Xocalını lentə alan ilk hərbi operator - "Bunu Suriyadan olan erməni polku eləmişdi" - FOTO

16:02 / 10.08.2015

...Uşaq ruhlarının gözlərini bağlayıb,

Mən gətirmişəm tikanlı məftillərin üstündə atılıb-düşərək oynamağa,

Uşaqdılar,

Yəqin qorxublar özlərindən,

 

ən çirkin oyuncaqlarından vaz keçmədikləri kimi

əl çəkmirdilər güllə deşmiş yaxalarından:

“gəlin gedək oynamağa,

Sizə yaxanızda donub qalan qandan qırmızı donlar geyinmiş gəlinciklər almışam, gətirəcəm,

Yuxumdakı eni-uzunu bilinməyən

Təndir çörəyini gətirməyə kömək edən tapılsa...”

Allahverdi Bağırovun qəbri Ağdamdadır. Onu da deyim ki, onun qəbrinin üstünə hər gün ermənilər gül qoyur. Bunu kim və nəyə görə edir? Onun qəhrəmanlığına görəmi? Vətənpərvərliyinə görəmi? Bəzi dırnaqarası müxbirlər də deyirdilər ki, Allahverdinin qəbrinin üstünə ermənilər niyə gül qoysunlar axı? Bunların arasında nə var imiş? Amma tarixdə, belə qəhrəman kişilərin düşmən tərəfindən də qiymətləndirilməsi barədə çoxlu faktlar var...

 

Seyidağa Mövsümlü 1954-cü ildəndir. Ucar rayonunda doğulub. Bakı Dəmir Yol Texnikumunu bitirib. Bir müddət sonra Azərbaycan Dövlət Teleradio verilişləri Komitəsində teleoperator assistenti kimi işləməyə başlayıb. 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutunda daha bir ixtisasa yiyələnərək televiziya işinin sirlərini öyrənib.

1988-ci ildən başlayan erməni təcavüzünün ən ağır, dəhşətli məqamlarını videolentəköçürərək törədilmiş cinayətləri tarixin yaddaşına həkk edib. Dəfələrlə Şuşa, Laçın, Zəngilan, Naxçıvan, Xocalı və digər bölgələrimizdə olub.

Kamerasının obyektivini 20 Yanvar faciəsinin qanlı səhnələrinə tuşlayan Seyidağa müəllim, elə Xocalı faciəsini çəkəndə də həyatını təhlükə altına atmışdı. Qarabağda qanlı döyüşlər başlayanda könüllü olaraqcəbhəyə yollanmışdı.

 

26 fevral, 1992-ci ildə Xocalı soyqırımını ilk hərbi operator kimi lentin yaddaşına köçürən Seyidağa Mövsümlü ilə Milli İstiqlal Muzeyində görüşəcəkdik.

-         Söhbət ondan gedir ki, 20 Yanvar və Xocalı faciələri baş verəndə Dövlət Televiziyasının rəhbərliyi kameraları gizlətmişdi. Mən hələ də bilmirəm ki, vətənin faciəsinə niyə bu qədər biganə idilər? Axı, o anları çəkib tarixə salmaq lazım idi. Mənə elə gəlirdi ki, əgər kameraları gizlədirlərsə, deməli, onların da bu cinayətdə əli var. O zamanlar 20Yanvar hadisəsini çəkmək üçün kameranıXalq Artisti Zeynəb Xanlarovadan aldım. O faciəni çəkənlərin hamısı kameraları kimlərdənsə götürmüşdü.Xocalı faciəsi baş verəndəisə artıq Şuşada,Malıbəyli, Kərkicahanda, Cəmillidə vuruşmuşdum. Şuşa işğal olunanda Kərkicahanda sağ ayağımdan ağır yaralandım. Bir həftə Şuşa hospitalında yatandan sonra,1991-ci ilin dekabr ayının 25-26-da məni bir dəstə yaralı ilə birlikdə Ağdama aparmaq üçün helikopter göndərdilər. Bu vaxt zəng elədilər ki, Malıbəyli kəndi mühasirədədir,yaralıları təxxliyə etmək lazımdı. helikopterMalıbəyliyə enən kimi yerli camaat bizə sarı qaçdı. Avtomatı onların üstünə çəkdim ki, geri çəkilsinlər. Elan elədik ki, yalnız yaralıları götürəcəyik. Bütün helikopter qan içində idi. Ağdama gələndə dəstə komandirimiz Ələkbər bizi qarşıladı, amma əsgərlərin vəziyyəti ağır olduğundan, Bakıya uçmağa qərar verdik. O ərəfədə Ağdamda da döyüşlər getdiyindən, yaralıların sağalması üçün şərait yox idi. Pilot biləndə ki, Bakıya uçmaq lazımdı, əvvəl etiraz elədi,-“naviqasiya sistemim yoxdu, - dedi. Dedim, maşın yolunun üstü ilə uçsaq, gedib düz Bakıya çıxacağıq. Binə Hava Limanına çatanda pilota dedim, zəng eləsin ki, iyirmi-otuz təcili yardım maşını göndərsinlər. Çünki döyüşçülər gözümüzün qabağında can verirdilər, vətən uğrunda ölümə atılmışdılar. Onları təcili xəstəxanalara çatdırmaq lazım idi. Düşəndə gördük ki, təcili yardım maşınlarının sayı- hesabı bilinmir. Binə və yaxın kəndlərin sakinləri yaralıların gəldiyini eşidib hava limanına hücum çəkmişdilər. Adam əlindən tərpənə bilmirdik.

Seyidağa müəllimin səs tonu birdən dəyişdi. Bayaqdan bəri o qədər soyuqqanlılıqla danışırdı ki, həyəcanlanacağı ağlıma da gəlmirdi. Döyüşçülər belə kövrəlirmiş yəqin, səsinin ən titrək yerini gizlətmək üçün, tez-tez udqunaraq...

-         Helikopter dayanan kimi adamlar bizə sarı qaçdılar. Yaralıları düşürtdükcə Camaat yaralıları, öz balası kimi duz tək yalayırdı. Azərbaycanlıların lazım olanda necə yumruq kimi birləşdiyini onda gördüm. Hava limanından Bakıya əlliyə yaxın təcili yardım maşını gedirdi. Sağ ayağım amputasiya olmaq üzrə idi. Bizi Travmatologiya İnstitutuna gətirdilər. Həkimlərin, tibb bacılarının bizimlə necə mehriban, istiqanlı davrandıqlarını heç vaxt unutmaram. Axın-axın insanlar xəstəxanaya gəlirdi. Fevral ayının 12-də Müdafiə Nazirliyində ilk hərbi reportyor kimi əmrim verildi. Xocalının istər Əsgəran, istərsə də Şuşa tərəfindən yolları bağlı idi. Oradakı rabitəçi qızların çoxunu tanıyırdım. İradə var idi, Gülbahar varidi.

-          

-         Onlardan sağ qalanları var? Bəlkə, bir gün onlarla da görüşdüm?

-          

-         Gülbahar sağdı. Onları axtaran yoxdu, qızım. Hamını şou maraqlandırır. Xocalının getməsi o vaxtkı rəhbərliyin vecinə də deyildi. Onlar yeyib-içir, Xocalı, Laçın, Şuşa, Ağdam isə can verirdi. Bir ara istəyirdim,“Ruhum dağlar aşarsa” adlı sənədli film çəkim. Mən o torpaqların dağlarını, düzlərini qarış-qarış gəzmişəm. Tez-tez yuxuma da girirlər. Mənə elə gəlir ki, orada dolaşan ruhlar bir gün Bakıya gələcək, əlimizdən tutub bizi itirdiyimiz torpaqlara aparacaqlar. O vaxt Azərbaycan Dövlət Televiziyası xəbər vermişdi ki, Xocalıda iki nəfər ölüb. Amma Xocalıda yüzlərlə insan qətlə yetirilmişdi. Hamımız bilirik ki, mətbuatda çıxan ilk xəbər, digər mətbu orqanların istinad yeri olur. Sonra hansı xəbəri yazırsan yaz, faydası yoxdu. Azərbaycan Televiziyasında ölümə gedən reportyora videokamera vermədilər. Mənə dedilər ki, kamera yoxdur. Sonra yadıma düşdü ki, keçmiş millət vəkili Etibar Məmmədovda kamera var. Muzeydə gördüyünüz həmin kameradır. Ona müraciət edən kimi, sağ olsun, kameranı mənə verdi. Mən ona minnətdaram ki, onun kamerasının hesabına o faciəni tarixə sala bildim. Kameranı alan kimi, gəldim Müdafiə Nazirliynə. Şair Ramiz Duyğun nazirliyin mətbuat xidmətinin rəisi idi. Bizə M-1 tipli helikopter ayırdı. Beləliklə, biz Ağdama yola düşdük. Məni orada yaxşı tanıyırdılar. Əvvəllər Ağdamda çox olmuşam. Ağdamlılar deyirdilər ki, Seyidağa yaxşı günlərimizdə yanımızda olub, ağır günlərimizdə də bizi tək qoymayıb. Kişilər olub ki, Turşsuda kabab çəkib yeyiblər, müharibə olan kimi qaçıb gizləniblər. Çox şairlər, yazıçılar, dramaturqlar gözə dəymədi. Onların səngərdə üzünü nə mən görmədim, nə də başqa əsgər və zabitlər. Ağdamda dostum, Xalq Cəbhəsinin sədri Allahverdi Bağırovun yanına gəldim. Gördüm əsəbindən ağlayır, dedi:“Seyidağa, böyük qırğın olub!”Mən bu hadisəni mütləq çəkməli idim. Vaxt gələcək, buna siyasi qiymət də veriləcək. Bu çəkilişlər dünyanın hər yerində göstəriləcək. Onun maşınına minib, Ağdamın Qarağacı qəbristanlığına gəldik. Ordan o yana Əsgəran idi. Ermənilərin oradakı hərbi dəstəsinə Vitalik Bağdasaryan başçılıq edirdi. İndi Müdafiə Nazirliyində general-mayordu. Orta təhsili də yoxdu. Qarabağda törətdiyi vəhşiliyə görə Ermənistan rəhbərliyi onu yüksək qiymətləndirdi. Allahverdi Vitalikdən soruşanda ki, bu vəhşiliyi siz eləmisiniz? Vitalik hadisədə əli omadığına and içdi. Dedi ki, bunu 366-cı rus alayı edib. Amma bizim xüsusi təyinatlılar arxadan gəlib yaralıları öldürüb. Allahverdi məni təqdim edərək dedi ki, Seyidağa hadisə yerini çəkməyə getməlidir və oradan salamat qayıtmalıdır. Vitalik Allahverdidən qorxurdu. Ona söz verdi ki, mənə bir şey olmayacaq. “Villis” maşını ilə hadisə yerinə yollandıq...

Allahverdi Bağırovun qəbri Ağdamdadır. Onu da deyim ki, onun qəbrinin üstünə hər gün ermənilər gül qoyur. Bunu ermənilərdən kim edir və nəyə görə edir? Onun qəhrəmənlığına görəmi? Vətənpərvərliyinə görəmi? Bəzi dırnaqarası müxbirlər də deyirdilər ki, niyə onun qəbrinin üstünə ermənilər gül qoysunlar, axı? Bunların arasında nə var imiş? Amma tarixdə faktlar var ki, belə qəhrəman kişilər düşmən tərəfindən də qiymətləndiriliblər. Səxavət Məmmədovun da qəbrinə gül qoyurlar. O, çox erməninin toyunda oxumuşdu...

Şellidən Əsgərana keçəndə yüzlərlə meyit gördüm, qızım. Ağlamaq vaxtı deyildi, arxamda düşmən dayanmışdı. Biri avtomatın lüləsini boynumun arxasına tuşlayıb deyirdi ki, sizin hamınızı qıracağıq. Siz türksünüz, ölməlisiniz. Mənə Allahdan səbir diləmək qalırdı ki, hirsimi büruzə verməyim, tapşırığı sona qədər yerinə yetirə bilim. Qarşıma bir uşaq meyiti çıxdı. Üzünün dərisini kəsmişdilər. Soyuqdan donub qalmışdı. Hava da bərk soyuq idi. Bilmirdim cavan qız-gəlini,  ağbirçək qadınları, ahıl kişiləri çəkim, yoxsa son ana qədər vuruşmuşəsgərləri. Kameranı söndürmürdüm. Axı, hər dəfə yanıb sönəndə akkumulyator zəifləyirdi. İşlək vəziyyətdə qoymuşdum ki, nə qədər gücü var çəksin. Ora bizim arxamızcabaşqa maşında Ağdamın mərd oğulları da getmişdi. Onlar arxadan meyitləri yığırdılar. Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyevin də meyitini oradan tapdıq. O,Xocalı hava limanının komendantı idi. Sağ galan qadınların üz-gözü kol-kosa ilişib cızılmışdı. Ağdam hospitalında çoxunun ayaqları kəsildi. Onların bəziləriŞüvəlandakı, Pirşağıdakı sanatoriyalarda məskunlaşıb.

Muzeyin əməkdaşları xocalıların Bakı ətrafında yerləşən düşərgələrini bir-bir gəzdiyimi, hamısı ilə tək-tək görüşüb söhbətləşdiyimi bilirdilər. Seyidağa müəllim danışdıqca, onlardan eşitdiyim hadisələr kino lenti kimi gözümün önündə yenidən canlanırdı.

-         Allahverdinin Vitaliklə razılaşmasına əsasən, sağ qalan qadınların bir hissəsi azad olunmuşdu. İndi Naftalan sanatoriyasında çalışan Məmməd həkim o vaxt Xocalı xəstəxanasında işləyirdi.  O danışırdı ki, faciə günü gizlənibmiş. Ermənilər qadınları, qızları mühasirəyə almışdılar. Onların saçlarından tutub sürüyür, avtomatın qundağı ilə başlarınavururdular. Üz-gözləri qan içində idi. Məmməd həkim dözə bilməyibgizləndiyiyerdən çıxıb.Əsir qadınlara qoşulub ki, onlara tibbi yardım göstərə bilsin.Ermənilər bir ananın iki azyaşlı oğlunun başını həlak olmuş döyüşçülərinin qəbri üstündə kəsmişdilər. Sonra Məmmədə deyiblər ki, çıx, səni öldürməyə aparırıq. Bu vaxt Qızıl Xaç Cəmiyyətinn nümayəndələri gəlib və onları alıb geri qaytarıb. Məmməd həkimin kişi kimi etdiyi bu qəhrəmanlığın əvəzini Allah ödədi, onu xilas elədi.Sonradan ümummilli liderimiz Heydər Əliyev onu“Şöhrət ordeni” ilə təltif etdi.

Seyidağa müəllim danışdıqlarından qat-qat çox şey görmüşdü, eşitmişdi, bilirdi. Vaxt da az idi və bu faciə bir müsahibəyə sığacaq deyildi. Mənsə onun hər sözünə, hətta xocalıların dilindən eşitdiyim hadisələrə belə, sanki ilk dəfə dinləyirmişəm kimi, kirimişcə qulaq vermişdim.

-      Qızım, mən orda stresdən şəkər xəstəliyi tapdım. Qorxaq adam deyiləm, məni tanıyanlar tanıyır. Amma kömək edə bilməmək hissi çox ağırdı. Ağdama kömək etməyə belnən, kürəknən  də olsa,heç olmasa, beş milyon adam gəlməliydi, amma heç kim gəlmədi.

Bu yerdə müdaxilə etməkdən özümü saxlaya bilmədim. Yadıma düşdü ki, Xocalı sakinlərindən bəziləri hadisənin baş verməsində həm də Ağdam döyüşçülərini qınayırdı. Deyəsən,döyüşçülər, xocalılarıinandırmışdılar ki, onlara kömək göndəriləcək.Buna görə də, əhali Xocalını tərk etməmişdi. Bu ittihamın nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirməli idim.

-      Mən ancaq gözümlə gördüyümü fakt sayıram, – dedi Seyidağa müəllim. -- Bu sözü demək ayıb olar. Bütün Ağdam ayaq üstə idi. Xocalıdangələn axın-axın adamlarıAğdam camaatı qəbul elədi. Adamları yedirtmək üçün nə qədər mal, qoyun kəsildi. Dövlət rəhbərliyindən heç kim yox idi, bir manat yardım gəlmirdi. Dövlət komissiyası belə. yaradılmamışdı. Bu, xalqın faciəsi idi. Kim ağdamlıları bu məsələdə ittiham eləsə, cavab ver ki, mən elə kişini danışdırmışam, o, səksən səkkizinci ildən dağlardadı...

-       

-      Şuşanı görməmisən?

-      Xeyr!

-      Qubadlını, Zəngilanı?

-      Yox! Bircə Ağdamda olmuşam.

-      Ermənistanla sərhəd olan bütün rayonları qarış-qarış gəzmişəm.Azərbaycan xalqı böyük bir faciə yaşayıb. Biz hələ müharibəni bitirməmişik. Bəzən deyirlər ki, Birinci Qarabağ müharibəsi belə gəldi, İkinci Qarabağ müharibəsi belə getdi. Birinci Qarabağ müharibəsi nə vaxt bitdi ki, ikincisi başlasın? Mənimlə çox adam üz-üzə gələ bilmir. Mənim çəkdiyim videoçarxlar faktdır. Mən sizə də o videoları diskdə verəcəyəm. Özünüz görəcəksiniz ki, Ağdam camaatı Xocalıdan gələnləri qollarında necə aparırdı.

Məsələyə aydınlıq gətirmək lazım idi. Axı söhbət Ağdam camaatının kömək etməyindən getmirdi. Onlardan 7-dən 70-ə qədər Xocalının bütün sağ qalmış əhalisi razı idi. Elə şəhid ruhları da. Doğrudan da. ağdamlıların əziyyəti, zəhməti misilsizdi.

-      Adilin, Elmanın batalyonu sona qədər vuruşdu. Ermənilər Avropa televiziyalarına xəbəryaymışdılar ki, biz xocalılara yol vermişdik. Yol isə yox idi, yalan deyirdilər. Mən orda yol görmədim. Ağdamda hərbi hissə yox idi, beş özünümüdafiə batalyonu var idi. Ona görə də, heç kim deyə bilməzdi ki, Ağdamdan bizə kömək niyə gəlmədi. Xocalı faciəsiartıq planlaşdırılmışdı, amma biz ondan, hamı kimi, son gün xəbər tutduq. Bizimkilərdə isə on nəfərə bir qumbara, barmaqsayı silah var idi.Mən çox şey deyə bilərəm, amma Allah var axı, gərək gördüyünü deyəsən.

İstiqlal Muzeyində qorunan bu kamerailə Seyidağa müəllimZəngilanı, Qubadlını, Şuşanı çəkib. Bir məqama da aydınlıq gətirməli idim: Xocalıdakı cəsədlərə bir neçə gün sonra işgəncələr verilməsi ilə bağlı xəbərlər yayılmışdı. Hərə bir söz deyir. Seyidağa müəllimdən başqa, ən doğrusunu kim biləbilər ki?

-      Bu yalandı, qızım. Mən hadisəni çəkən ilk reportyor kimi deyirəm ki, artıq o işgəncələr cəsədlərə olunmuşdu. Kiminin beyninin dərisi çıxarılmışdı, kimin qulağı, burnu kəsilmişdi. Bunları polkun Suriyadan olan əslən erməni mənşəli hərbçiləri eləmişdi.

Seyidağa müəllim deyəndə ki, mənə hadisələri araşdırmaq üçün kitablar verəcək, yadıma düşdü ki, özünün xatirələrini yazıb-yazmadığını soruşmaq lazımdır.

-      Kameranı qoyub özümü çəkirəm, yazmağa səbrim yoxdur. Gah özümü nədəsə ittiham edirəm, gah kiməsə əsəbiləşib nəyə görəsə qınayıram. Axı, kameradan savayı yanımda heç kim olmur. HərdənYusif, Allahverdi,Ramiz yuxuma girir. Deyirlər, Seyid,niyə gəlib bizi görmürsən? Onda ayılıram ki, qızım məni çağırır ki, ata, yastığın bütün sudu. Yuxuda o qədər ağlayıram ki...

 

Axırda özümü saxlaya bilmirəm. Daha dişimi-dişimə sıxmaq da köməyimə çatmırdı. Bu vaxt Seyidağa müəllim yanındakı stulun üstündəki sellofan torbanı masanın üstünə qoyur. Onların içində kökələr, qoğallar var idi. Mən tələsik sağollaşıb qapıdan çıxmaq istəyəndə, Seyidağa müəllim oturduğu yerdən qalxıb qapının qabağında dayandı. Ayağındakı qəlpələr bir həftə qabaq çıxarılmışdı. Onun aldığıkökələrigötürməmək üçün pəncərədən də düşərdim. Amma onun yaralı ayağını çəkə-çəkə gəlib qapının dəstəyini tutmasının qarşısında aciz idim. Allah-billahla bir qoğal, bir kökə götürdüm. Başımı qaldırmadan sağollaşdım ki, yaş gözümdən çıxmamış özümü qapıdan bayıra ata bilim. Bu adamlar çörək qədər müqəddəs idilər. Biz onsuz da onların qoruduğu torpağın çörəyini yeyirik. Axı, biz onların evinə əlimizdə şəkərbura, paxlava dolu çanta ilə girməli idik. Muzeydən redaksiyaya necə gəldiyimi bilmədim. Bunları kimə verim, hara qoyum,- deyə fikirləşdim. Yolumun üstündəki parkda,kölgəlikdə oturan yaşlı qadının yanındakı uşaq mənə tərəf diyirlənən topunun dalınca qaçırdı. Nənəsindən icazə alıb, kökələri ona uzatdım. Qoğal bir dişləkdən sonra, yem axtaran göyərçinlərə sarı diyirləndi. Yəqin, dəniz tərəfdən idi, sərin meh əsdi. Bu ölkədə bu torpağı qoruyan adamların çörəyini yeməyə körpələrlə quşlardan başqa heç kimin haqqı yoxdur!

Feyziyyə


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM