Məmmədrəhim Əkbərov
Milli Geoloji Kəşfiyyat Xidmətinin
Geoloji- İstehsalat şöbəsinin rəisi
Bərpa olunmayan mineral xammal resurslarının məhdudluğu və yer qabığında qeyri-bərabər paylanması məlumdur, onların artırılması isə yalnız yeni texnika və texnologiyaların, elmi kəşflərin və innovativ proqramların tətbiqi sayəsində aparılacaq geoloji axtarış və kəşfiyyat işləri nəticəsində mümkün ola bilər. Aşkar yataqlardan əlverişli şəraitdə yerləşənləri və eləcə də yüksək faydalı komponent tutumuna malik olanları artıq istismara cəlb olunmuşlar, hal-hazırda, dağ-mədən sənayesinin daha ekstremal ərazilərə yerdəyişməsi və daha kasad yataqların istismara cəlb olunması müşahidə olunur. Həm, yeni yataqların kəşfi, həm də problemli yataqların istismara cəlb olunması, ətraf mühitin bərpası işləri həmən nəzərə alınmaqla, yalnız küllü maliyyə imkanlarına və güclü dağ-mədən infrastrukturuna malik olan qurumlar tərəfindən yerinə yetirilə bilər.
İnsanlar öz ömürlərini təbiətin dərk edilməsinə həsr etməyə və onlar üçün yaradılmış dəyərlərdən məqsədyönlü istifadə etməyə borcludurlar. Yalnız bu kontekstdə, mineral-xammal resurslarının hərtərəfli dərk edilməsi, onlara strateji əhəmiyyətli xammal, məhdud və ya kritik həddə olan ehtiyatlar və resurslar qismində önəm verilməsi sayəsində, həm onların həcminin və keyfiyyətinin artırılması istiqamətində geoloji kəşfiyyat işlərinin gücləndirilməsinə və eləcə də onların kortəbii istismardan mühafizəsinə nail olmaq mümkündür.
Bərpa olunmayan mineral resurslara münasibət bərpa olunan təbii resurslarla müqayisədə kökündən dəyişdirilməli və qloballaşdırılmalıdır. Hər bir ölkənin iqtisadi inkişafının onun ərazisində olan mineral ehtiyat və resurslardan (xüsusilə də bərpa olunmayan) bilavasitə asılılığını təhlil edərək mineral-xammal bazasının genişləndirilməsi və onların qeyri-səmərəli istismardan mühafizələnməsi istiqamətində balanslaşdırılmış strateji tədbirlər planı tərtib olunmalıdır. Strateji xammal növləri və eləcə də ehtiyatları kritik həddə olan xammal növlərinin yalnız dövlət proqramları çərçivəsində, həm dövlət mənafeyi ön plana çəkilərək, həm də pay sahibi olan əhalinin sosial durumunun yaxşılaşdırılması naminə onların istismara cəlb olunması məsələləri də strateji tədbirlər planının tərkib hissəsi olmalıdır. Mineral resurslardan istifadə prosedurlarının mükəmməlləşdirilməsi ilə yanaşı onların geoloji-kəşfiyyatı, istismarı və işlənməsi, məlumdur ki, ətraf mühitin mühafizəsi və bərpası tədbirləri ilə birlikdə kompleks şəkildə yerinə yetirilməlidir.
Yer təkinin geoloji öyrənilməsi üzrə aparılan geoloji-istehsalat işlərinin müsbət nəticələri içərisində ən önəmlisi faydalı qazıntı yataqlarının kəşf edilməsidir. Dağ-qazmaları və buruq quyularının müşayiəti ilə aparılan geoloji tədqiqat işləri zamanı ətraf mühitə az və ya çox dərəcədə müəyyən təsir göstərilir. Lakin, faydalı qazıntı yataqları kəşf edilməyən sahələrdə, bu işlər müvəqqəti xarakter daşıdığından, onların bərpası həyata keçirilən ətraf mühitin mühafizə tədbirləri və eləcə də təbiətin özünü bərpa qabiliyyəti sayəsində tədricən baş verir. Faydalı qazıntı yataqları kəşf edilən sahələrdə isə ətraf mühit elementlərinə mənfi təsir dairəsi genişlənir. Faydalı qazıntı yataqlarının kəşfiyyatı və istismarı ilə məşğul olan şirkətlər və hüquqi şəxslər mütləq qaydada ətraf mühitin ilkin vəziyyətinin və ətraf mühitə ediləcək təsirin qiymətləndirilməsi layihələrinin tələblərini həmən yerinə yetirməyə borcludurlar. Dağ-mədən istismarı və filizlərin işlənməsi üzrə sənaye sahələrinin texniki-texnoloji prosesləri təbii ehtiyatların tükənməsi və əvəzində ətraf mühitdə sənaye tullantılarının toplandığı çirklənmiş sahələrin yaranması ilə müşahidə olunur. Tullantıların ətraf mühitə göstərəcəyi ekoloji təhlükəyə ciddi əhəmiyyət verilmədiyindən bu tullantıların ətraf torpaq sahələrinə toplanması onların utilizasiyasının əsas üsulu kimi tətbiq olunmaqdadır və indiki zamana qədər həll olunmamış ekoloji problemlərdən biri belə texnogen massivlərin mövcudluğudur. Texnogen massivlər ətraf mühitdə əhəmiyyətli torpaq sahələrinin zəbt olunması ilə bərabər təbii mühit komponentlərinə neqativ çirkləndirici təsir göstərərək iri miqyasli çirklənmiş oreol sahələrinin yaranmasına gətirib çıxarır. Dağ-mədən sənayesinin ən çox vəsait tələb edən proseslərini (dağ süxurlarının istismarı və xırdalanması) artıq keçmiş olan tullantıların təkrar işlənməsi əlavə konsestratların istehsalı ilə bərabər bu sahənin həm də səmərəli olması üçün əlavə imkanlar da yaradır.
Məlumdur ki, dağ-mədən şirkətlərinin nəcib və əlvan metal yataqlarının kəşfiyyatı və istismara cəlb olunması istiqamətində göstərdikləri maraq Azərbaycandan da yan keçməmişdir. Lakin sözü gedən şirkətlər yüksək nəcib və əlvan metal tutumuna malik filizlərin işlənməsi marağında olduqlarından aşağı tutumlu filizlərə az əhəmiyyət verirlər. Mineral-xammal resursları bazar iqtisadiyyatı müstəvisində yer təki istifadəçilərinin əsas maraqları fokusunda olduğundan onlar geoloji qurumdan keyfiyyət baxımından dəyərli və miqdar baxımından etibarlı xammal ehtiyatları və resursları istəyirlər, amma unudurlar ki, faydalı qazıntı yatağının kəşfinə qədər, geoloji-xəritəalma işlərindən başlayaraq elmi-tematik və praktiki geoloji, geofiziki, geokimyəvi işlər, dağ-qazma, buruq-qazma, sınaqlaşdırma əməliyyatları, laborator, texnoloji, texniki-iqtisadi analiz və araşdırmalardan ibarət sürəkli tədqiqatlar kompleksi durur. Postsovet məkanında yoxdan yaranan yer təki istifadəçilərinin bəxti onda gətirmişdir ki, onlar təxminən 100 il ərzində , dövlət büdcə vəsaiti hesabına, yetkin şəkildə öyrənilmiş, mineral-xammal ehtiyatlarına və resurslara yiyələnmiş (mövcud qanunvericilik çərçivəsində) və eləcə də əski dağ-mədən müəssisələrinin varislərinə çevrilmişlər. Lakin başa düşmək lazımdır ki, geoloji-istehsalat prosesi düzgün qurulmazsa xammal ehtiyatları və resursların kortəbii istismarı onların tükənməsinə və bu gün qurulan dağ-mədən sənayesinin tədricən süqutuna gətirib çıxara bilər.
Hal-hazırda, yer təkinin geoloji öyrənilməsinin yeni mərhələsi olaraq, texnoloji innovasiya dəyərlərindən yararlanaraq, kosmik görüntülərin məsafədən incələnməsi əsasında geoloji örnəklər və qaynaqlar xəritələrinin hazırlanması və maraq kəsb edən süxur kompleksləri, filiz zonaları, hidrotermal dəyişmə zonalarının naturada yoxlanılması və çözülməsi sayəsində həm xəritəçəkmə, həm də faydalı qazıntıların proqnozlaşdırılması sahəsində tutarlı nəticələrin əldə olunmasına nail olmaq imkanı qazanılmışdır. Bununla yanaşı rəqəmsal geoloji informasiya və 3D formatlı modelləşdirmə sistemlərinin tətbiqi sayəsində xüsusi təyinatlı geoloji xəritəalma işləri kompleksinin, hidrogeoloji və mühəndisi-geoloji xəritəalma işlərinin, yer qabığının dərinlik quruluşunun öyrənilməsinin, təhlükəli təbiət hadisələrinin araşdırılmasının, zəlzələlər və vulkanik fəaliyyətlərin öyrənilməsinin, geoekoloji tədqiqatların aparılmasının və s. geoloji proseslərin öyrənilməsi davam etdirilməlidir. Geoloji Xidmət təsərrüfat fəaliyyətli qurum olduğundan bu qurum öz fəaliyyətini dövlət sifarişləri əsasında müəyyənləşdirilmiş geoloji tapşırıqlara uyğun tərtib olunan layihə -smeta sənədləri əsasında tənzimləyir. Lakin layihə -smeta sənədlərinin smeta normaları və vahidləri və eləcə də əmək haqqı dərəcələri mürəkkəb çöl şəraitində çalışan yüksək ixtisaslı mütəxəssislərin və peşəkar fəhlələrinin əməyinin qarşılığında qeyri ekvivalentdir. Məlumdur ki,yüksək ixtisaslı mütəxəssislərin və peşəkar fəhlələrin yetişdirilməsinə müəyyən müddət, təlim, iş şəraitinin yaxşılaşdırılması, sosial təminat və s.amillər gərəkdir.
Faydalı qazıntı yataqlarının axtarışı işləri ilk növbədə geoloji xəritəalma işləri nəticələrinin stratiqrafik, maqmatik, vulkanik, filizəmələgəlmə, geofiziki, geokimyəvi, metallagenik və s. baxımdan elmi-praktiki təhlili nəticəsindən doğan əsaslandırılmış proses kimi formalaşır. Faydalı qazıntı yataqlarının geoloji-kəşfiyyatı isə yerinə yetirilmiş geoloji-axtarış işlərinin geoloji-iqtisadi təhlilinin nəticəsindən doğan, texniki-iqtisadi cəhətdən əsaslandırılmış istehsalat proseduru kimi qiymətləndirilə bilər. Geoloji axtarış və geoloji-kəşfiyyat işlərinin məntiqli qurulması üçün öncə respublikanın müdafiəsi və təhlükəsizliyinin təminatı məqsədi ilə strateji xammal kimi dəyərləndirilən mineral resursların balansı müəyyənləşdirilməli, onların mühafizəsi, artırılması və səmərəli istismarı yönümlü strateji tədbirlər planı hazırlanmalıdır. Ölkə ərazisində kritik həddə olan xammal növlərinin artırılması istiqamətində də müəyyən fəaliyyət göstərilməlidir. Ardıcıl olaraq, nəcib, əlvan və qara metal sahələri üzrə beynəlxalq bazar münasibətlərinə və rəqabətinə davamlı dağ-mədən infrastrukturu yaradılmalı və yaxud önəmli xarici dağ-mədən şirkətləri bu sahəyə cəlb olunmalıdırlar. Geoloji axtarış və kəşfiyyat işləri həm dövlət büdcə vəsaiti hesabına, həm xarici dağ-mədən şirkətlərinin maliyyə vəsaiti hesabına, həm də yerli şirkətlərə, kredit məqsədi ilə, təbii sərvətlər fondundan ayrılacaq maliyyə vəsaiti hesabına Geoloji Xidmət strukturu tərəfindən həll edilə bilər. Eyni zamanda, qeyri-filiz və tikinti materialları sahəsinə aid perspektiv regional inkişaf strategiyası da hazırlanmalıdır. Hal-hazırda mövcud dağ-mədən sənaye sahələri qeyri-səmərəli və kortəbii fəaliyyət göstərdiyindən bu sahələrdə xammal uçotsuzluğu, plansız istismar, xammal itkisi, ətraf mühitin viran qoyulması hallarına daha çox üstünlük verilir.
Hal-hazırda BMT-nin mineral ehtiyatlar və resurslara dair çərçivə təsnifatı mövcuddur. Bu dövrə qədər kəşfiyyatı aparılmış faydalı qazıntı yataqları üzrə ehtiyatların və resursların mövcud təsnifata qismən transferi də mümkündür. Bununla da, əlavə öyrənilmə xərclərindən qismən azad olmaq imkanı ilə , bərpa olunmayan mineral resursların regionlar üzrə balansını müəyyən etmək və onları iqtisadi cəhətdən qiymətləndirmək mümkündür.
Məlumdur ki, mineral-xammal yataqları müqayisəli dərəcədə bir-birindən tam və ya qismən fərqli olurlar və hər bir yataq həm geoloji öyrənilmə, həm də istismar baxımından özünə məxsus yanaşma tələb edir. Bu baxımdan, hər hansı bir mineral-xammal yatağı haqqında məlumatlar hərtərəfli təhlil olunmalı, onlar xammal və ya faydalı komponent (eləcə də yanaşı komponent) itkisinə yol verilməmək şərti ilə həm texniki-iqtisadi həm də ekoloji baxımdan mükəmməl istismar olunmalıdırlar. Ətraf mühitə minimal təsir etməklə bərabər təbii resurslardan faydalı komponentlərin itkisiz çıxarılması baxımından ekoloji və texniki-iqtisadi cəhətdən tarazlaşdırılmış dağ-mədən təsərrüfat fəaliyyəti barədə əhəmiyyətli qərarların axtarışı və tapılması təbiətə kortəbii təsir dərəcəsinin minimuma endirilməsinə və faydalı qazıntıların effektiv işlənməsinə zəmin yarada bilər. Azərbaycanda bərpa olunmayan mineral resursların mühafizəsi, artırılması və onlardan istifadə sahəsində səmərəlilik göstəricisinin üstünlük təşkil edəcəyi dağ-mədən iqtisadiyyatının qurulması istiqamətində müzakirələrin aparılmasına ehtiyac duyulur. Paralel olaraq, ərazi-məkan inkişafı və eləcə də innovasiya-yönümlü ölkə strategiyalarının həyata keçirilməsinə dəstək olmaq imkanı əldə oluna bilər. 2015-2020-ci illər çərçivəsində tərtib edilməsi mümkün olan strategiyalar siyahısında prioritet sənayelər siyahısına daxil edilməsi məsləhət görülən dağ-mədən sənaye sahəsi strategiyada önəmli yer tutmaqla bərabər digər yönümlü strategiyalara da öz töhfəsini verə bilər. Azərbaycanın dağ-mədən sənaye sahəsinin karbohidrogen ixracından toplanan vəsaitlərdən istifadənin uzunmüddətli strategiyasına söykənməsi və təbii resursların irimiqyaslı ixracından faydalanan bir çox başqa ölkələr kimi bu sahənin təbii sərvətlər fondundan maliyyələşməsi də müzakirə mövzusu ola bilər.
Məlumdur ki, geoloji-kəşfiyyat istehsalatı riskli sahə olduğundan da artıq mənfəət verə biləcək sahədir. Hal-hazırda, büdcə vəsaiti hesabına yerinə yetirilən geoloji-kəşfiyyat istehsalatından əldə edilən önəmli nailiyyətlərdən yalnız hüquqi və fiziki şəxslər mənfəət götürürlər. Dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində üzə çıxarılan qeyri-filiz və ya inşaat materialları xammalları sonda tamamilə özəl sektorun ixtiyarına verilir, geoloji axtarış işləri isə dövlət büdcə vəsaiti hesabına yerinə yetirilir, mineral-xammal bazasının bərpa fondu yetərincə formalaşmamışdır. Respublikamızın mineral-xammal bazasının tərkib hissəsi olan Dövlət və Sahə Balanslarındakı ehtiyat və resursların müvafiq surətdə texniki-iqtisadi qiymətləndirilməsi əsasında onların “Mineral ehtiyatlar və resurslar üzrə BMT-nin Çərçivə Təsnifatı”na transferi mineral ehtiyat və resurslarımızın dünya bazarına çıxarılmasına imkanlar açacaqdır.
"YER VƏ İNSAN" jurnalı № /04/ MAY-İYUN
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM