Yay zəhərlənmələr fəslidir. Havalar isti keçdiyi üçün yayda bakteriya və mikroorqanizmlərin inkişafı asanlaşır. Əgər qışda qidaları soyuducudan kənarda bir neçə saat saxlamaq mümkün olursa, yayda bütün qidalar soyuducularda və ya tərkibinə uyğun sərin yerlərdə, anbarlarda, rəflərdə saxlanılmalıdır. Əks halda qidalar, sərinləşdirici içkilər, bütün yeyinti məhsulları keyfiyyətini itirir və insan sağlamlığı üçün təhlükə mənbəyinə çevrilir.
Qida mühəndisi Samir Quliyev bildirir ki, mağazalarda, marketlərdə bütün qidalar (üzərində saxlanma temperaturu yazılır) tərkibinə görə müəyyən dərəcələrdə saxlanılmalıdır. "Yəni qidanın üzərində "6 dərəcədən aşağı temperaturda saxlanmalıdır" yazılıbsa, o qidanı 10-20 dərəcədə saxlamaq qidanın keyfiyyətini itirməsinə səbəb olur. Bəzən marketlərə süd və süd məhsulları, qatılaşdırılmış süd, şokolad yağları, konservlər və ya yarımfabrikatlar soyuducudan kənar rəflərdə saxlanılır. Elə qidalar var ki, 1-2 saat soyuducudan kənarda saxlanılan kimi keyfiyyətini itirir, onun üzərində mikroorqanizmlər inkişaf etməyə başlayır. Bu da potensial zəhərə çevrilir".
Həmsöhbətimizin sözlərinə görə, bu, təkcə qida məhsullarına deyil, sərinləşdirici içkilərə də aiddir. "Bəzən mağazaların qarşısında üst-üstə yığılmış içki qutuları görürük. Günün altında açıq havada qalmış bütün içkilər tərkibini dəyişir, zəhərlənməyə səbəb olur. Həmin içkilər plastik butulkalarda olduğu halda zəhərlənmə ehtimalı daha da artır".
Quliyev onu da bildirib ki, bütün qidalar qablaşdırılan, daşınan, saxlanılan və satışa buraxılan zaman saxlanma qaydalarına əməl edilməldir. Əks halda, məhsullar keyfiyyətini itirir.
Hüquqşünas Vasif Rzayevin sözlərinə görə, istehlakçı hüquqları "İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında" qanunla tənzimlənir. Qanunda istehlakçının hüquqlarının qorunması haqqında müddəalar yer alıb. "Qanunun 3-cü maddəsində istehlakçıların hüquqları qeyd edilib. Belə ki, ölkə ərazisində istehlakçılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına, malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə, ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmə hüququna malikdir".
Qanunun 13-cü maddəsində qeyd edilir ki, istehlakçının mal, iş, xidmət haqqında məlumat alma hüququ var. Və satıcı bu barədə məlumat verməlidir. "Qanunun 11-ci maddəsinə görə, malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Yəni siz hər hansı bir məhsuldan zəhərlənərsinizsə və bu sübuta yetirilirsə, sizin haqlarınızı tələb etməyə hüququnuz var. 12-ci maddəyə görə isə nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir".
ekspress.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM