O, öz xalqına nifrət edir...

12:21 / 16.08.2015

O, öz xalqına nifrət edir, Azərbaycan dilini isə söyüş söymək üçün vasitə hesab edir. Bu şəxs daim antimilli davranışları ilə diqqət çəkən Leyla Yunusdur. O, özü də etiraf edib ki, Azərbaycan dilində yalnız söyməyi bacarır. Bunlar azmış kimi adını "hüquq müdafiəçisi" qoyan Leyla Yunus dələduzluq və cinayət əməlləri törətməkdən də çəkinməyib. Bunu "hüquq müdafiəçisi" Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun məhkəməsi də sübuta yetirdi.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm elan olunub. Məhkəmənin hökmü ilə Leyla Yunus Cinayət Məcəlləsinin (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), (Qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), (Vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinərək 8 il 6 ay, Arif Yunus isə CM-in (Dələduzluq) maddəsi ilə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan məhkəməsinin Leyla və Arif Yunus barəsindəki qərarı ədalətli, bir daha hər kəsin qanun qarşısında məsuliyyət daşımasının təsdiqidir. Leyla və Arif Yunus antimilli və cinayətkar fəaliyyətlərinin acı nəticələrini yaşayırlar və tam qanunauyğun şəkildə cəzalandırılıblar. Amma içimizdəki antiazərbaycançı şəbəkənin bəzi üzdəniraq əlaltıları Leyla Yunusun müdafiəsinə qalxıb, erməni lobbisinə dəstək verirlər. Ancaq bu dəstək heç də onların Leyla Yunusa olan rəğbətlərindən irəli gəlmir. Məqsəd aydındır: Leyla Yunusun adından istifadə edib beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirməyə, onların maraqlarına xidmət etməyə, Azərbaycanın əleyhinə olan qurumlardan maliyyə və müəyyən dəstək qazanmağa çalışırlar. Bunlar danılmaz və sübuta yetirilməsinə ciddi ehtiyac olmayan faktlardır. Hər zaman Leyla və Arif Yunusları öz şəxsi, çılız, dar və  korporativ mənfəətləri düşündürüb. Onlar bu hərisliklərinə görə  Azərbaycanın milli maraqlarını qurban veriblər.
Fəaliyyətinin bütün dövrlərində antimilli, antiazərbaycan mövqeyi ilə tanınan L.Yunusu müdafiə edənlərə sual olunur: siz kimi müdafiə edirsiniz? Müdafiə Nazirliyinin cəbhəyə göndəriləcək qida məhsullarını bazara çıxararaq satan və bundan əldə etdiyi vəsaiti Almaniyadakı bank hesabına köçürən Leyla Yunusumu? Yoxsa, onun erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 (əlli min) avro məbləğində iki dəfə aldığı qrantda sizin də payınız olub? Hələ "xidmətləri"nin müqabilində aldığı külli miqdarda vəsait hesabına Türkiyədə, Çexiyada mülklər, obyektlər aldığını, yüksək qrantları mənimsədiyini demirik. Vaxtilə Rəhim Qazıyevin dostu kimi "toxunulmazlıq immuniteti" qazanan bu qadın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürməsi və bunun müqabilində külli miqdarda pul əldə etməsi də heç kəsə sirr deyil.
Bir neçə il əvvəl  Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın "Region" Araşdırma Mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu ( rəhbəri Leyla Yunus) tərəfindən yeni layihə həyata keçirilməyə başlanmışdı. Layihə çərçivəsində publicdialogues.info (ictimai dialoqlar) adlı sayt yaradılmış və fəaliyyət göstərmişdir. Sayt fəaliyyətə başlayan kimi Leyla Yunusun himayədarlıq etdiyi azərbaycanlı və erməni jurnalistlər "İrs" partiyasının sədri Raffi Ovannisyandan müsahibə almışdılar. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini "Dağlıq Qarabağ Respublikası", "müstəqil dövlət" kimi təqdim etmişdir.
Buradan aydın olur ki, Leyla Yunus heç vaxt Azərbaycan xalqına bağlı olmayıb. O hər zaman antimilli, ermənipərəst dairələrin yanında yer alıb. Bunlar azmış kimi, həyat yoldaşı Arif Yunusla əlbir olaraq külli miqdarda vəsaiti mənimsəməklə dövlətə vergi verməkdən də yayınıblar. Təbii ki, bir gün bunun haqq-hesabı sorulmalı və bu əməllərinə görə Yunuslar cavab verməli idilər.
Nəhayət, onlar məhkəmənin qanuni hökmü ilə layiqli cəzalarını və cavablarını aldılar. Hüquq müdafiəçisi adı ilə maskalanmış Leyla və Arif  Yunusların antimilli, antiazərbaycan təbliğatları, erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat törətmək, qarşıdurma yaratmaq cəhdləri, dələduzluqları və Vətənə xəyanət əməlləri uzun müddət davam edə bilməzdi.
İstintaq və  məhkəmə prosesində tez-tez özündən gedən, yaxud da hüquq-mühafizə orqanı əməkdaşlarına qarşı etikadan kənar hərəkətlər edən Leyla və Arif Yunuslar daim yerli və xarici həkimlərin nəzarətində olublar və onlarda heç bir ciddi xəstəlik aşkarlanmayıb. Görünür, əslində xəstəlik onların bədən üzvlərində yox, bütün varlıqlarında, ruhlarındadır.
Odur ki, indi kimlərinsə bu məsələ ətrafında şou düzəltməsinə heç bir əsas yoxdur.
 "Azərbaycan" qəzeti


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM