"Fakültəniz bağlanıb" biabırçılığı - Prezidentə müraciət etdilər

20:03 / 20.11.2013

Bakı Musiqi Akademiyasına qəbul olunan tələbələrə «fakültəniz bağlanıb» deyiblər 

Təhsil Nazirliyi ali məktəbdə «menecment» fakültəsinin təsadüfən açıldığını bildirib.
Strategiya.az  bizimyolinfo.com-a istinadən xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında menecment təhsili alan 12 tələbə prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.
Tələbələr 2012-ci ildə Bakı Musiqi Akademiyasına TQDK-nın test üsulu ilə qəbul olub, bir il müddətində menecement ixtisası üzrə təhsil alıblar. Yeni dərs ili başlayanda akademiyaya gələn tələbələrə sizin ixtisas da, fakültə də bağlanıb deyiblər. "Bizim Yol"a bu barədə həmin 12 nəfər tələbə və valideynləri danışıb: "2012-ci ildə Bakı Musiqi Akademiyasının menecement fakültəsinə qəbul oldu övladlarımız. Onlardan əvvəl akademiyanın həmin fakültəsinə giriş olmayıb. Birinci kursu normal oxuyub başa vurdular. Dərs ilinin axırında akademiyadan dedilər ki, sizi burda saxlamayacaqlar, göndərəcəklər. İkinci kursda uşaqlar məktəbə gedəndə deyiblər ki, "niyə gəlmisiz? Sizin burda kafedranızı, fakültənizi bağlayıblar. Sizi göndəriblər Mədəniyyə və İncəsənət Universitetinə". Biz valideynlər övladlarımızın Mədəniyyət və İncəsənət Universitetində oxumasını istəmədik. Yığışıb getdik akademiyaya. Şikayət edib, etirazımızı bildirdik. Bizə deyildi ki, menecement fakültəsinə bu il qəbul keçirilməyib. Bu ixtisas üzrə dərs aparacaq müəllimləri olmadığından 12 tələbəni başqa universitetə köçürmək istəyirlər. O da ki, dərs ili görün nə zaman başlayıb. İndi bu 12 nəfər tələbə qalıb ortalıqda".
Bütün bunlar Təhsil Nazirliyinin Bakı Musiqi Akademiyasından iqtisadiyyatla, menecementlə bağlı dərslərin keçirilməsini tələb etməsi ilə başlayıb. Bakı Musiqi Akademiyasının da həmin profildə müəllimləri olmadığından fakültəni bağlamaq məcburiyyətində qalıb:
"Akademiyadan biz validenlərə deyildi ki, sizin övladlarınıza iqtisadiyyat, menecement dərsi deyəcək müəllimlərimiz yoxdur. Üstəlik, həmin müəllimləri akademiyaya dəvət edəcək vəsaitimiz də yoxdur. Maddiyyat baxımından çətinlik çəkirik, az əmək haqqına da heç bir müəllim gəlmir. Odur ki, bu il oktyabrın axırına qədər demək olar ki, uşaqlarımıza dərs keçilmədi. Bu dəfə də dedilər ki, tələbələri İqtisad universitetinə göndərəcəklər. Gözlədik. Bu gün-sabaha saldılar, qaldı. Bir ay sonra da bizə deyildi ki, qərar qəbul edilmədi. Akademiyada isə musiqişünaslardan başqa müəllim yoxdur. İndi uşaqlara bir-iki müəllim gətiriblər. Nə riyaziyyat müəllimi var, nə iqtisadiyyat, nə də menecement. Bir sözlə, övladlarımızın Musiqi akademiyasında təhsil alması üçün heç bir şərait yoxdur. Hətta akademiyadakı müəllimlər də bunu təsdiqləyirlər. Bizə deyirlər ki, "yanvardan sonra bizdə fənnlər artacaq. Belə olsa həmin fakültəyə müəllim gətirməkdə problem yaşayacağıq. Çalışın övladlarınızı yerbəyer edin". Bizim də istəyimiz yanvara qədər övladlarımızı hansısa bir universitetə yerləşdirə bilməkdir".
Dərs ili başlayandan övladları təhsil ala bilməyən valideynlər Təhsil Nazirliyinə də üz tutublar. Nazirlikdən isə onlara deyilib ki, Bakı Musiqi Akademiyasında menecement fakültəsinin olduğunu birinci dəfədir eşidirlər: "Təhsil Nazirliyində dedik ki, əgər sonradan belə bir problem yaranacaqdısa, akademiyada bizim övladlarımıza dərs keçmək problem olcaqdısa niyə yaradılırdı həmin fakültə? Nazirlik əməkdaşı bizə dedi ki, Konservatoriyada menecement fakültəsinin açılmasından xəbərləri olmayıb. Deyirlər yəqin təsadüfən olub. Qarşısında bal yazılmış fakültə təsadüfən düşə bilər jurnala? Biz prezident İlham Əliyevə, Mehriban Əliyevaya müraciət ünvanlamışıq. Bu gün konkret olaraq uşaqların taleyi qalıb havadan asılı vəziyyətdə. Hətta Təhsil nazirliyindən bizə söz verildi ki, həmin 12 tələbəni İqtisad Universitetinə köçürəcəyik. Ancaq köçürmə olmadı. Əlavə müəllimlər də dəvət etmədilər. Biz valideynlər isə istəyirik ki, övladlarımız menecement sahəsi üzrə normal təhsil alsınlar. Normal universitetə köçürülsünlər. Heç olmasa yanvardan nəsə etsinlər. Daha akademiyaya sığınmasınlar. Digər fakültələrin tələbələri onları görəndə "siz hələ burdasız, getməmisiniz?", - deməsinlər. Hamımızın evində vəziyyət gərgindir".
Tələbələr deyirlər ki, Bakı Musiqi Akademiyasında hazırda onların təhsil aldıqları menecement ixtisası əvvəllər də olub. Ancaq sonradan bu ixtisas üzrə qəbul dayandırılıb. Qəbul olan tələbələr akademiyanı bitirəndən sonra da uzun illər həmin ixtisas akademiyadan yığışdırılıb. 2012-ci ildə isə yenidən bərpa edilib. Həmin il bu ixtisas üzrə akademiyaya 12 tələbə qəbul edilib. Məqsəd menecement ixtisasını məhz musiqi sahəsində tədris etmək olub. Ancaq Təhsil Nazirliyi akademiyaya həmin ixtisası aidiyyatı üzrə tədris etməsi öhdəliyi qoyandan sonra təhsil ocağı bu ixtisası bağlamaq qrarına gəlib. Tələbələr birinci kursda ancaq musiqi ədəbiyyatı və musiqi tarixi, kino tarixi dərsləri keçiblər: "Bir də menecement və riyaziyyat dərsləri keçirdik. Bir il bizi beləcə yola verdilər. Sonrası da hamıya məlumdur. İndi ixtisası ləğv etmək istəyirlər. Biz qalmışıq havada. İqtisad Univesitetinin tələbələri ilə danışırıq. Eyni ixtisasıq deyə, maraqlıdır hansı dərsləri keçdikləri. Elə dərs adları çəkirlər ki, heç biz o dərslərin adını eşitməmişik. Nazirlik də bizə deyir ki, gedib özünüz də oxuyub öyrənə bilərsiniz bu haqda. Elə hamı gedib özü oxuyacaqdısa niyə yaradırdılar universitetləri? Nəyə lazım idi bu universitetlər? Təhsil Nazirliyinin təklif etdiyi kimi hamı oturub evində oxuyardı da".
Tələbələr deyirlər ki, Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyimiz vəd olunsa da, bu iş gerçəkləşmədi. Dərs ilinin üçüncü ayı gedir, ancaq bizə öz ixtisasımıza uyğun dərs verilməsində problemlər tam həll olunmayıb: "Sizdən xahiş edirik ki, bizim məsələni diqqətə götürəsiniz. Biz istəyirik ki, normal menecment təhsili almağımız üçün şərait yaradılsın".
Təhsil Nazirliyi problemlıə bağlı bir müddət öncə Mediaforum.az saytına açıqlamasında tələbələrin müvafiq ali məktəblərdən birinə köçürülməsi istiqamətində iş aparıldığını və nəticə barədə həmin tələbələrin valideynlərinə məlumat veriləcəyini söyləyib. 

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM