Teatrda "seksi söhbətlər", Rəqsanənin və ANS-in aparıcısının "lüt" şəkilləri, Aygün Kazımovanın əri… HƏFTƏBECƏR

10:36 / 03.08.2015

Strategiya.az Milli.Az-a istinadən jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (38-ci say) təqdim edir.

Teatr Azərbaycanda mövcud olan, amma tək-tük adamları maraqlandıran sahədir. İndiyə kimi bu laqeydliyin səbəbi mənə bir qədər qaranlıq idi. Amma son günlər "Azdrama"da və Mingəçevir Dövlət Dram Teatrında baş verənlər həmin qaranlığa aydınlıq gətirdi. Deməli, "Azdrama"da kollektivin yarıdan çoxu ayağa qalxıb ki, direktor İsrafil İsrafilovla işləmək istəmirik. Başqa bir yarısı da deyir ki, sənətin çör-çöpləri burada meydan sulaya bilməz. Direktor da deyir ki, belə xırda söz-söhbət hər bir ailədə olur. İndi vəziyyət o həddə çatıb ki, ailə öz problemlərinin həllini mətbuatda axtarır. Əcəba, problemlər bu qədər xırdadırsa, niyə yaşı 50, 60, hətta 70-i keçmiş xalq artistləri bu dərəcədə ciddi etiraz edirlər? Məncə, düşünməli sualdır. Bəs sizcə?

Mingəçevir teatrında da təxminən oxşar durumdur. Amma intəhası orada "seksi söhbətlər" varmış. Hazırda teatrda çalışan və mədəniyyət ocağından uzaqlaşdırılanların dediyindən belə anlaşılır. Deyilənə görə, teatrı direktordan savayı daha üç nəfər - sürücü Atəş, katibə Mətanət və səhnə rəisi Könül Hacıyeva - idarə edir. Maşallah, teatr deyil e, möcüzələr adasıdır.

Zarafat bir qırağa, Mədəniyyət və Turizm Nazirliyi hər iki teatrdakı vəziyyətə ciddi şəkildə müdaxilə etməlidir. Əgər bu teatrlar tamaşaçı üçündürsə və tamaşaçı, oxucu baş verənləri izləyirsə... Bu, bilirsiniz, nəyə oxşayır? Məktəbdə müəllimlə direktor şagirdin gözünün qarşısında bir-birinə ağzına gələni deyir və növbəti dərsdə həmin müəllim, yaxud direktor şagirdə təlim-tərbiyədən danışır. Yəni belə tragikomik bir durum...

Müğənni Yaşar Cəlilov deyib ki, vaxtilə sevgilisini döyüb və ondan ayrılıb. Bəli, bu fikirlər dost-tanış arasında yox, efirdə deyilib. Sitat:
""Həzrət Abbas şilləsi" deyilən deyim var. Qadına əl qaldırmaq yaxşı hərəkət deyil, alqışlamıram. Bəzi qadınlar elə hərəkətlər edirlər ki, sən onu döyməklə, təhqir etməklə, evdən qovmaqla əsəbin keçmir.
Ayrılıb getmək olmur, sonra o qadın yenə sənin namusunu ləkələyir. Sevdiyim qızın etdiyi hərəkətə görə ona əl qaldırmışam, daha sonra ayrılmışam. Nə üçün əl qaldırdığımı deyə bilmərəm".

Yaşarla şəxsi tanışlığım uzaqdan-uzağa olsa da, bilirəm ki, səmimi insandır, yaxşı dostdur. Amma məncə, efirdə bu qədər səmimi olmağa gərək yoxdur. Nəzərə almaq lazımdır ki, istənilən sənətçinin az, yaxud çox tamaşaçısı var və həmin tamaşaçı üçün sevimli müğənnisinin səsləndirdiyi fikirlər bir növ etalondur. İndi sabah bir gənc durub Yaşarın "məsləhəti" ilə sevgilisini döyüb, sonra hirsi soyumayıb başqa bir formada xəsarət yetirsə... Ancaq bu o anlama gəlmir ki, ölkədə qadınlara qarşı olan zorakılığın səbəbi Yaşardır. İntəhası efir adamı belə məsələlərdə ikiqat diqqətli olmalıdır.

Aparıcı Zaur Kamal deyib ki, verilişinə gələn müğənnilərin geyimlərinə də müdaxilə edir. Kişilərin köynəyinin yalnız bir, qadınların koftasının iki düyməsi açıq ola bilər. Qadınlar dizdən yuxarı, kişilər topuqdan yuxarı geyinə bilməzlər. Bu, mənim təxminlərimdir, oxuyun, görün özü nə deyib:

"Gərək əndazəmizdən çıxmayaq. Çalışırıq, qədərində gözəl şou, əyləncə təqdim edək. Bəzi aparıcılar şou göstərir, nələrsə edirlər, camaat elələrinə dişinin dibindən çıxanı deyir. Verilişə gələn müğənnilərə deyirik ki, özünüzü elə aparın, həddindən çıxmayın. Abırlı-ismətli geyinin. Əks halda aləm bir-birinə qarışır".

Geyim-kecimi deyə bilmərəm, amma şəxsi fikrim belədir ki, Zaur Kamal Azərbaycanda ən çox tənqid olunan aparıcılardandır. Əgər sənətçinin qəbahəti efirə yarıçılpaq çıxmağıdırsa, aparıcının bağışlanmaz qüsuru efirdə mənsub olduğu bölgənin ləhcəsiylə danışmasıdır. Bu mənada Zaur Kamal əndazəni artıqlamasıyla aşıb.

Bir neçə gün öncə saytları "ANS-in aparıcısı soyundu" başlıqlı yazılar bəzədi. İnsafən də fotodakı xanım soyunmuşdu, başlıq yalan deyildi. Özüm də baxdım... İndi Zəhra deyir ki, əvvəla, mən ANS-dən neçə ildir çıxmışam, ikincisi, o fotodakı xanım mən deyiləm, hətta həmin fotolar "doğulan"da özüm ana olmağa hazırlaşırdım, yeddi aylıq hamilə idim. Camaatın yarısı hələ də tərəddüd edir - o idimi?

Müğənni Rəqsanə İsmayılova təəccübləndirməkdə davam edir. Sənətçi bu dəfə gecə geyimində fotolar çəkib sosial şəbəkədə paylaşıb. Yeri gəlmişkən, bir müddət öncə Rəqsanənin lüt fotolarını telefonundan oğurlamışdılar. İş belə gətirmişdi ki, oğurluq şəkillər işlədiyim redaksiyaya da göndərilmişdi ki, bunu yayın. Guya lüt şəkillərmiş. Mən də fotonu göndərənlərə belə bir cavab verdim ki, burada Rəqsanə tam lüt olmadığına görə yaya bilmərik. Çünki müğənni doğrudan da tam lüt deyildi, ayağında hamam "tapıçka"sı var idi. Dərhal həmin fotolarla müqayisə etdim. Bu fotolar daha maraqlıdır.

Saytlarımız günün günorta çağı əməkdar artist Murad Dadaşovu "öldürdü", bir neçə saat sonra fikirlərini dəyişib onu "həyata qaytardılar". Dadaşov da xəbəri yayanlara bir cümləlik cavab verdi: "Ölüm xəbərini yazanların ailəsi ilə bahəm, Allah cəzalarını versin".

Dadaşov ölkənin, bəlkə də, yüz ən tanınmış şəxsindən biridir, tamaşaçının gözü qarşısında böyüyüb, nüfuz sahibidir. Amma həmin xəbərə belə açıqlama çox biabırçıdır. Tutaq ki, hansısa nadürüst, qeyri-peşəkar belə bir xəbəri yayıb. Bəs indi o nadürüstə görə oğlunun, qızının, xanımının, digər yaxınlarının təqsiri nədir? Dadaşovun efirdə yol verdiyi nöqsana görə onun ailəsini tənqid etmək doğru olardımı? Axı bu səhvi onun oğlu etməyib.

Xalq artisti Aygün Kazımova burada demədiklərini gedib Gürcüstanda bir verilişdə deyib. Bildirib ki, həyat yoldaşı çox qısqanc imiş. Hətta o qədər qısqanc olub ki, eyvana çıxmağa da icazə vermirmiş. Və əsas məqam - içki içirmiş, əsəbiymiş. İndi sizə bir misalı xatırladacam və bu xəbəri şərh etməyəcəyəm. Deyirlər ki, ərlə arvadın torpağı bir yerdən götürülür. Bu misalı niyə çəkdim? Heç, elə-belə...

ATV-nin aparıcısı Afaq Gəncəli deyib ki, iki maşını olub, hər ikisini kreditlə alıb. Bir dəfə qəza törədib, amma çoxlu cərimə ödəyib. Hətta 380 manatlıq cəriməsi olub. Ardınca əlavə edib ki, cəriməyə ödədiyi pullar maşınının qiymətindən çoxdur. Afaq xanım, təki pul olsun. 380 manat cərimə nədir ki?
Yeri gəlmişkən, xanım teleaparıcıların bahalı avtomobillər almasını təqdir edirəm. Mətbuatdakı jurnalistlərə baxmayın, onları daha çox adam tanıyır, məşhur adamdırlar. Beş dostları var, on düşmənləri... Sağlıqlarına qismət, məvacibləri də mətbuatdakılardan ən azı 7-8 dəfə yüksək. Hələ bəlkə, daha çox. Nə olsun ki, efirdəkilərin çoxu adını yazanda 3 yerdə səhvə yol verir? Əsas can sağlığıdır, can. 
Di salamat qalın.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM