700 bal toplayanlar hansı universitetləri seçirlər? - SİYAHI

11:21 / 02.08.2015

İyulun 31-dən ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayıbModern.az saytı xəbər verir ki, bu günə kimi artıq 6979 abituriyent öz ərizəsini təsdiq edib. Bunlardan 2377 nəfəri I qrup, 2051 nəfəri II qrup, 1814 nəfəri III qrup, 737 nəfəri IV qrup üzrə ərizəsini təsdiqləyib.

İxtisas seçimi iyulun 30-dan başlayıb, avqustun 11-dək in­ter­net vasitəsilə aparılacaq.

Modern.az saytı bu il qəbul imtahanlarında 700 bal toplayan 15 abituriyentdən hansı ixtisası seçdiklərini soruşub.

Kamran Abdulrəhimov hələ ixtisas seçimini etməyib. III qrup üzrə maksimum nəticə göstərən Kamran Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Dövlət Universitetinin Hüquq fakültələri arasında seçim edəcəyini deyir: 
"Bu iki universitetdən birini seçəcəm. Yaxınlarım deyirlər ki, təhsilin keyfiyyətinə görə Bakı Dövlət Universitetini seçim".

Lalə Novruzova da hələ ki kodlaşdırmanı etməyib. Bunu isə o, vaxtın çox olması ilə əlaqələndirib. "Hələ ki vaxta var. Amma fikrim Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinədir".

İbrahim Əhmədov da seçimi etməyib. Bununla belə, seçiminin ADA Universitetindən olacağını deyir. O, bu universitetin Beynəlxalq münasibətlər fakültəsində təhsil almaq istəyir.

Elçin Qasımovun seçimi ADA Universitetindədir. Amma təhsilin ödənişli olması onu başqa universiteti seçməyə vadar edir. "Bacım da yüksək bal toplayıb. İkimiz də ADA Universitetini seçmək istəyirik. Amma orada yüksək bal toplayanlara bir il güzəşt olur, sonra isə təhsil haqqını ödəməlisən. Bu isə bizim ailəyə çətinlik yaradar. Ona görə hələ ki düşünürük".

Əli İsgəndərov da ADA Universitetində təhsilin pullu olması səbəbindən ixtisas seçimini gecikdirir. "Müəllimlə məsləhətləşdim. ADA Universitetində oxumaq istəyirəm. Təhsil pulludur deyə qalmışam belə. Universitetdə "açıq qapı" günlərini gözləyirəm. Əgər dövlət sifarişi ilə oxumaq alınarsa, yəqin, oranı seçəcəm".

Nihad Abbasov rayonda olması səbəbindən ixtisas seçimini gecikdirir. Amma o, oxuyacağı yeri dəqiq müəyyən edib - Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi fakültəsi.

Nurlan Məcidov isə digər 700 bal toplayanlardan fərqli olaraq, artıq öz elektron ərizəsini təsdiq edib. O, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini seçib.

Əli Allahverdiyev avqustun 11-dək vaxtın çox olması ilə əlaqədar hələlik ixtisas seçimini etməyib. "Yəqin ki, 2-3 gün ərzində elektron ərizəmi təsdiq edəcəm. Seçimim isə Qafqaz Universitetinin Mexanika mühəndisliyi fakültəsi olacaq.

Teymur İsmixanov da ixtisas seçimini gecikdirən 700 bal toplayan abituriyentlərdəndir.
"Böyük ehtimalla ADA Universitetini seçəcəm. Amma ola bilsin ki, ixtisas seçiminə kimi  fikrimi dəyişdirdim".

Firuz Abduyev vaxtın çox olması ilə əlaqədar ərizəsini təsdiq etməyi gecikdirir. Deyir ki, seçim edərkən Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsini qeyd edəcək.

İsa Məmmədlinın seçimi Bakı ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi fakültəsi olsa da,  hələ ki elektron ərizəsini təsdiq etməyib.

Asya Mahmudova elektron ərizəsini təsdiq etməməsini seçimi dəqiqləşdirməməsi ilə əlaqələndirib.
"Hər kəs Tibb Universitetinin Müalicə işi fakültəsini yazmağımı istəyir. Amma mən müəllim olmaq istəyirəm. 700 bal topladığım üçün isə hər kəs mənə yaxşı düşünməyimi məsləhət edir. Bir dəfə elektron ərizəmi təsdiq etməyə getdim, Müalicə işi fakültəsini yazacaqdım, amma dəqiq qərar verə bilmədiyim üçün qaldı".

Arzu Həsənli də 10 gün vaxtın olmasını önə çəkərək, elektron ərizəsini təsdiq etməyi gecikdirir. "Seçimim Bakı Ali Neft Məktəbinin Proqramlaşdırma fakültəsi olacaq".

Nərmin Əliyeva oxuyacağı universitet və fakültəni hələ dəqiqləşdirməyib. Buna görə ixtisas seçimini gecikdirir.

Xəyalə Əfəndiyeva Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsində oxuyacağını tam dəqiqləşdirib. O yaxın günlərdə elektron ərizəsini də təsdiqləyəcəyini vurğulayıb.

Qeyd edək ki, bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında 15 nəfər 700 bal toplayıb. Onlardan 7 nəfəri I qrup, 3 nəfəri II qrup, 3 nəfəri III qrup, 2 nəfəri isə IV qrup üzrə maksimum nəticə göstərib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM