ermənistanda su qiyamı başladı. Lakin hökumət tariflə bağlı beynəlxalq auditin nəticəsi bəlli olanadək qiyməti aşağı həddə saxlamağa qərar verdi.

Bundan sonra etirazlar müvəqqəti də olsa səngidi. Baqramyan prospektində qurulmuş barrikadalar söküldü, etirazçılar iyulun 6-da dağıdıldı.

Ancaq hakimiyyətdən irəliyə doğru addım atılmayacağını görən daha radikal “Qalx, Ermənistan” qrupu meydana çıxdı və onlar and içiblər ki, qiymət artımının tamamilə ləğvinə nail olanadək mübarizəni davam etdirəcəklər.



Təbii ki, "Qalx, Ermənistan!" qrupunun elan etdiyi "vətəndaş itaətsizliyi" aksiyaları hakimiyyətin yuxarı eşalonunda ciddi narahatlıq doğurub. Ümumiyyətlə, Baqramyan prospektində baş verən hadisələrə beynəlxalq reaksiyalar artır. Bu onu ehtimal edən ssenari ola bilər ki, Qərb indiki hakimiyyətin devrilməsində maraqlıdır və ona inanmır. Məhz elə buna görədir ki, "Qalx, Ermənistan!" yeni təşəbbüs qrupu prezident Serj Sarkisyana ultimatum göndərir və onu bir növ acıqlandırır. Beləliklə, "Talana son" ideyası ictimai forumun formalaşmasına imkan yaratdı.

"Azatutyun" (Azadlıq) radiosunun xəbərinə görə, gecə "Qalx, Ermənistan!" vətəndaş təşəbbüsünün üzvləri yenidən Respublika meydanında 72 saat oturaq aksiyası təşkil etmək üçün toplaşıblar. Polis bir gün əvvəl aksiya niyyətində olan iştirakçılara mane olmağa cəhd göstərdi. Buna baxmayaraq, hərəkatın fəalları paytaxtın mərkəzi küçələrində, piyada keçidlərində tıxac yaradaraq aksiyalarını reallaşdırıblar.

Yeni hərəkatın koordinatorlarından olan, Rusiyaya qarşı tutduğu mövqeyi ilə tanınan və 2013-cü ildə keçirilən prezident seçkilərində Serj Sarkisyanın rəqibi olan Andrias Qukasyan deyib ki, onların fəaliyyəti hakimiyyət tərəfindən ciddi narahatlıqla qarşılanır. İqtidarın verdiyi reaksiyanı 30 aksiya iştirakçısına qarşı 1000-dən çox polisin cəlb olunmasında görmək mümkündür. İlk baxışda, bu, gülməli görünsdə də, nəticədə Serj Sarkisyan üçün faciəvi mənzərə, vahiməli anlar yaradıb. Onların fikirləri hərəkatı söndürməkdir. Bu məsələyə hakimiyyətdə başqa baxış yoxdur.

Qukasyananın sözlərinə görə, onlar Respublika meydanında aksiyaları iyulun 30-dək davam etmək niyyətindədirlər: "Çünki, bu gün Ermənistan hökumətinin növbəti iclası olmalıdır. Elektrik enerjisi qiymətlərinin artımı avqustun 1-dən qüvvəyə minməsinə qarşı çıxanlar, həmçinin bu artıma görə verilən subsidiyanın mənbələri haqqında hökumətdən izahat tələb edənlər cavab gözləyirlər."

Aksiya təşkilatçıları və meydana toplaşanlar tələblərində sonadək dayanacaqlarını, aparılan auditin nəticələrinin necə olmasından asılı olmayaraq buranı tərk etməyəcəklərini söyləyiblər. Onlar əsasən ölkəni və xalqı pis günə salan indiki hakimiyyətlə vidalaşmağın yeganə yolunun aksiyaların davamlı şəkildə gücləndirilməsi və genişləndirilməsi fikrindədirlər. Beləliklə, Serj Sarkisyan klanının gedəcəyi günü yaxınlaşdırmalıyıq. Əhali onun və dəstəsinin gedəcəyi günü gözləyir. Çox güman ki, Sarkisyanı Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin taleyi gözləyir.

Tiflisdə yaşayan erməni əsilli politoloq Arnold Stepanyan ANS PRESS-ə deyib ki, İrəvanda təşkil olunan aksiyalar demokratik prosesin getdiyini göstərir. Proses hansı sürətlə gedir, nəticəsi necə olcaq, bu, başqa mövzudur. Xalq demokratik dəyərlərə can atır, cəmiyyət bunu istəyir. Hakimiyyət isə bunu nəzərə alsa yaxşıdır.

Onun sözlərinə görə, hakimiyyət bu cür sosial narazılıqlara güc yolu ilə yox, siyasi qərarlarla cavab verməlidir. Təbii ki, xalqın səsini kəsmək, güc tərbiq etmək olmaz. Bu, aksiyaya qoşulmayan insanlara çox pis təsir edir. Narazılıq elektrik enerjisinin qiymətinə görə yaranıb, hakimiyyət bunu düşündüyü kimi həll etmək istəyir. Amma bunun ortaq yolu tapılmalıdır. Əminəm ki, yekunda kompramis variant tapılacaq. Hadisələrin sonrakı inkişafı isə "Ermənistan Elektrik Şəbəkəsi" Səhmdar Cəmiyyətində Avrasiya İqtisadi İttifaqının "İnter RAO" şirkəti tərəfindən aparılan araşdırmanın nəticəsindən asılı olacaq.

A.Stepanyan "İrəvanda Ukrayna variantı baş verə bilərmi" sualına isə belə cavab verdi: "Mən buna inanmıram. Ukraynadakı vəziyyətlə buradakı vəziyyəti eyniləşdirmək olmaz. Bunlar fərqlədir. Ukraynada siyasi, coğrafi amillər əsas idi. Ermənistanda isə narazılıq sosial problemlərlə bağlıdır. Narazı insanların haqlı tələbləri var və onların həlli üçün hökumət çalışmalıdır. Ukrayna variantı gözlənilən deyil."

Respublika Partiyasından olan deputat Samvel Nikoyan son vaxtlar ölkədə cərəyan edən hadisələrdə Moskvanı, İrəvan hakimiyyətini Kremlə yaltaqlanmaqda günahlandırır. O bildirib ki, Ermənistanın bütün energetika sistemi Rusiyanın əllərində cəmləşib və bu, ölkə həyatı üçün yaxşı heç nə vəd etmir: "Sarkisyan əhalini sakitləşdirmək üçün müxtəlif variantlara əl atır. İndi İrəvan rejiminin və onun başında duran Serj Sarkisyanın bircə ümidi var. O da Vladimir Putinin ətəyindən yapışmaq. Çünki Putin Serjin başına sığal çəkməsə, onun hakimiyyətinin süqutu tezliklə yaxınlaşacaq."

Diqqətə çatdıraq ki, bu il iyunun 19-dan başlayaraq ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilir. İyunun 23-də Baqramyan prospektində kütləvi etiraz aksiyasını dağıtmaq üçün, Prezident Administrasiyasına doğru istiqamət alan nümayişçilərə qarşı polis güc tətbiq edib və nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb. Onlar elektrik enerjisinə tarifin artımı haqqında iyunun 17-dən Tarif Komissiyanın qərarının ləğv olunmasını tələb edirlər. Qərara əsasən avqustun 1-dən qiymətlər 6,93 dram, yəni (16,7%) bahalaşacaq.

Bir sözlə, İrəvanda vəziyyət heç Rusiyanın da ürəyincə deyil. Qərb dairələri Serj Sarkisyan hakimiyyətin devrilməsində maraqlıdır. İrəvandakı qərbpərəst qüvvələr Moskva üçün vaxtaşırı başağrısı yaradırlar. Belə olan halda Qərbin Rusiyaya qarşı İrəvandan revanş götürməsi gələcəkdə hadisələrin daha da dərinləşəcəyini göstərir. Amma real nəticəni zaman göstərəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM