Qubada yol polisinin keçirdiyi reyd zamanı bir sıra maraqli məqamlar yaşanıb.
Xəzərxəbər xəbər verir ki, polisin "saxla" əmrinə tabe olmayan sürücü saxlanıldıqda söyüş söyərək özünü təmizə çıxarmağa çalışıb.
Reyd zamanı sürücülük hüququ olmadan avtomobil idarə edən,maşına avadanlıq quraşdıran sürücülər saxlanılıb. 5 sürücünün isə sərxoş olduğu aşkarlanıb.
Ümumilikdə 47 sürücü barəsində inzibati protokol tərtib olunub.
Bu cür reydlərn mütəmadi olaraq davam etdiriləcəyi bildirilir.