Kasıb ailənin uşağı "Google" şirkətinin rəhbəri oldu

10:57 / 16.08.2015

Sundar Pichainin Hindistandakı uşaqlıq xatirələri arasında valideynlərindən birinin qan analizinin nəticəsini alması xüsusi yer tutur.

1980-ci illərin əvvəlləri idi. Sundarın ailəsi orta təbəqəyə aid hindistanlıların məhəlləsində yaşayırdı. Ancaq onların nə maşını, nə televizoru, nə də telefonu vardı. Buna görə də analizin nəticəsini götürmək üçün xəstəxanaya getməkdən başqa çarə yox idi.

Sundar avtobusla iki saat yarım yol getməli, xəstəxanaya çatdıqdan sonra uzun növbədə dayanmalı, nəticələrin hələ hazır olmadığını öyrəndikdə isə uzun-uzadı həmin yolu əliboş qayıtmalı olurdu.

Beləliklə, çətin şəraitdə böyüyən Sundar Hindistanın Texnologiya İnstitutuna daxil olur. Sonra Stenford Universitetində təhsil almaq üçün təqaüd qazanır. Ali təhsilini bitirib Silikon Vadisində "Applied Materials", daha sonra isə "Google" şirkətində işə başlayır. "Google"da o, internet-brauzerlərin yuxarı hissəsində "toolbar" adlandırılan alətlər paneli üzərində işləyir.

Bu, 10 il əvvəl olub. Bu gün isə 43 yaşlı Sundar Pichai "Google"un baş icraçı direktorudur. Axtarış nəhənginin təsisçiləri Larri Peyc və Sergey Brin avqustun 10-da "Alphabet" adlı yeni holdinq yaratdıqlarını elan etdi. Bundan sonra bu holdinqin əsas sütunu olan "Google"a özlərinin ən etibarlı davamçısı saydıqları Sundar Pichaini təyin etdilər.

Hindistanda çətin uşaqlıq illəri yaşamış Sundar üçün əsl çətinlik bundan sonra başlayır. Elektron ticarətdə sürətlə inkişaf edən amazon.com-la, bulud texnologiyası sahəsində "Microsoft" kimi nəhənglə, sosial şəbəkədə Facebook kimi rəqiblə mübarizə aparmaq heç də asan deyil.

"Axtarış sistemində artımın yavaşıdığı bir vaxtda əsas məsələ şirkətin gəlirliyini qoruyub saxlaya bilməkdir. Bazarın 90 faizinə yiyələndikdən sonra bundan da artıq böyümək olduqca müşkül məsələdir" - "Pivotal Research Group LLC" şirkətinin baş tədqiqatçısı Brayan Uayser belə deyir.

Sundar Pichainin "Google"un baş icraçı direktoru (CEO) olması hind mənşəli şəxsin texnologiya sahəsində ilk belə yüksək təyinatı deyil. 2014-cü ildə Satya Nadella "Microsoft" korporasiyasının, bu ilin iyununda isə George Kurian "NetApp" şirkətinin CEO-su təyin olunub. Kurianın əkiz qardaşı Tomas Kurian "Oracle" korporasiyasında məhsul inkişafı üzrə prezident, Shantanu Narayen isə "Adobe Systems"də CEO-dur.

Sundar Pichaiyə gəldikdə isə o, "Google"un rəhbər işçiləri arasında ən qabiliyyətlilərdən biri olub. "Chrome" brauzeri, "Android" əməliyyat sistemi onun birbaşa rəhbərliyi və nəzarəti sayəsində ərsəyə gəlib. "YouTube" istisna olmaqla "Google"un son illər çıxmış bütün məhsulları onun əməyi sayıla bilər. O, istər şirkət daxilində, istərsə də media ilə münasibətlərdə çox üzüyola insan kimi tanınıb. O, "Google"un məhsulları və biznesi barədə ensiklopedik biliyə də malikdir.

Sundar Pichai deyir ki, dəyişiklik daim baş verir. Ya bu dəyişikliyə ayaq uydurub önündə getməklə ona yön verəcəksən, ya da sənin əvəzinə bunu başqa birisi edəcək... ("Azadlıq" radiosu).


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM