Bakıda restoranlardan birində dava düşüb. Strategiya.az-ın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, insident Xətai rayonu ərazisindəki restoranların birində yaşanıb.

Şəxsiyyəti məlum olmayan şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Mehman Mustafayevi döyüb.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Rəfayel Hüseynov saxlanılıb.

Saxlanılarkən onun üzərində aşkarlanan idman tapançası götürülüb.