Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müvəqqəti hökumətin qurulması üçün baş nazir Əhməd Davudoğluna təlimat verib.
Türkiyə KİV-lərinin verdiyi xəbərə görə, verilən təlimatı yerinə yetirməsi üçün Davudoğluna 5 gün vaxt verilib.
* * * 14:58
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün baş nazir və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğluna seçki hökumətinin qurulması üçün vəzifə verəcək.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəqiqələrdə Prezident Sarayında prezident və baş nazir arasında görüş keçirilir.
Rəcəb Tayyib Ərdoğan dünən Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmazla görüşüb. Görüşün başa çatması ilə 7 iyunda keçirilən parlament seçkilərinin təkrarlanması prosesinə start verilib. Növbədənkənar seçkilərin keçirilməsi barədə qərarın “Rəsmi Qəzet”də dərc olunması ilə müvəqqəti seçki hökumətinin qurulması üçün verilən 5 günlük müddət başlayıb.