Azərbaycanda həmişə idmana böyük diqqət olub, ancaq son dövrlər azərbaycanlılar üçün kifayət qədər yeni idman növü olan badminton ölkədə xüsusi populyarlıq qazanır.
Bu barədə Trend İnformasiya Agentliyinə eksklüziv müsahibəsində təhsil naziri, Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov badmintonun gələcəyi, bu idman növü ilə bağlı ölkənin qarşısında duran planlar barədə sualları cavablandırarkən bildirib.
Badmintonun sağlamlığa faydasını nəzərə alaraq, bu idman növünün məktəb proqramına daxil edilməsi ilə bağlı sualı şərh edən nazir bildirib ki, badminton çox faydalı və maraqlı idman növü olsa da, Azərbaycanda çoxlarına tanış deyil: "Azərbaycan Badminton Federasiyasının qarşısında duran məsələlərdən biri bu idman növünün üstünlükləri barədə insanları məlumatlandırmaqdır. Lakin badmintonun məktəb proqramına daxil edilməsini nəzərdən keçirmirik. Hesab edirəm ki, dövlət idarəetməsinin prinsipləri baxımından bu yaxşı nümunə olmazdı. Fərz edək ki, növbəti təhsil naziri başqa bir idman federasiyasına başçılıq edəcək, onda bu, o deməkdir ki, məktəb proqramına yenidən baxılmalı və proqram yenidən dəyişdirilməlidir?"
M.Cabbarov, həmçinin qeyd edib ki, son iki ildə Təhsil Nazirliyinin fəaliyyəti idman bölmələrinin sayının artırılmasına yönəlib: "Artıq bir sıra idman federasiyası ilə memorandum imzalamışıq və yenilərini imzalamağı planlaşdırırıq. 11 il ərzində Azərbaycanda təqribən 3 min məktəb inşa edilib. Onların əksəriyyətində idman zalları var. Uşaqlar üçün bu infrastruktur Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Əlbəttə, bu infrastrukturdan maksimum istifadə etməkdə maraqlıyıq. Nümunə kimi güləş, stolüstü tennis üzrə yaradılmış bölmələrin adını çəkə bilərəm. Nəinki xüsusi idman məktəblərində, eləcə də adi məktəblər çərçivəsində idman federasiyaları ilə əməkdaşlıq edirik".
Azərbaycanda badminton üçün infrastruktur məsələsinə toxunan nazir bildirib ki, badminton infrastruktur, sosial və gender baxımından demokratik idman növüdür: "Xüsusi avadanlıqla təchiz edilmiş zallara gəlincə isə, bu istiqamətdə ən böyük təkan Bakıda I Avropa Oyunlarının keçirilməsi oldu. Çünki qəbul etməliyik ki, Avropa Oyunlarına kimi ölkədə badminton üçün müasir infrastruktur yox idi. Oyunlar üçün badminton infrastrukturu üçün lazımi hər şey, xüsusilə meydançalar, torlar, hakim qüllələri yaradıldı. Bunlar olduqdan sonra badmintonu peşəkar idman istiqamətində inkişaf etdirə, gələcəkdə müxtəlif yarışlar keçirə bilərik. Qaydalara əsasən, badminton yarışlarının keçirilməsi üçün əsas şərt tavanın hündürlüyü 12 metrdən az olmayan yerlərin olmasıdır. Meydançanın özü isə kifayət qədər mobildir, bu məqsəd üçün uyğun gələn istənilən idman zalında montaj edilə bilər".
M.Cabbarov federasiyanın badminton hazırlıq mərkəzlərinin yaradılması üzərində işlədiyini vurğulayıb: "İlin sonunadək Bakı, Sumqayıt, Gəncə və respublikamızın digər regionlarında belə mərkəzlərin inşa ediləcəyini düşünürəm. Ən böyük problemimiz kifayət qədər məşqçimizin olmamasıdır. Federasiya artıq tərəfdaşlarımız ilə danışıqlar aparır".
Təşkilat baxımından I Avropa Oyunları çərçivəsində badminton yarışına hazırlığı yaxşı qiymətləndirən nazir bildirib ki, Bakıda I Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunmuşdu və badminton yarışları da istisna olmadı: "Rəhbərlik, xüsusilə Avropa Badminton Federasiyasının prezidenti, milli federasiya rəhbərləri - hamısı bir nəfərə kimi ilk Avropa Oyunları çərçivəsində badminton yarışlarının təşkilat səviyyəsini yüksək qiymətləndiriblər. İdmançılarımıza gəldikdə isə düşünürəm ki, nəticələr öz sözünü deyir. İstənilən digər idman növü kimi badminton da daimi məşq və lazımi infrastruktur tələb edir. Qeyd etdiyim məhdudiyyətləri, həmçinin oyunçularımızın beynəlxalq yarışlarda kifayət qədər təcrübəsinin olmadığını nəzərə alsaq, yaxşı nəticə göstərdiklərini düşünürəm".
Badmintonda legioner məsələsinə toxunan Federasiya prezidenti bildirib ki, davamlı nəticələrin əldə edilməsi üçün milli badminton məktəbinin yaradılmasına investisiya qoymaq daha yaxşı olardı: "Ancaq başa düşmək lazımdır ki, legionerlərin cəlb edilməsi ilə bağlı təcrübə böyük idmanın bir hissəsidir. Uzun müddətli perspektivlərdən danışsaq, daha mühüm məsələ əcnəbi məşqçilərin cəlb edilməsidir".
Badmintonun olimpiya proqramına daxil edilən digər idman növləri ilə müqayisədə daha az populyar olduğunu qeyd edən M.Cabbarov bu oyunun populyarlaşması üçün ilk növbədə müvafiq infrastrukturun yaradılması və oyunlar barəsində məlumat verilməsinin lazım gəldiyini də bildirib:
"İnfrastruktur və məşqçilərin olması oyunun populyarlığı üçün əsas elementlərdən biridir. Azərbaycan Badminton Federasiyası müxtəlif yaş kateqoriyası üçün müntəzəm şəkildə milli çempionatlar təşkil edəcək. Milli çempionatın payızın sonunda keçiriləcəyi planlaşdırılır. Bu barədə sentyabrın ortasında məlumat veriləcək. Azərbaycan idmançılarının Avropa Qran-Pri yarışının müvafiq mərhələlərində və ya reytinqli yarışlarda daimi iştirakı təmin ediləcək. Həmçinin hər hansı beynəlxalq badminton yarışının bir mərhələsinin Bakıda keçirilməsini də istisna etmirik".
Sonda nazir oyunun populyarlaşmasında yarışların böyük rol olduğunu qeyd edib: "Bakıda I Avropa Oyunları zamanı badminton yarışlarına kifayət qədər tamaşaçı toplaya bilirdik. Badminton dinamik idman növüdür. Burada temp sürətlə dəyişir. Düşünürəm ki, bu da onu baxımlı edir".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM