Azərbaycanlı oliqarxın oğlu beynəlxalq axtarışa verildi

22:47 / 14.08.2015

“AzMeCo” metanol zavodunu inşa edən və Britaniyanın keçmiş baş naziri Toni BleyeriBakıya gətirən iş adamı kimi tanınan Nizami Piriyevin oğlu Nəsib Piriyev Azərbaycan Beynəlxalq Bankı ətrafında davam edən istintaq çərçivəsində axtarışa verilib.

Bu barədə hüquq-mühafizə orqanlarından APA-ya bildiriblər.

Nizami Piriyevin vəkili Kamandar Nəsibov virtualaz.org saytına Nəsib Piriyevin beynəlxalq axtarışa verildiyini təsdiqləyib.

Nəsib Piriyev “Azerbaijan Consulting Group”, “PNN Group” və bir sıra başqa şirkətlərin sahibidir. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarışa verilib. N.Piriyevin xarici ölkələrdən birində olduğu, dəfələrlə istintaqa çağırılmağına baxmayaraq ölkəyə qayıtmadığı bildirilir.

Xatırladaq ki, Nizami Piriyevin "PNN Group" şirkəti Azərbaycan Beynəlxalq Bankından 500 milyon dollara yaxın kredit götürüb. Bu kredit Bakının Qaradağ rayonunda “AzMeCo” metanol zavodunun tikintisinə sərf edilib. Lakin zavod qısa müddət fəaliyyət göstərdikdən sonra bu ilin əvvəllərində əsas xammal-təbii qaz olmaması üzündən dayanıb.

Daha sonra Beynəlxalq Bankdan kredit götürən oliqarxların həbsi kampaniyası çərçivəsində Nizami Piriyev də həbs edilərək DİN Baş Mütəşəkki Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Məhkəmə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Bu ilin mayında SOCAR Piriyevin zavodunun işə salınmasına və Rusiyadan zavoda qaz alınmasına, onun borclarının qaytarılacağına təminat verəndən, illik faiz borcu olaraq 50 milyon dolları ödəyəndən sonra iş adamı həbsdən buraxılıb. İyun ayında metanol zavodu işini bərpa edib və 14 milyon dollarlıq metanol istehsal edərək satıb. Habelə SOCAR “Qazprom”la zavodun təbii qazla təminatına dair razılaşma əldə edib.



Bəs Piriyevin oğlunun bu anlaşmadan sonra axtarışa verilməsi anlaşmanın pozulması deməkdirmi?

Vəkil Kamandar Nəsibov virtualaz.org saytına bildirib ki, Nəsib Piriyev metanol zavodu üçün götürülmüş kreditə görə yox, tamam ayrı məsələyə görə beynəlxalq axtarışa verilib.

Vəkilin bildirdiyinə görə, Nəsib Piriyev sahibi olduğu “Azerbaijan Consulting Group” (ACG) şirkətinin adına Beynəlxalq Bankdan 170 milyon dollar kredit götürüb və məhz bu kreditə görə beynəlxalq axtarışa verilib. Həmin şirkətin icraçı direktoru Elxan Yavuz isə 3 aydan çoxdur bu iş üzrə həbsdədir və “Bandotdel”də saxlanılır. Nəsib Piriyevin isə hazırda Londonda olduğu bildirilir.

Kamandar Nəsibov onu da deyib ki, Nizami Piriyev oğlunun Beynəlxalq Bankdan götürdüyü kreditlə heç bir əlaqəsinin olmadığını, onun öz biznes fəaliyyətində tam müstəqil olduğunu bildirir.

Xatırladaq ki, atası həbs olunanda N.Piriyev London qiymətli kağızlar birjasına "PNN Group" şirkətinin adından 1 milyard dollarlıq bond buraxdığını elan etmişdi. Daha sonra məlum olmuşdu ki, bu məlumat qondarmadır və heç bir bond buraxılmayıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM