Strategiya.az bildirir ki, Ucar rayonu Qaracallı kənd sakini 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın qaynatası Azər Rüstəmov ölkə.az-ın suallarını cavablandırıb.
Qeyd edək ki, Ş.Rüstəmova üç uşağını evdə qoyaraq Bakıya qaçmaqla mətbuatın gündəmindədir.
- Azər müəllim, gəlininiz bildirir ki, siz və həyat yoldaşınız onu döydüyünüzə görə evdən qaçıb.
- Siz gəlib sübutlara da baxın da...
- Sübut deyərkən nəyi nəzərdə tutursunuz?
- Gəlin sizə müsahibəsində çox şeyi səhv deyib. Bu işi polis araşdırır.
- Gəlininiz bildirir ki, boşanmaq istəyirəm. Anası isə deyir ki, siz bir neçə dəfə onun qızının üstünə kəsici alətlərlə - dəhrəylə, dəryazla hücum etmisiniz. Deyilənləri təsdiq edirsinizmi?
- Deyilənləri təsdiq yox, konkret hansı faktı deyirsinizsə, onu deyə bilərəm. Ümumi sözlə mən nə deyə bilərəm?
- Gəlininizin anası Alidə Məmmədovanın dedikləri barədə sizin fikirlərinizi bilmək istərdim...
- Elə şey qətiyyən olmayıb.
- Döymək olub?
- Qətiyyən.
- Bildirir ki, həyat yoldaşını 8-9 ayda bir dəfə görürmüş, onda da dava-dalaş olurmuş.
- Rusiya qanunlarına əsasən, orada üç aydan artıq qalmaq olmaz. Oğlum üç aydan bir Azərbaycana gəlirdi.
- Gəlininiz bildirir ki, qaynanası, qaynatası və həyat yoldaşı tərəfindən təhqir olunurdu.
- Azərbaycanda qaynana-gəlin problemi həmişə olub və olacaq. Sən qabı niyə yumamısan, niyə çirklidir - belə məsələlər söz-söhbət yarada bilər.
- Gəlininiz evi tərk edəndə xəbəriniz olmuşdu? Ümumiyyətlə, şübhələnmişdiniz?
- Evdən çıxıb qaçmaq bir anın içərisində ola bilməz. Bunun üçün müəyyən hazırlıqlar olub və sonra o, qaçıb.
- Hazırlıq deyərkən?
- Bu iş iki ay əvvəldən planlaşdırılıb. Mən özüm də şübhələnmişdim. Ona telefon almamışdım, nömrəsi də yox idi. Bunları polisə də demişəm. Məncə, bunları sizə deməyə ehtiyac yoxdur.
- Var. O baxımdan ki, ortada sizə qarşı da ittihamlar mövcuddur. Bunlar qarşı tərəfin fikirləridir, mənim yox. Ümumiyyətlə, sizin suallara cavab vermək istəməməyiniz qəribə gəlir.
- Orada əsası olmayan fikirlər var.
- Siz həm də müəllimsiniz?
- Bəli, mindən çox uşaq tərbiyə edib yola salmışam. Gəlinimi döyə bilərəmmi? Məktəbdə direktorun tədris işləri üzrə müaviniyəm.
- Gəlin sizin maşınınızın açarını və pul götürübmü?
- Gəlin gedəndə cibinə baxmamışdım. Amma maşının açarını götürüb bağa tullayıb. Səhəri gün uşaqlar bağdan tapıblar. Sandığı açıb zinət əşyalarını götürüb və Bakıda satıb. Bu haqda sənədlər də var. Nəyi neçəyə, hara satdığı da müəyyən olunub. Qaracallıdan hansı ünvana getdiyi, kimlərlə görüşdüyü, gecə kimlərlə, harada qaldığı da məlumdur.
- Gecəni Ucarda olub?
- İyulun 30-da gecə 12-yə qalmış evdən çıxıb. Həmin gecə Ağcaqabul körpüsünün üstündə oğlanla görüşüb və Buzovnaya tanışıgilə gediblər. Gecəni həmin iki oğlanla orada qalıblar. Oğlanlardan biri evin yiyəsidir, biri isə bunu dəvət edən.
- Bunların arasında yaxın münasibət olub?
- Polisin və oğlanların bildirdiyinə görə, bəli, bunların arasında intim əlaqə olub. Rəvan vəSəxavət adlı iki nəfərdir. Səhv etmirəmsə, bunun intim münasibətdə olduğu Rəvandır. Hətta Rəvan da ailəlidir.
- Hər ikisi ilə?
- Şirvanlı oğlanla intim əlaqədə olublar.
- Deməli, gəlininiz ayın 30-da evdən gedib...
- Bəli, o gedəndən beş dəqiqə sonra bilmişəm. Futbola baxırdım, futbol qurtaranda yatmağa gedirdim, gördüm ki, telefon yoxdur.
- Gəlininiz sizdə olanda mobil telefon işlədirdi?
- Xeyr, biz ona telefon almamışıq. Lap əvvəl almışdıq, gördük ki, lazım deyil. Sonra qardaşlarının köməyi ilə nömrə əldə edib. Bu da evdə nömrəni gəzdirib, köhnə telefona qoyub işlədirdi. Biz bunu tutduq. Dedim, bala, apar, nömrəni də anana ver. Dedim ki, aparıb araşdıracağam, görüm bu kimlərlə danışıb. Yoldaşım razı olmadı, ört-basdır elədik. Biz telefonu bunun əlindən alandan sonra nömrəni özündə gəzdirir və buna görə qardaşımın yoldaşının telefonunu oğurladı. Bu, dəqiq faktdır. Öz nömrəsi ilə həmin telefonu işlədirmiş. Bu da sübut olunub.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM