Bakıdakı dəhşətli qəzanın TƏFƏRRÜATI: baba ilə nəvə çəkələyə qurban getdilər? - VİDEO

11:45 / 06.08.2015

 

Sürücü avtomobili çəkələklə sürdüyü üçün əyləci vaxtında basa bilməyib və gəldiyi sürətlə də "Zapı"nı vurub

Strategiya.az  Avtosfer.az istinadən  xəbəer  verir ki, avqustun 2-də Sabunçu rayonu, Bilgəh-Nardaran yolunda "Lexus", "Range Rover" və "ZAZ" (Zaporojets) markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1959-cu il təvəllüdlü Hüseynov Ağabala Kamil oğluna məxsus "ZAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb və sürücü hadisə yerində ölüb. 

Maşında olan iki azyaşlı əkiz bacılar Xədicə və Zəhra Hüseynəli və onların qardaşı, 11 yaşlı Hüseyn Hüseynəli, eləcə də digər sərnişin Ziya Zahidov 3 saylı Sabunçu rayon Xəstəxanasına göndəriliblər. Həkimlərin səyinə baxmayaraq Hüseyn Hüseynəlinin həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxanada dünyasını dəyişən 11 yaşlı Hüseyn sürücü A.Hüseynovun nəvəsidir.

Məlumata görə, qəzaya səbəb olan sürücü peşəkar idmançı, taekvondo üzrə beynəlxalq yarışların qalibi Fəqan Umudovdur. O, Taekvando Federasiyasında kurator vəzifəsində çalışır.

Baş vermiş qəza anbaan təhlükəsizlik kamerasına düşüb. Qəzadan öncə "Zapı"nın sürücüsü sağ zolaqla hərəkət edirmiş. Lakin o, qəflətən manevr edərək orta zolağa keçib və tədricən sol zolağa çıxmaq istəyib. Yüksək sürətlə arxadan gələn "Range Rover" markalı, 90 KX 010 nömrə nişanlı avtomobilin sürücüsü "Zapı"ya siqnal verib, uzaq işıqlarını yandırıb-söndürməklə ondan yol istəyib. Lakin "Zapı" yoldan çəkilməyib. "Range Rover"in sürücüsü sükan arxasında çəkələklə əyləşdiyi üçün bu anda sürəti azaltmağa çalışarkən çəkələk ilişib və o, əyləci basa bilmədiyi üçün gəldiyi sürətlə də arxadan "Zapı"nı vurub. Nəticədə "Zapı" parçalanıb. Maşındakı qadın və bir neçə uşaq yola səpələnib, sürücü isə avtomobildə sıxışıb qalıb. "Zapı" bir anda alışıb-yanmağa başladığı üçün ətrafdakı insanlar sürücüyə kömək edə bilməyiblər və o, külə dönüb.

"Range Rover"in sürücüsü avtomobildən düşərkən də onun çəkələk və şortikdə olduğu məlum olub. Fəqan Umudov dənizdən gəlirmiş. Məsələnin maraqlı tərəfi odur ki, "Zapı"nın sürücüsü həmin yolda lüzumsuz olaraq asta sürətlə hərəkət edib, manevr qaydalarını pozub. "Range Rover"in sürücüsü isə sürət həddini ikiqat aşıb.

Baş verən qəzadan sonra Fəqan Umudovun qaçmasına gəlincə, əslində o, qaçmayıb. Bu barədə Taekvando üzrə Gənclərdən ibarət Yığma Komandanın baş məşqçisi, Fəqan Umudovun yaxın dostu Mamed Abdullayev bildirib. Onun sözlərinə görə, əslində Fəqan Umudov avtomobili saatda 200-lə yox, 140-150 km sürətlə sürürmüş. "Bu qəza hamının başına gələ bilər. Qəflətən idarəetməni itirib və qəza baş verib. Hadisə zamanı Fəqan başından ağır yaralanıb. Lakin hadisə yerindən qaçmayıb. Kimliyi barədə polisə məlumat verib və sonradan onu xəstəxanaya aparmışıq. Hadisə barədə xəbər tutan kimi oraya ilk mən getdim. Şəxsən özüm onu xəstəxanaya aparmışam. Fəqan məmur övladı deyil. Azərbaycanı tanıdan idmançıdır. Mən həm öz adımdan, həm də federasiya adından qəzada həlak olanların ailələrinə başsağlığı verirəm".

Qeyd edək ki, hadisənin səbəbkarı kimi "Range Rover" markalı, 90 KX 010 nömrə nişanlı avtomobilin sürücüsü Fəqan Umudov göstərilir.

Qəza zamanı ağır xəsarət alanlardan biri, "Lexus" markalı avtomobilin sürücüsü İsgəndər Qasımovun vəziyyətinin ağır olduğu bildirilir. Bu barədə movqe.az-a danışan zərərçəkmiş onurğa sütünundan əməliyyat olunacağını bildirib. İ.Qasımov xəstəxanada bütün xərcləri özü ödədiyini, indiyədək polisin ondan izahat almadığını söyləyib: "Mənimlə heç kəs maraqlanmır. Hadisəni törədənin yaxınları mənimlə bir dəfə də olsun maraqlanmayıb ki, ölmüsən, qalmısan? Başıma tikiş qoyulub, sabah əməliyyat olunmalıyam. Bütün xərcləri özüm ödəyirəm. Respublika Diaqnostika Mərkəzindəyəm. Nə hadisəni törədənin yaxınları mənimlə maraqlanırlar, nə də polis".

Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Asəf Məmmədov bildirib ki, faktla bağlı cinayət işi açılıb, hazırda istintaq davam edir: "Yol nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var. Hadisə zamanı iki nəfər ölüb, 6 nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törətməkdə şübhəli bilinən sürücünün özünün də vəziyyəti ağırdır, hazırda xəstəxanadadır. Onlar xəstəxanadan çıxdıqdan sonra ifadələri alınacaq. Biz cinayət işini başlatmışıq, zərərçəkənlər məhkəmə tibbi ekspertizasından keçdikdən sonra onların xəsarətlərinin dərəcələri müəyyənləşəcək". 

фото


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM