Xalq artistinin nəvəsindən tərbiyəsizlik — FOTOFAKT (18+)

11:10 / 14.08.2015

Ötən gün saytımızda Gəncə Dövlət Dram Teatrı barədə dərc olunmuş yazı böyük səs-küyə səbəb olub.

Belə ki, sözügedən mədəniyyət ocağının aktyor və aktrisaları sosial şəbəkələrdə xəbəri müzakirə ediblər. Nə qədər qəribə görünsə də, mədəniyyət işçiləri mədəniyyətə sığmayan ifadələr işlədiblər. Məsələn, teatrın aktyoru (halbuki aktyorluq təhsili yoxdur) Samir Abbasov (Həm də Gəncə Teatrının və Azərbaycan aktyorluq sənətinin əfsanələrindən olan mərhum xalq artisti Ələddin Abbasovun nəvəsidir) truppa müdiri Yusif Cəfərovun "Darıxma qardaş, məsələ kimin yazdığında deyil, bu yalan məlumatı verən şərəfsizdədi. Onu da aşkar edəcəm" statusuna çox biabırçı və etikadan kənar bir cavab yazıb: "Tülkü deyil, tülkü yaxşıdı, fahişənin balasıdı".

Elnur Axundovun statusunda isə Samir Abbasovun əmisi (Aydın Abbasov) oğlu Elnur Abbasov daha bir qeyri-etik şərh yazıb:

"Ayağa qalxanın da ölüsünü, dirisini, özündən çıxardanın da gəlmişini-keçmişini bütün kollektiv qarşılasın"Eyaga qalxaninda olusunu dirisini ozuneb cixardaninda qelmiwibi kecmiwini butun kallektiv qarwilasin .
Bu arada qeyd etmək yerinə düşər ki, Elnur Abbasovun atası Aydın Abbasov da sözügedən teatrda işıq sexinin müdiridir.

Qəribədir ki, digər statusların əksəriyyəti də təxminən eyni məzmunda olub. Teatr işçiləri əməkdaşımız İntiqam Valehoğlunun və saytın ünvanına xoşagəlməz sözlər yazıblar.

Gəncə Dövlət Dram Teatrının HT-nin sədri və quruluşçu rejissoru Elşad Əhmədov isə təkzib verilərək üzr istənilməsini tələb edib. Yeri gəlmişkən, quruluşçu rejissor Elşad Əhmədovun rejissor təhsili yoxdur.

Xatırladaq ki, Gəncə Dövlət Dram Teatrında məvaciblə bağlı yaranmış problemlərdən bəhs olunurdu. Teatrdakı mənbə əməkdaşımızla söhbətində bunları deyib:

"İki il əvvələ qədər maaşlarımızı teatrın mühasibatlığından alırdıq. Sonradan kart sisteminə keçildi və "Zaminbank"dan almağa başladıq. Ancaq bu bankın da Gəncədə yalnız bir bankomantı (Sabir küçəsində) var ki, o da nadir hallarda işləyir. Belə olan halda maaşlarımızı bankomatdan 3-4 aydan bir ala bilirdik. Yalnız şəxsiyyət vəsiqəsilə bankın kassasına yaxınlaşandan sonra pulumuza ala bilərdik".

Mənbə bildirirdi ki, ötən qış teatrın direktoru Əli Qasımovun evindən oğurluq olur və məhz bu hadisədən sonra aktyorlar yenidən maaşlarını mühasibatlıqdan almağa başlayırlar:

"Deyilənə görə, həmin vaxt direktorun evindən 30 min pul, 30 min manat dəyərində zinət əşyaları və 40-a yaxın bankomant kartı oğurlanmışdı. Həmin bu kartlar teatrda adı gedib özü olmayan "ölülər"in kartları idi. Ona görə də Əli Qasımov səsini çıxara bilmədi. Elə həmin aydan əməkhaqlarımız yenidən mühasibatlıqdan verilməyə başladı".

Qeyd olunurdu ki, yeni teatr mövsümündən aktyorlar maaşlarını yenə də bankomatdan ala biləcəklər. Amma bu dəfə başqa bir bankdan:

"Mühasib deyir ki, çox əziyyət çəkirdiniz, ona görə belə lazım bildik. Amma bu dəfə maaşlarımızı Beynəlxalq Bankdan alacağıq. Səbəb odur ki, oğurlanmış 40 kartı "Zaminbank"da bərpa etmək olmaz. Yəni direktor işin üstünün açılmaması üçün bu addımı atır. Çünki sual oluna bilər ki, eyni vaxtda 40 işçinin kartı necə itə bilər?"

Mövzunu davam etdirəcəyik.

Ölkə.Az

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM