"Milli təhlükəsizlik və hərbi sirlərin qorunması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsinin yekunlarına həsr olunan təqdimat mərasimi

20:09 / 14.08.2015

Strategiya.az xəbər verir ki, bu gün Müvəkkil Hüquq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  həyata keçirilən "Milli təhlükəsizlik və hərbi sirlərin qorunması üzrə təşəbbüslərin dəstəklənməsi"  layihəsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçirib.
 
Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Səməd Vəkilov bildirib ki,layihənin əsas məqsədi  KİV-də  və vətəndaşlar arasında milli təhlükəsizlik və hərbi sirlərin qorunması üzrə maarifləndirmə işinin təşkil olunmasıdır.
 
Bu baxımdan  media nümayəndələri  və  sadə vətəndaşlar ölkəmizin müharibə şəraitində, ərazilərimizin 20%-nin işğal altında olmasını nəzərə alaraq, milli təhlükəsizlik və hərbi sirlər ilə bağlı məsələlərdə diqqətli olmasını qeyd edən təşkilat rəhbəri qeyd edib ki, ötən ilin sonlarında və bu ilin son aylarında cəbhə bölgəsində vəziyyətin gərginləşməsi zəminində cərəyan edən proseslər respublikada bir çox kütləvi informasiya vasitələrinin - xüsusən də elektron medianın ekstremal şəraitdə informasiya siyasətinə hazır olmadığın göstərdi.
 
S.Vəkilovun sözlərinə görə, həyata keçirilən layihə çərçivəsində www.muvekkil.az  saytındamilli təhlükəsizlik və hərbi sirlərin qorunması ilə bağlı qanunvericilik bazası yaradılıb. Bazaya daxil olan qanunlar haqqında onların əsas müddəalarını əks etdirən xülasələr hazırlanıb.
Eyni zamanda müxtəlif eksperlərin məqalələri toplanaraq bazaya yerləşdirilib. Bundan başqa milli təhlükəsizlik və hərbi sirlərin qorunması ilə bağlı xəbərlər də bazaya daxil edilib.
 
Layihə çərçivəsində aparılan monitorinq onu göstərir ki, hal-hazırda istər sosial şəbəkələrdə, istərsə də elektron mediada milli təhlükəsizlik və hərbi sirlərin qorunması ilə bağlı hər hansı mənəvi və etik normaların gözlənilməsi mövcud deyil. Bu normaların qəbulu və işlək mexanizmə çevirilməsi üçün səlahiyyətli dövlət qurumları ilə jurnalistlərin təmsil olunduğu ictimai təşkilatların birgə çalışması vacibdir.
Bu qaydalar hər hansı hüquqi cəza və məhkəmə yolu ilə deyil, humanitar istiqamətdə formalaşdırılmalıdır ki, söz və mətbuat azadlığı, eyni zamanda vətəndaş cəmiyətinin inkişafına maneə yaranmasın.
 
Bu baxımdan Müvəkkil Hüquq Mərkəzi hesab edir ki, həmin tərəfdaş qruplar tərəfindən hərbi sirlərin yayılması ilə bağlı xüsusi kriteriyalar müəyyənləşməlidir. Bu kriteriyalar dövlət orqanlarının təklifi ilə, jurnalist təşkilatları, redaktorlar və ziyalıların birgəkonsesusuəsasında qəbul edilməlidir.
Bu kriteriyaların hazırlanması zamanı mütləq formada  informasiyanın çatdırılması vaxtı həm söz və mətbuat azadlığı təmin olunması, həm də hərbi sirlərin yayılmasının aradan qaldırılması nəzərdə tutulmalıdır.
 
Layihənin təqdimatından sonra mövzü ilə bağlı müzakirələr aparılıb.
 
Tədbirdə çıxış edənBeynəlxalq Avrasiya Mətbuat Fondunun sədr müavini Ramil Əzizov bildirib ki, gələcəkdə maarifləndirmə üzrə fəaliyyət regionlarda inkişaf etdirilməlidir. Qaziler.az saytının rəhbəri Rey Kərimoğlu I Qarabağ müharibəsi zamanı hər hansı kəşfiyyat məlumatını əldə etmək üçün 7-8 kəşfiyyatçının  günlərlə fəaliyyət göstərdiyini bildirdi. İndi isə,  biz həmin kəşfiyyat məlumatlarını düşmənə sosial şəbəkələrin köməkliyi ilə ötürürük.
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifovanın fikrincə, bu istiqamətdə güclü təbliğat aparılmalıdır ki, vətəndaşlar məsələnin ciddiliyini başa düşün. Əsasən də bu təbliğat orta məktəbdən başlamalıdır.
 
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov layihənin gələcəkdə inkişaf edərərk bu sahə ilə bağlı xüsusi Mərkəzin yaradılması zərurətindən danışdı.
 
Hüquqşünas Əkbər Bağırov jurnalistikada ixtisaslaşma labudlüyünü qeyd edərək, bu baxımdan hərbi jurnalistikanın inkişafı ilə bu sahədə problemlərin aradan qaldırılmasının  mümkünlüyünü qeyd etdi.
 
Tədbir iştirakçılarından İnqilab Şirinbəyli,  Gülər Qasımova , Tokay Bayramov, Mübariz Priyev, Səbinə Novruzzadə, Əli Fərhadov, Samir Pənaliyev, Aysəba Mirzəyeva mövzü ilə bağlı təkliflərlə çıxış etdilər.
 
Bu təkliflər sırasında sosial çarx çəkilişi, orta məktəblərdə maarifləndirmə işinin təşklii, qanunların sərtləşdirilməsi və işlək mexanizmə çevrilməsi, TV-lərin bi istiqamətdə fəaliyyətinin genişləndirilməsi və s. səsləndi.
 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM