“Nezavisimaya Gazeta”da sifariş əsasında hazırlandığı aydın şəkildə görünən “Колокольни и минареты Карабаха” sərlövhəli məqalədə siyasi, hüquqi, tarixi və dini əsasda saxtakarlığa yol verilib.
Bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın “Nezavisimaya Gazeta” nəşrində Anton Yevstratovun məqaləsinə münasibət bildirərkən deyib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Hikmət Hacıyev bildirib: “Müəllif tərəfindən sifariş əsasında hazırlandığı aydın şəkildə görünən bu məqalədə siyasi, hüquqi, tarixi və dini əsasda saxtakarlığa yol verilib. Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim vardır ki, bu da yalnız işğal və təcavüzün nəticəsidir. İşğal olunmuş ərazilərin əhalisinin 99,9 faizinin eyni dindən olan ermənilərin təşkil etdiyini yazan müəllif əslində yerli azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qaldığını bir daha təsdiq edir. Müəllifə xatırlatmaq istərdik ki, münaqişədən əvvəl - 1988-ci ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin 74 faizini ermənilər, 24 faizini azərbaycanlılar, 2 faizini isə ruslar və digər xalqlar təşkil edirdilər. İndi isə yalnız ermənilərdən ibarət monoetnik tərkibdir”.
H.Hacıyev deyib: “Ermənilər Cənubi Qafqaz regionuna yad və gəlmə olduqları halda, erməni kilsəsinin Qarabağda və indiki Ermənistan ərazisindəki “tarixi” rolundan danışmaq cəfəngiyatdır. Gəncəsar monastırının adını təhrif edərək yazan müəllif çox vacib bir məqamın üstündən ötməyə çalışır. Gəncəsar monastırı sırf “erməni” monastırı kimi yaradılmışdısa, niyə bu məbədi tikdirmiş Həsən Cəlal tikilinin üstündə “mənim alban xalqım” üçün ucaldılmış “Albaniya paytaxt məbədi” yazdırmışdı? Eləcə də Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar. Əsrlər boyu alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsi planlı şəkildə onu özünə tabe etməyə, sonralar isə ləğv etməyə çalışmışdır. Alban yazılı mənbələri 1836-cı ildə rus Sinodunun qərarı ilə alban kilsəsi erməni kilsəsinə tabe ediləndən sonra məhv edilmişdir”.
Bildirilib ki, ümumiyyətlə regionda erməni kilsəsinin rolundan danışan müəllifə elə Çar Rusiyasına qarşı terror siyasəti apardığına görə 1903-cü ildə erməni kilsəsinin əmlakının müsadirə olunması haqqında fərmanı xatırlatmaq yerinə düşər. Müəllif işğal edilmiş ərazilərdə Azərbaycan xalqının İslam dininə aid maddi-mədəni irsini də təhrif edir. Ermənistan ərazisində Azərbaycan xalqına məxsus Dəmirbulaq məscidi tamamilə məhv edilmişdir. Azərbaycanın İslam mədəniyyətinə və memarlığına verdiyi zəngin irsin bir hissəsi olan işğal edilmiş Ağdam rayonundakı Cümə və Şuşadakı Yuxarı Gövharağa məscidləri vandalizmə və təhqirlərə məruz qalmışdır.
Hikmət Hacıyev vurğulayıb ki, məqalədən göründüyü kimi, müəllif Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edərək “Dövlət sərhədi haqqında” Qanunu pozub və ölkəmizin tarixinin sifarişli əsasla saxtalaşdırılması və qondarma rejimin təşviqi ilə məşğuldur. Müvafiq araşdırma aparıldıqdan sonra müəllifin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM