Bikinili Xatirə, QIZ Rəqsanə, Günayın nömrəsi, Brilliantın gəlini, Aygünün sevgisi...

09:51 / 10.08.2015

Strategiya.az Milli.Az-a istinadən jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (39-cu say) təqdim edir.

Bu yaxınlarda həm də müğənni olan Rəqsanənin geniş açıqlamasını oxudum. Ona görə "həm də" deyirəm ki, sənətçi eyni zamanda bizneslə də məşğuldur. Nə gizlədim, müğənninin fikirləri onun barəsində olan fikirlərimi necə dəyişdisə, məcbur oldum ki, dəyişmiş fikrimi diqqətinizə çatdırım. Görün sizin bu barədə fikriniz nədir?
Sənətçi açıqlamada deyib ki, çox çətinliklər görüb. Amma indi gözəllik salonu açıb, veriliş yaradıb, xeyli insana maaş verir. İndi də restoran açmağa hazırlaşır. Restorandan sonra da klinika açacaq. Hətta planda doğum evi də var. Orada doğulan uşaqlara elə vitaminlər vurulacaq ki, "srazu" başlayacaqlar oxumağa. Zarafat edirəm, ciddiyə almayın.
Artıq sənətçi bununla bağlı həyat yoldaşına müraciət edib. Amma bir əmma var ki, sənətçi biznesə tam aludə olandan sonra kişi onun oxumağına qadağa qoya bilər.

Yeri gəlmişkən, açıqlamada ən diqqətimi çəkən hissə bu oldu:
"Həyat yoldaşım mənimlə fəxr edir. O məni çox istəyir. Deyir, sən güclü qadınsan. Həyat yoldaşım məni ən çətin günlərimdə qəbul edib. O günümdə, o vəziyyətimdə məni istəyib. Böyük ürəyi var. O məni illər əvvəl tanıyıb. Həmin vaxtlar ailəli olub. Sonra yoldaşından ayrılan ərəfədə məni məclisdə görüb. Deyib ki, bu qız mənim olmalıdır. Altı ay nişanlı qız-oğlan kimi yaşamışıq. Hər gün mənə güllər göndərir, şam yeməyinə dəvət edirdi. Sonra dedi ki, evlənək. İnsanlar müğənniləri başqa cür düşünürlər: siqaret çəkən, içki içən. Mən bunlardan uzağam. Mən həyatımda siqaret, içki nədir, qəbul etməmişəm. Yoldaşım da mənə dedi ki, necə yəni, sən də azərbaycanlı müğənnisən, bunlardan uzaqsan?"

Lap axırıncı cümlədən başlayaq. Necə yəni, müğənnisən, amma siqaret çəkmirsən? Bu fikir, məncə, sənətçilərin özlərinin müzakirə etməli olduqları məsələdir. Sonra şou nümayəndələri ağızları tüpürcəklənə-tüpürcəklənə jurnalistləri qınayırlar. Buyurun, bu da həmkarınızın sizin barənizdə olan fikridir. Keçək digər məsələlərə...

İnanıram ki, açıqlamanın bu yeri mənim kimi sizi də təsirləndirdi. İndiki zəmanədə altı ay nişanlı oğlanla qız kimi yaşamaq bilirsinizmi nə qədər çətindir? İnsanda böyük səbr, təmkin, iradə, əzm, nəzm, xarəzm, düşüncə, hal, əhval, bacarıq... olmalıdır ki, altı ay nişanlı oğlanla qız kimi yaşasın. Yaşasın ha...

Deməyin ki, niyə "Həftəbecər"də Rəqsanəyə bu qədər yer ayırırsan? Layiqdir. Belə tarixi fikirlərə yer ayırmamaq layihəmizin 39 həftəlik tarixinə qara ləkə kimi düşə bilər. Oxuyaq:

"Biz dəbdəbəli həyat yaşamağa öyrəşmişik. Çətinlik görəndə depressiyaya düşürük, özümüzə qapanırıq. Xoşlayırıq ki, bizdən danışılsın. Amma eyni zamanda sadəliyi də sevirəm. İstəyirəm, hərdən bazara girib alış-veriş edim. Restoranı ona görə açıram ki, orada yeməklər hazırlayım. Gözəl əl qabiliyyətim var. Hamımız o dünyaya gedəcəyik. Deməyəcəklər ki, bu müğənnidir, bu adi adam. Yıxılsam da, ayağa durmağı bacarıram. Çox çətinliklər gördüm. Qudurmadım. Bəzi sənət dostlarım var ki, tanınandan sonra dəyişiblər. Mən xalqımı sevən qızam. Məni toylarına aparıb pul veriblər. O pulla borclarımı qaytarıb, balalarımı böyütmüşəm. Elə həddə gəlmişdim ki, yaşamaq istəmirdim".

İndi bildiniz ki, niyə altı ay nişanlı kimi yaşayıblar? Bəs oxumadınız - mən xalqımı sevən QIZAM. Deməyəcək ki, xalqımı sevən gəlinəm. Xahiş edirəm, sözlərimə kinayə ilə yanaşmayın.
Doğrudan da Rəqsanə hələ uşaqlıqdan dəbdəbəli həyat yaşamağa öyrəşib. Eşitdiyimə görə, atası 70-ci illərdə böyük vəzifə sahibi olub, hətta Qafqaz regionunda onu hər kəs tanıyırmış. Elə sənətçinin dedikləri də buna əsaslanır. Siz Allah, bu axırıncı fikrimə neçə nəfər inandı?

O gün bir verilişə baxırdım, deyəsən, təkrar idi. Xalq artisti Brilliant Dadaşovanın fikri diqqətimi çəkdi. Deyirdi ki, gələcək gəlini Dostoyevskini tanımalı, intellektual olmalıdır. Vallah, indiki zəmanədə müğənninin Dostoyevskini tanıyan gəlin axtarması əsl sensasiyadır.

Aygün Kazımova da deyirdi ki, sevməyəndə sənətlə daha yaxşı məşğul ola bilir. Deyəsən, bu da çoxdanın söhbətiydi, amma mən ilk dəfədir baxırdım. Amma maraqlıdır ki, Kazımova tez-tez aşiq olmağının "günahını" bürcünün (Dolça) üstünə yıxıb.

Müğənni Günay İbrahimli maşınına dövlət rüsumu 1500 manat olan nömrə alıb. Kiminsə pulunu saymaq kimi çıxmasın. Bu məbləğ  bir jurnalistin üç aylıq, bir müəllimin yeddi aylıq, bir həkimin beş aylıq maaşı qədərdi. Sonra deyirsiniz ki, niyə ölkənin yarısı müğənnidir? Deməli, çörək var da. Sağlığına qismət.

Müğənni İlhamə Qasımova deyib ki, həyat yoldaşı onun toylara getməsinə icazə vermir.

"Bizim ailədə problem mənim məclisə qatılmağım üstündə olur. Mən tədbirlərə qatılmıram. Pul xətrinə hara gəldi gedə bilmərəm. Mənə icazə verilmir ki, 15-20 nəfərlik bir məclisə qatılıb, onların qarşısında oxuyum. Özüm də buna etiraz edirəm".
Dostlar, xəbərim yoxdur, kimsə bilsə, şərhə yazsın, oxuyacam. İlhamə Qasımova doğrudanmı ailə qurub? Bu xəbəri də ona görə təqdim elədim.

Əməkdar artist Mehriban Xanlarova meyxanaçı Rəşad Dağlını məhkəməyə verməyə hazırlaşır. Deyəsən, Rəşad bir toy məclisində aktrisa barədə xoşagəlməz nəsə deyib. Belə getsə, Kürdəxanıdakı təcridxananın sakinləri arasında xeyli sənət nümayəndəsi olacaq.

Mingəçevir Dövlət Dram Teatrının quruluşçu rejissoru, müğənni Roza Zərgərli yay turnesinə çıxıb. Elə ilk konsertlərindən birini sözügedən teatrda verib. Mən də deyirəm, niyə teatrın direktoru Səxavət Məmmədov belə ürəklə danışır. Deməli, Roza xanım iş görür də. Rejissorun ştatında olduğu teatrda konsert verməsi bilirsinizmi necə böyük savabdır? Vaxtınız olsa, açıb dini kitabları oxuyun, biləcəksiniz.

Xatirə İslam ölkəni tərk edə bilər. Kimi idi orada "gözüm aydın" deyən? Tez şərhə adını yazsın. Deməli, son vaxtlar sənətçi sosial şəbəkədə nə paylaşırsa, hərəsinə bir əmma qoyursunuz. Bu dəfə də bikinidə şəkil paylaşıb, başlamısınız söz qayırmağa. O da acığa bu dəfə gedib pivə bakalını əlində tutub foto çəkdirib. İş pivə bakalı ilə bitmir e. Görün nə deyib:
"Hərdən belə də olur. Yayda olar da. Mən rahat yaşamağa qərar vermişəm. Sözbaz adamlar bezdirsələr, köçəcəm xarici ölkələrin birinə. Oralarda söz-söhbət olmur".

Gedin, yaxşı-yaxşı düşünün. Belə edirsiniz deyə, sənətçilərimiz xaricə qaçırlar. Etməyin belə...
Di salamat qalın.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM