İsrailin Birinci dövlət televiziya kanalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib.
Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunub. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. O, ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları – erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub. O məşum gecədə bir çoxları erməni terrorçuları və başkəsənləri tərəfindən öldürülüb, bəziləri isə Ermənistan rəhbərliyinin yaratdığı müasir əsir düşərgələrinin qeyri-insani şəraitinə baxmayaraq salamat qalıblar.
İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut AZƏRTAC-a müsahibəsində deyib: “Düşünürəm ki, “Sonsuz dəhliz” filminin İsraildə nümayiş etdirilməsi Xocalı haqqında həqiqətləri İsrail ictimaiyyətinə çatdıracaq. Heydər Əliyev Fondunun XX əsrin sonlarında Xocalıda törədilən dəhşətli və amansız soyqırımı aktı haqqında həqiqətlərin yayılması istiqamətində böyük səylərinə baxmayaraq, dünyanın Xocalı gerçəkliklərindən xəbərdar olması üçün çox iş görmək, çevik və fəal olmaq, hətta bəzən erməni diasporunun təbliğatına qarşı var gücünü ortaya qoymaq lazımdır. “Sonsuz dəhliz “ kimi filmlər çox çəkilməli, dünyanın əsas kanallarında nümayiş etdirilməlidir. Heydər Əliyev Fondu da hazırda məhz bu işlərlə məşğul olur”.
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının əsas təşəbbüskarı Leyla Əliyeva ötən il Londonda, Britaniya Kino və Televiziya Sənəti Akademiyasının festivalında çıxışında bu qorxunc qanlı faciə barədə informasiyanın yayılmasının əhəmiyyətini vurğulayaraq deyib: “Sonsuz dəhliz" erməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmdir. Biz belə cinayətlərin təkrarı ilə bir daha üzləşməməliyik".
Dünya Xocalı barədə həqiqəti bilməlidir. Bu faciənin sərt və amansız səhnələri Azərbaycanın ürəyində sağalmaz yaradır. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri – Xocalı şəhəri bir gecədə viran qoyulub və yandırılıb. Bu faciə bütün bəşəriyyət əleyhinə cinayətdir. Erməni silahlı qüvvələrinin və muzdlu dəstələrin şəhəri tərk etməyə macal tapmayan xocalılıların heç birinə aman verməməsi artıq tarixi faktdır. Erməni silahlı qüvvələrinin vəhşilikləri nəticəsində 613 adam qətlə yetirilmiş, 487 adam şikəst olmuş,1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir düşərək görünməmiş işgəncələrə, təhqir və həqarətlərə məruz qalıblar.
Arye Qut deyib: “Heydər Əliyev Fondunun dəstəyi ilə “Justice for Khojaly” beynəlxalq kampaniyası çərçivəsində istər İsrail ictimaiyyəti qarşısında, istərsə də müxtəlif Avropa ölkələrində beynəlxalq forumlarda çıxış edərkən dəfələrlə təkrar etmişəm ki, Ermənistanda yüksək vəzifələr tutan adamlar – Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları bu soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında durmalıdırlar. Bunun üçün Ermənistan Prezidenti Serj Sarkisyanın səmimi etirafını xatırlatmaq yetər. S.Sarkisyan həyasızcasına deyib: “Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi məhz Xocalıda qırdıq”.
Ermənistanın günahını təkcə Azərbaycan hüquq mühafizə orqanlarının sərəncamında olan sanballı faktlar deyil, həm də çoxsaylı müstəqil beynəlxalq mənbələr, faciənin şahidlərinin ifadələri və Xocalının işğalında iştirak edən erməni hərbçilərinin özlərinin dəlil-sübutları təsdiq edir. Yaxud Zori Balayanın etirafı. O, 1996-cı ildə çap olunmuş “Ruhumuzun canlanması” kitabında Xocalı soyqırımına haqq qazandırıb. Terrorçu Balayan kitabında ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımını, təhqir və həqarətləri fəxrlə sadalayıb. Bu cinayətkar və qatı şovinist utanıb-qızarmadan bəyan edib ki, ermənilərin Xocalıda törətdikləri ilə hər bir erməni qürur duymalıdır. Bu faktlar sübut edir ki, Xocalı şəhərində dinc mülki əhalinin düşünülmüş şəkildə məhv edilməsi onları təkcə azərbaycanlı olduqlarına görə kütləvi qırmaq məqsədi daşıyıb.
Xocalı şəhəri Azərbaycan ərazilərinin qəsb olunmasının, burada etnik təmizləmə aparılmasının, tükürpərdici qəddarlıq qarşısında çaxnaşma və vəhşət yaratmağın növbəti mərhələsi olub.
Azərbaycan xüsusi xidmət orqanlarının informasiyasına görə, hərbi əməliyyatların aparıldığı vaxtdan bu günə qədər 4928 adam, o cümlədən 56 uşaq, 327 qadın, 364 qoca itkin düşmüş sayılır. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, bu insanların bir qismi erməni əsirliyində xəstəlikdən dünyasını dəyişib, bir qismi oldürülüb, bəzilərini isə indiyə qədər ən ağır işlərdə qul kimi işlədirlər.
Ermənistanda və işğal edilmiş ərazilərdə azərbaycanlı əsir və girovlarla amansız rəftar olunmasını, onların qətlə yetirilməsini, tanınmaz hala salınmasını və işgəncələrə məruz qalmasını sübuta yetirən çoxsaylı informasiya və şahid ifadələri toplanılıb. Azərbaycanın Xocalı şəhərində qanlı qətliama görə Ermənistanın indiki cinayətkar klanı məsuliyyət daşıyır. Həmin insanların nə vicdanı, nə də mərhəmət hissi var. Hazırda Ermənistan Respublikasında iqtidarda olan bu terrorçular və hərbi cinayətkarlar mütləq beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
Arye Qut ölçüyəgəlməz səylərinə, “Sonsuz dəhliz” sənədli filminin eyni vaxtda ivrit və ingilis dillərinə tərcümə olunmaqla İsrailin Birinci televiziya kanalında nümayiş etdirilməsinə görə Heydər Əliyev Fonduna və onun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əsas təşəbbüskarı Leyla Əliyevaya minnətdarlığını bildirib.
Xatırladaq ki, “Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern şəhərlərində təqdimatı olub. İngilis dilində çəkilmiş filmin subtitrləri Leyla Əliyevanın təşəbbüsü ilə Çin, türk, fransız, italyan və alman dillərinə tərcümə olunub. Bundan əlavə, film rus dilinə dublyaj edilib.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM