Çox da uzağa getmək istəmirəm. Məsələn, son üç ildə Şah İsmayıl və Sultan Süleymanın münasibətləri ilə bağlı gedən mübahisələr hələ də səngimək bilmir. Elə Şah İsmayılın babası Şeyx Cüneydin cənazəsinin harada basdırılması məsələsi də mübahisə predmetidir. Bəzi mənbələrdə Şirvana hücumu zamanı həlak olmuş bu tarixi şəxsiyyətin cənazəsinin Qusarın Həzrə kəndində dəfn olunması bildirilsə də, sonralar onun başqa yerə köçürüldüyü deyilir. Amma, təbii ki, həmvətənlərimiz və xarici turistlər Şeyxin qəbrini ziyarət etmək üçün Həzrəyə üz tuturlar.
***
Bir qrup tarixçi ilə Qusara yollanırıq. Havanın isti olması yol yorğunluğumuzu bir qədər də artırsa da, türbəyə çatar-çatmaz hər şey unuduldu. Paytaxtın bürküsündən xeyli uzaqlaşmağımıza baxmayaraq, Qusarın sərin havası ciyərlərimizə dolmadı, amma əvəzində türbənin ətrafındakı qəribə, qeyri-adi xoş ab-hava könlümüzü-gözümüzü oxşadı. Öz adımdan deyim ki, ziyarətgah kimi getdiyim yerlərin heç də hamısında belə xoş ovqatda olmuram. İçəri daxil olduq. Məzarın üstünün xalça ilə örtülü olmasına təəssüfləndim; burada uyuyan şəxs haqqında məlumat, güman ki, elə başdaşının üzərində olacaqdı. Bugünlərdə övliya sayılan adamlardan birinin məqbərəsini ziyarət edərkən, onun ulu babasından tutmuş kötükcələrinə qədər - hər birinin şəkillərinin ziyarətgahın divarlarından asıldığını xatırladım. Amma biz burada, tarixi şəxsiyyətlərimizdən biri olan Şeyx Cüneydin nəinki özünə, heç tarix yazmış nəvələrinə - Şah İsmayıl Xətaiyə, Şah Abbasa aid bircə nişanəyə belə rast gəlmədik. Ayaq basdığımız torpaqdan tutmuş, aldığımız havaya qədər - hər şey sanki nəsə deyirdi bizə. Hətta iri budaqlarından biri qurumuş, niyyət edilərək hər yerindən bir parça əsgi, ip, sap asılmış qoca çinar da, həyətdəki köhnə məzarlıqdakı başdaşıları da danışırdı. Bircə rütubətdən nəm çəkmiş tavan və divarlar adamın üstünə gəlirdi. Qapıdan çıxıb dar, yarıqaranlıq pillələrlə ikinci mərtəbədəki hücrəyə qalxdıq.
***
1447-1460-cı illərdə yaşamış Şeyx Cüneyd Səfəvilər təriqətinin başçısı İbrahim vəfat edəndən sonra atasının yerinə keçir. Xatırladım ki, Cüneydin oğlu Şeyx Heydər Şah İsmayıl Xətainin atası idi.
XV əsrin əvvəllərində Azərbaycan ərazisində, Kür çayının cənubunda Qaraqoyunlu, şimalında isə Şirvanşahlar dövlətləri mövcud idi. Səfəvilərin idarə etdikləri müstəqil Ərdəbil şeyxliyi isə əvvəllər ruhani hakimiyyətə nəzarət etsə də, sonradan siyasi iddialar etməyə başlayır. Bu vaxta qədər Ərdəbil şeyxləri siyasətlə maraqlanmaz, yalnız dini işlərlə məşğul olardılar. Lakin Cüneydin məqsədi dövlət qurmaq idi. Beləliklə də, o, ətrafında toplanan müridləri silahlandıraraq müharibəyə hazırlaşır. Şeyx Cüneyd, XV əsrin ikinci yarısında Qaraqoyunlu dövlətinin tənəzzül etməsindən istifadə edərək, çərkəzlərlə müharibə etmək bəhanəsi ilə, öz qoşununu Şirvana yeritmək qərarına gəlir.
Şirvanşah I Xəlilullah Qaraqoyunlu hökmdarı Cahanşahla, Şeyx Cüneydə qarşı ittifaqa girir. 1460-cı ildə Samur çayı sahilində baş vermiş döyüşdə Şeyx Cüneydin ordusu məğlub edilir, özü isə öldürülür və yaxınlıqdakı Həzrə kəndində dəfn edilir.
Diqqət çəkən məqamlardan biri də Cüneydin ölümü ilə bağlı müxtəlif versiyaların səslənməsidir. Məsələn, bəzi mənbələrdə Şeyx Cüneydin əsir alınaraq Şirvanşahın əmri ilə edam olunduğu deyilir. Başqa mənbələrə görə isə, o, döyüş meydanında oxla vurularaq öldürülüb.
Digər bir mənbədə isə deyilir ki, Cüneydin müridləri onun meyitini Samurun sağ sahilinə keçirərək, Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn ediblər.
Səslənən mülahizələrdən biri də, Şeyxin öz vəsiyyətinə əsasən məqbərə tikilən yerdə dəfn edilməsidir. Guya, Samux çayının sahilindəki Qıpçaq adlanan yerdə Şirvanşahla döyüşdə yaralanan Şeyx Cüneyd öləcəyini bilərək, vəsiyyət edir ki, onu bir dəvəyə mindirsinlər və dəvə harada dayansa, qəbrini də orada qazsınlar. Şeyxin mindiyi dəvə indiki türbənin yerləşdiyi ərazidə üç dəfə dövrə vuraraq dayanır. Beləliklə, Cüneyd həmin yerdə dəfn olunur.
***
Bəs dövlət yaratmaq arzusunda olan Şeyx Cüneyd bunun üçün hansı addımlarlı atır? Şiə təriqətinə qulluq edən Qaraqoyunlu hökmdarı Cahanşah Şeyx Cüneydin əmisi Şeyx Cəfərə müraciət edərək Cüneydin Azərbaycandan çıxmasına kömək edir. Beləliklə, Şeyx Cüneyd, Anadoluya gələrək oradakı türkmanlar arasında apardığı təbliğatdan sonra, özünə xeyli mürid qazanır və Qaraman Bəyliyinə keçir. Qaraman bəyi onun tutulması barədə əmr verir. Məmlük dövlətinə sığınan Şeyx Cüneyd şiə təbliğatı apardığından, Məmlük sultanının üzərinə qoşun göndərir, lakin döyüşdə məğlub olaraq Anadoluya qaçır.
Cüneyd öz dövlətini yaratmaq məqsədilə Şirvanı zəbt etmək fikrinə düşür. O, səfərləri boyu müxtəlif ölkələrdən başına yığışmış on min tərəfdarı ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın edir. Şirvandakı şiə tərəfdarları da ona qoşulurlar. Bu, Çərkəzlərlə dini müharibəyə başlamağa bəhanə olur. Şeyx Cüneydin niyyətini duyan Xəlilullah Qaraqoyunlu Cahanşahın yardımı ilə böyük qoşunla onun qabağına çıxır. 1460-cı ildə Samur çayının sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında baş verən vuruşmada Cüneyd öldürülür.
***
Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Kərəm Məmmədov yolboyu Şeyx Cüneyd haqqında bildiklərini bizimlə paylaşdı:
- Azərbaycan dövlətçiliyi baxımından gənclərin bura tez-tez gəlməsi yaxşı olardı. Tarixi şəxsiyyətlərimizi tanımalıyıq. Bəzən deyirlər ki, Cüneydin cənazəsini aparıblar. Elə deyil. Onun məzarı elə bizim ziyarət etdiyimiz yerdədir.
Kərəm müəllim deyir ki, Səfəvilər haqqında yazılan hədyanlara, Şah İsmayıla və Şah Abbasa qarşı aparılan əks-təbliğat kampaniyalarına görə təəssüf edir və Şeyx Cüneydin dövlət yaratmaq istədiyi ərəfədə Azərbaycandakı siyasi vəziyyətə aydınlıq gətirir:
- 1410-cu ildə Qaraqoyunlu dövləti yarandı. Bu zaman Azərbaycanda əsas rəqib Teymurilər dövləti idi. Əmir Teymurun ölümündən sonra Azərbaycan dövlətlərinin içərisində də bir təlatüm başlayır. Rəsmi olaraq Azərbaycanın cənub hissəsi o zaman Cəlairilər dövlətinə tabe idi. Kürdən şimaldakı torpaqlarda Şirvanşahlar və Şəki dövlətləri, qərbdə - bugünkü Doğu Anadolu tərəfdə isə Qaraqoyunlu və Ağqoyunlu bəylikləri mövcud idi. Belə bir feodal pərakəndəlik zamanı qazanan Qaraqoyunlu Qara Yusif olur. Əvvəlcə dalbadal 1406-1408-ci illərdəki döyüşlərdə qələbə çalaraq Teymuriləri ölkədən çıxarır. 1410-cu ildə Cəlairilərin hakimiyyətinə son qoyur. Təbii ki, Qaraqoyunluların apardığı birləşdirmə siyasəti öz müstəqilliyini qoruyub-saxlamaq istəyən Şirvanın şahının xoşuna gəlmirdi. Buna görə də, Şirvanşah İbrahim Şəki hakimi Seyid Əhməd və Kartli-Kaxet çarlıqları ilə birləşərək, Qara Yusifə qarşı çıxırlar. 1412-ci ilin oktyabr ayında Kür çayı sahilindəki döyüşdə Qara Yusifin qüvvələri müttəfiqləri darmadağın edir və əsir götürür. Seyid Əhməd və gürcü hökmdarı Konstantin gürcü silahdaşları ilə birgə edam edilir. Şirvanşah İbrahim isə1500 İraq tüməni bac verəndən sonra azad edilir.
***
XV-XVI əsrlərə aid olan məzarlığın qədim başdaşılarındakı yazıların üzərində barmaqlarını gəzdirdikcə, adama elə gəlir ki, əsrdən-əsrə keçən tarixin məzarlıqda “yaşayan” parçaları sanki açıq səmanın altında yağışla yuyulub axacaq, gün istisindən buxarlanıb yoxa çıxacaq. Qədim başdaşılarının üzərindəki bu yazıları qorumaq üçün hələ də nəsə etmək gec deyil. Tarixçilər gah bir, gah digər başdaşının ətrafında fikir mübadiləsi aparırdılar. Deyilənə görə, hündür başdaşılı qəbirlər hansısa vəzifə sahiblərinə, mötəbər din adamlarına məxsusdur. Bunu daşların üzərinə həkk olunan rəsmlər deyirdi. Məsələ burasındadır ki, üzərində dəvə və döyüş sursatları əks olunan başdaşıları döyüşçüyə, əsa, əba, təsbeh və digər aksesuarlar həkk edilən başdaşıları isə sayılıb-seçilən din xadimlərinə məxsusdur. Balaca daşların altında körpələrin uyuduğu qənaətinə gəlmişdim. Sən demə, onlar, döyüşdə şəhid olmuş əsgərlərin məzarlarıymış.
***
Üstü böyük bir gümbəzlə örtülmüş türbənin qərb qapısı üzərində ərəb dilində həkk olunmuş yeddi sətirdən ibarət kitabə var. Kitabədə onu oxuyan hər kəsdən məqbərədə uyuyan şəxsə Allahdan rəhmət diləməsi istənilirr, peyğəmbərlərə belə qalmayan dünyanın faniliyindən söz açılır, məzəmmət və inciklikdən uzaq durmaq, xeyirxah əməl sahibi olmaq tövsiyə olunur:
"Ey bu kitabəyə baxan, Kitabənin və onun sahibinin bağışlanmasını Allahdan xahiş elə ".
Feyziyyə Soltanmurad
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM