Kirayə ev bazarının bazarı başlayıb

11:13 / 24.08.2015

Yeni tədris ilinin yaxınlaşması ilə kirayə evlərin qiymətində artım müşahidə olunur

Qarşıdan yeni tədris ili gəlir. Paytaxtda fəaliyyət göstərən ali məktəblərin əksəriyyətinin yataqxanalarında qaçqın və məcburi köçkünlər məskunlaşdığından, tələbələr adəti üzrə kirayə evlərə üz tuturlar. Bu səbəbdən də Bakının kirayə ev bazarında bir canlanma müşahidə olunur. 

Tələbat olduğundan kirayə evlərin qiymətlərində cüzi də olsa artım hiss olunur. Mütəxəssislərsə hesab edirlər ki, bu artım süni addımdır və müəyyən dövrdən sonra qiymət keçənilki kimi olacaq. 

"Neftçilər" metrostansiyasının yaxınlığında fəaliyyət göstərən kirayə ev bazarında insan əlindən iynə atsan, yerə düşməz. Kişili-qadınlı, makler və ya ev sahibləri burada kirayəçi axtarırlar. Bazara girən kimi hamı qabağına qaçaraq, sənə şəhərin müxtəlif yerlərində, müxtəlif qiymətlərə evlər təklif edirlər. 

Ramin İsgəndərov bir neçə ildir ki, burada maklerlik edir. Dediyinə görə, qazancı pis olmur. "Aya 500-600 manat qazana bilirəm. Evlərimiz ancaq tələbələr üçün və ya Bakıya işləməyə gələnlər üçündür. Bazarda canlanma məktəblər açılana yaxın daha çox hiss olunur". 

Onun sözlərinə görə, bu il kirayə evlərin qiymətində o qədər də böyük artım müşahidə edilmir: "Qiymətlər keçənilki kimidir. Məsələn, "Qarayev", "Xalqlar dostluğu" metrosu ərazisində 150-300 manata ikiotaqlı evlər tapmaq mümkündür. Həyət evləri bina evlərinə nisbətən daha ucuzdur". 

Makler deyir ki, ev sahibləri çox zaman kirayənişin kimi tələbə qızlar axtarırlar. Bunu isə tələbə qızların evi səliqəli saxlamaları ilə əlaqələndirirlər. "Tələbə oğlanlar üçün ev tapmaq bir qədər qəliz məsələdir. Hər adam inanıb, evini tələbə oğlana vermir. Tələbə oğlanların Bakıda kirayə ev tapması üçün mütləq valideyni gəlib ev sahibi ilə danışmalıdır". 

Ev sahibi Səriyyə İmanovanın sözlərinə görə, evi hər yoldan keçənə kirayə vermək olmaz: "Keçən il evimi tələbə qızlara vermişdim, sevinirdim ki, təmiz saxlayarlar. Amma yanıldım. Bu qızlar evi bir günə qoymuşdular ki, gəl görəsən. Ondan sonra tələbə qıza anası gəlib tapşırmamış ev vermərəm. Qızlar burada başsız qalıb, istədiklərini edirlər. Əgər kirayə evə müxtəlif oğlanlar gəlirsə, içki məclisləri düzəlirsə, o evin adı qaraya çıxır. Ev sahibi belə ev üçün növbəti kirayənişini çətinliklə tapır. Buna görə də, evi düz-əməlli birinə vermək lazımdır". 

Gəncə şəhər sakini Nigar Kazımova da BDU-ya qəbul olan qızına kirayə ev tapmaq üçün bura üz tutub. Nisbətən ucuz ev axtaran N.Kazımovaya maklerdən biri Bakının qəsəbələrində ev təklif etsə də, o, buna razılaşmır. "Qız uşağıdır, uzaq yolu gedib-gəlməyi var". 

Masazırda fəaliyyət göstərən "ev alqı-satqı" ofisinin meneceri Eltun Əhmədovun sözlərinə görə, Mazasır və qonşu kəndlərdə hər cür evlər tapmaq mümkündür. "Amma bir məsələ var ki, bu ərazilərdə yollarda tıxac çox olur. Bu da tələbələr üçün sərfəli deyil. Bu ərazilərdə əsasən ailələr qalır. Tələbələr daha çox ali məktəblərin ətrafında olan evlərə üstünlük verdiyindən, bu ərazilərdə evlərin qiyməti stabil qalır". 

Daşınmaz əmlak üzrə ekpert Pərviz Həşimovun sözlərinə görə, bu il ölkədə evlərin satışında və ya kirayəsində qiymət artımı o qədər də çox olmayıb. "Bu il başlayandan böhran, devalvasiya evlərin qiymətlərinə təsir etdi. Amma bu təsir uzun davam etmədi. Ev bazarında müəyyən mənada ucuzlaşma hiss edilir. Kirayə evlərin qiymətlərində elə də böyük artım yoxdur. Bu artım çox cüzidir. O da tədris ilinin başlaması ilə əlaqədardır. Müəyyən dövrdən sonra yenidən qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq".

/Ekspress.az/

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM