DİNOZAVRLARSIZ İNSANLAR

09:40 / 19.02.2014

Marius adlı zürafənin Kopenhagen zooparkında öldürülməsi dünyanın informasiya vasitələrində əsil şok doğurdu.Qəmginlik, təəccüb və nifrətlə müşaiyyət olunan bu hadisə 21-ci əsr Avropasının mənəvi varlığı üzərində Linç məhkəməsi qurmağa imkan verən hadisədir.Doğrudanmı,cəmi yaş yarımlıq canlının məhvi qaçılmaz idi və həyata keçirilmiş vandalizmi əsaslandırmaq üçün quru qanunların,qaydaların hərfi mənasına söykənib mütləq əsil qəddarlıq nümayiş etdirilməliydi?

Əvvəlcə məsələnin faktoloji tərəfi haqda.Marius ölüm ayına çatana qədər heyvanxananın Administrasiyası bütün Danimarkaya sorğu göndərir ki,ona tərəf müqabili tapmaqda yardımçı olsunlar və nəzərə alsınlar ki,vaxtilə yalız ana təbiətin övladı olan belə məxluqların törənməsi indi yalnız alimlərin hesabına mümkün olur.Yəni,onun gen quruluşuna uyğun populyasiya tapılmasa heyvan yalnızlığa məhkumdur.Axtarışlar uğurla nəticələnmir,çünki bəlli olur ki,əksər növlər onun qan qrupuna yaxındır və əgər Marius öz həyat cütünü tapsa,onda meydana gələn yeni balalar onları törədənlərin müxtəlif xəstəliklərini orqanizmllərində daşımalı olacaqlar.Buna isə qəti yol vermək olmaz.

Bəs quruluşuna,məğrurluğuna görə əsil canlı mənzərə olan bu heyrətamiz varlığı açıb buraxmaq,ona azadlıq vermək mümkün deyildimi? Kopenhagenli qəlb zooloqları buna da razı olmayıblar.Gətirilən dəlillər sevginin mümkünsüzlüyü və ölümün qaçılmazlığı barədəki həyat hökmlərini xatırladır.Sən demə,heyvanın qətli onun müstəsna genə sahib olduğu üçün ən ideal çıxış yolu,hətta xeyrinə çıxarılan verdikt imiş.
Qanlı əməliyyatın yerinə yetildiyi səhnələr Dostoyevskinin həyat uğrunda amansız çarpışma verən qəhrəmanların dramasını xatırladır.Mariusu xüsusi inşaat pistoleti ilə qətlə yetirliblər ki,onun orqanları növbəti tədqiqatlar üçün yararlı olsun.Üstəlik,başqa canlılar məzlum körpə heyvanın ətini delikates kimi qəbul edə bilsinlər.

Avropa az qala insan haqlarına bərabər tutduğu dilsiz-ağızsız məxluqların üzərində aparılan vəhşilikləri pisləyərkən özünü mənəvi ucalıqda tutmağa çalışır,bütün canlıların,hətta yaşıl aləmin hamisi kimi çıxış edirdi.Laborator təcrübi vasitəyə çevrilmiş hər bir individin insanlığın xilası üçün qurbanlıq edilməsi erası başa çatmadımı?

Soyqırıma məruz qalan və məşəqqətli ov iştahasının hədəfi olan belə canlıların qanı əslində yerdə qalmır.Onların xəz dərilərinə bürünən dünya dərin bir böhran içərisində inildəyir.

Hitlerin faşizmi belə əxlaq və ideologiya üzərində kök salmamışdımı?Yeni bir irq yaradacağı iddiiası ilə bəşəriyyət üzərində oynanılan qanlı səhnələr yaddaşlardan nəinki silinməyib,belə görünür ki,Koopenhagen qəssablarının sayəsində uğurla davam edir.Tarix təkrarlanır və hamını ağuşuna alan ölüm çarxının bıçağından heç kəs xilas ola bilmir.Osvensemdə hər gün peçə qalanan adamları və əsirlərin tonqalında qızınan esesçiləri unutmamısız ki?Monqol tatarlar hökmdarların buyruqlarından yan keçib bəzən gözə mil soxmaq,müxtəlif bədən orqanlarını kəsib götürmək kimi cəzalardan vaz keçir,gizli rəhm nümayiş edirirdilər.21-ci əsrin ekzotik canlılarına qıyarkən isə Avropanın qabaqcıl bir ölkəsi əsil inkivizist ərkan ortaya qoyur.Gen faşizmi buna deyərlər.Hamını tamaşaya çağıran dünyəvi cəlladlar zürafənin orqanlarını ayrı-ayrılıqda seyrçilərə göstərməkdən həzz alırlar.Suriyada din qardaşının ürəyini başı üzərinə qaldıran hannibalların döyüş səhnələri Mariusun qətlindən çoxmu fərqlənir?Belə anatomiya teatrının izləyiciləri arasında azyaşlı uşaqlar yıxlılıb kəsilən o varlıqların yerindədilər.Hələ ki,tamaşa kimi baxdıqları bu mənzərə sabah onların cəsədində təkrarlanacaq.

Nəinki Suriya,eləcə də İrak,Əfqanıstan,Liviya özü boyda zürafədir və hərəkət edən hər bir canlının Avropada qiyməti var.Demokratiya naminə üç ildir ki,meydanlarda qanı tökülən adamların hər birisi potensial donordur.Belə ucuz qan və ürəyi heç Bulqakovun qəhrəmanına da tapmazdılar.Hərdən adama elə gəlir ki,bütün müharibələr insan ətini yemək üçündür.Nə fərqi var,kiminsə cəsədini mədənə atasan,ya da böyrək yerinə bədəninə tikəsən.

Conatan Svift Qulliveri gəmi ilə qəzaya uğradıb atdığı ölkədə onu liliputların mühakiməsinə vermişdi.İndi dünya özü boyda Danimarka qəfəsliyinə çevrilib.Hər gün evlərimizə girən ucuz ölümlər bütün mənəvi dəyərlərini itirmiş hegemoniyanın və bəşəri ağalığın hikkəsi ilə bağlıdır.Ən dəhşətlisi hər şeyin hüquqa və qanunlara istinad edilərək baş verməsidir. İndiyə qədər nə vaxt görmüsüz ki,BMT qərarı ya işğaldan əvvəl,ya da sonra verilməsin?Lakin mariusların nakam taleyində bununla nə dəyişir? Onda Nürnberq məhkəməsini niyə qurmuşdular?Axı orada da bütün qərarlar yuxarıdan gəlmişdi və müqəddəs Roma hüququ ilə milyonların başını üzülmüşdü.Məgər Reyxin sadiq əskərləri yazılmış təlimatlarla hərəkət etmirdilər?

Dünyanın belə səhnələrini müşahidə edərkən tamam sinizmə yuvarlanmış toplumların donuq qəlbini tərpətmək üçün səsi dərin quyu dibindən gələn Herakl yəqin ki,deyərdi-insan özündən güclü nə vardısa,hamısını məhv etdi.Dinozavrlar yoxdur və adamlar boyları onlardan yuxarı olan canlıların sonuna çıxdılar.Qalibin mükafatı isə Mariusdur.Onu aslanların naharın verdilər,bəs özləri kimin yemidir?

Yer üzünün bütün Tək adamları üçün daha bir Tənha rəngli varlığı-müstəsna,fərqli,orijinal məxluqu edam etdilər.Qara boyanın miqyası bir az da artdı.Baxın,hər gün qətl edilən on minlərlə məxluq insan şəklində Marius deyilmi?

Milli Məclisin deputatı,
Zahid Oruc

 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM