Bu sözləri movqe.az-a açıqlamasında “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyəti Sərnişindaşımaların monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimli deyib.
V.İbrahimli bildirib ki, artıq şəhərdaxili sərnişindaşımada istifadə olunan avtobusların çoxunda kondisioner sistemi var: “88, 65, 61, 116 saylı xətlərdə müasir, kondisioner sistemli avtobuslar fəaliyyət göstərir. Nəzərdə tutulub ki, paytaxtda sərnişindaşımada istifadə olunan bütün avtobuslar kondisionerli olsun. Bu proses davam etdirilir”.