Gülər Əhmədova danışdı: "Bu o qədər şəxsi bir məsələdir ki,..."

11:04 / 20.08.2015

 

Sabah keçmiş millət vəkili, psixologiya elmləri namizədi Gülər Əhmədovanın doğum günüdür. Strategiya.az bildirir ki,  Moderator.az - ın əməkdaşı onunla görüşərək bəzi suallara cavab alıb:
 
- Gülər xanım, ad gününüzü təbrik edirik, ad gününüz ərəfəsində özünüzü necə hiss edirsiniz?
 
- Diqqətinizə görə təşəkkür edirəm. Mən də öz tərəfimdən bu günlərdə ad günü olan hər bir kəsi təbrik edirəm. Hamıya can sağlığı, ailə səadəti arzulayıram. Mətbuatı diqqətlə izləyirəm, sizin kimi mənim də diqqətimi bu günlərdə ən çox cəlb edən məsələ gənclər arasında intihar hallarının artmasıdır. Çox böyük təəssüflə həyatla belə asanlıqla vidalaşan bu insanları düşünməyə məcbur oluram. 

- Sizin də həyatınızda çox ağır günlər olub. Heç intihar barədə düşünmüsünüzmü?
 
- Səmimi etiraf etmək istəyirəm ki, əlbəttə ki, düşünmüşəm. Hətta Nailə Mirməmmədli ilə birgə “İntihar” adlı bir mahnı da yazmışdıq. Çox təsirli alındı. Düzdü, heç kimə oxumağa vermədilk, amma bəlkə də verməli idik. Çünki mahnının sonu çox pozitiv bitirdi. 

- İntihar fikrindən necə uzaqlaşa bildiniz? Bu məsələdə köməyinizə kim və ya nə çatdı?
 
- Bu o qədər şəxsi bir məsələdir ki, bunu heç kimlə bölüşmək istəməzdim. Amma bu qədər intihar edən gəncləri gördüyüm üçün onlara, ailələrinə və onları bu dərəcəyə çatdıran insanlara, ümumilikdə cəmiyyətə deyəcəyim fikirlər var. Birincisi, üç uşaq anası olan gənc qadını intihar həddinə çatdıran borc verənlərə kredit borcu üzündən özünü öldürən daha bir gəncin intiharına səbəb olanlara, habelə ailə münaqişəsi ucbatından özünü asan, yandıran gənc qadınların ətrafında olanlara yalnız bir şey demək istəyirəm:  istənilən halda intihar edənlər Allah qarşısında günahkardırlar, amma bunu da bilin ki, bu insanları bu həddə çatdıranlar da günahkardırlar. Mən məsələnin hüquqi  tərəfi barədə danışmıram. Dediklərim yalnız məsələnin insani və bəşəri tərəfləridir. O ki, qaldı mənə, düşdüyüm depressiyadan ailəmin, bacı və qardaşlarımın, dostlarımın sayəsində qurtuldum. Əlbəttə ki, burada psixoloq olmağım da çox böyük önəm daşıyırdı. Həm özümün, həm də psixoloq dostlarımın bu sahədəki bilikləri çox köməyimə çatdı. 

- Psixoloq kimi bu sahədə hər hansı bir araşdırmalarınız varmı?
 
- Bəli, son iki il ərzində bu sahədə xeyli ədəbiyyatı araşdırmışam və demək olar ki, bu sahədə beynəlxalq aləmdə aparılmış bütün tədqiqatlarla yaxından tanış olmuşam. Qeyd etmək istəyirəm ki, ümumiyyətlə intihar hadisəsinin insanın sosial vəziyyəti, yaşı, cinsi ilə birbaşa heç bir əlaqəsi yoxdur. Dünyada ən varlı, həyatda uğur qazanmış insanlar arasında belə intihar etmiş kifayət qədər isim var.Ümumiyyətlə, gənclər arasında ən böyük intihar halları Rusiyada baş verir. Bütün tədqiqatçıların birmənalı fikri ondan ibarətdir ki, intiharın əsas səbəbi müasir dövrün ən böyük nailiyyətləindən sayıla biləcək şəhərləşmə, urbanizasiya faktorudur. Bunu biz öz tariximizlə da təsdiq edə bilərik. Məsələn 1941 - 1945 - ci il tarixlərində insanların maddı vəziyyəti çox pis idi. Lakin buna baxmayaraq, insanlar gələcəyə çox böyük ümidlərlə baxırdılar. Hətta evinə üç qara kağız gəlmiş qadınlar belə intihar haqqında düşünmürdülər. Səbəb isə ondan ibarət idi ki, insanlar kiçik qrup şəklində deyil, böyük qruplar şəklində yaşayırdılar. Hər bir ailədə nənələr, babalar, xalalar, bibilər, əmilər, dayılar, onların övladları, hətta qonşular belə sirdaş və dost idilər. Hər kəs öz ağrı - acısını bölməyə, onu sevən, doğru yola yönəldən, dəstək ola bilən kifayət qədər insan əhatəsində yaşayırdı.
Ümumiyyətlə, intihar Qərb məhsuludur. Biz avropalaşdıqca, müasir dövrün bu elementinin kütləvi halını idxal etdik. Doğrudur, bu o demək deyil ki, keçmişdə və tarixdə intihar hadisələri olmayıb. Amma bu, heç bir halda bu günki kimi “dəb” halını almamışdı. Məsələn, ədəbiyyat tarixindən hamının bildiyi bir faktı yadınıza salmaq istəyirəm. L. Tolstoyun “Anna Karenina” əsərindən sonra qadınlar Kareninanın addımını təkrarlamağa başladılar. Aydındır ki, mətbuatın bu barədə susmasını tələb etmək doğru olmazdı. Mənə belə gəlir ki, ən ideal variant intiharlarla bağlı verilən informasiyalarla paralel intiharın qarşısını kəsə biləcək yazıların, sosial çarxların, psixolqla birbaşa əlaqənin yaradılması düzgün olardı.
 
- Gülər xanım, bir psixoloq kimi bu sahədə hansısa fəaliyyətlə məşğul olmaq fikriniz varmı?
 
- Əlbəttə, mən bu barədə son vaxtlar ciddi düşünməyə başlamışam və bu sahənin mütəxəssisi kimi yəqin ki, fəaliyyət göstərəcəm.  Məncə, internetin imkanlarından istifadə edərək məsləhətlər, depressiyadan qurtulmaın yolları barədə həm valideynləri, həm də gəncləri maarifləndirmək lazımdır. Güman edirəm ki, yaxın dövrlərdə videobloqlar şəklində bu cür söhbətləri yaymaq doğru olardı. Əgər mən, bir nəfərə belə kömək edə bilsəm, bu həm böyük savab, həm də bir alim kimi cəmiyyətə faydalı olmağım üçün böyük bir addım olardı. Çünki hər birimiz bir insan olaraq bir can qutarsaq, bu bəlanın qarşısını kəsə bilərik. Ümumiyyətlə, demək istəyirəm ki, istənilən depressiyadan, çıxılmaz kimi görünən vəziyyətdən hər  zaman çıxış yolu var. Unutmamalıyıq ki, həyatın bütün sınaqları sadəcə bir imtahandır və buna imtahan kimi yanaşmaq lazımdır. Pis günün ömrü az olar deyib atalarımız.

- Sözlərinizdən belə anlaşıldı ki, yaxın vaxtlarda Sizin psixoloq kimi internetdə fəaliyyətinizi izləyə biləcəyik.
 
- Bəli, güman edirəm ki, yaxın vaxtlarda youtube.com – da bir videobloqqer-psixoloq kimi fəaliyyətə inşallah başlayacam.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM